Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1020/2021 21.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Bağman qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə və Cavabdeh1 qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199,449.03 manat əsas, 19,420.64 manat faiz, 43,937.30 manat cərimə olmaqla, ümumilikdə 262,806.97 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 24, M2, m2), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlak hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199,449.03 manat əsas, 19,420.64 manat faiz, 43,937.30 manat cərimə olmaqla, ümumilikdə 262,806.97 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 24, M2, m2), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlak hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmiş, iddia ərizəsinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə və Cavabdeh1 qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199,449.03 manat əsas, 19,420.64 manat faiz, 43,937.30 manat cərimə olmaqla, ümumilikdə 262,806.97 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № 670/F19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 24, M2, m2), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlak hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1020/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1020/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver