Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10159/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 7.498.49 borc məbləği , 700 cərimə məbləği və dövlət rusumu 102 manat cavabdeh "xxxx" MMC şirkətdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixində iddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh MMC məhkəmə qedişi zamanı tələb olunan borcu tamamilə ödəmişdir, bu səbəbdən tərəflər arasında mübahisə qalmamışdır. İş üzrə icraatı baxılmamış saxlayaraq, sənədləri qeri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 102 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-10159/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10159/2025
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver