Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1020/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 245-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 891,46 manat gecikdirilmiş borcun və hesablanmış 1637,50 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 400-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 2360 manat gecikdirilmiş borcun və hesablanmış 3414,90 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 98-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024- cü il tarixə hesablanmış 1453 manat gecikdirilmiş borcun və hesablanmış 2505,98 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi: 12262,84 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 245-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 400- LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 98-LD/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 245-LD/17 nömrəli müqavilə üzrə 891,46 manat gecikdirilmiş borcu və hesablanmış 1637,50 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 400-LD/18 nömrəli müqavilə üzrə 2360 manat gecikdirilmiş borcu və 3414,90 manat cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli 98-LD/18 nömrəli müqavilə üzrə 1453 manat gecikdirilmiş borcu və hesablanmış 2505,98 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 245-LD/17 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən lizinq verən 1 baş, 50% güzəştdən sonra qiyməti 2622.91 manat olan (ilkin ödəniş məbləği 1311.45 manat olmaqla) Simmental cinsli malın və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 1311.45 manat ilkin ödənişi, 30 manat üstəlik xərclərin məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1311.46 manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1-ci bəndə əsasən lizinq alan bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 245-LD/17 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Simmental cinsi, birka nömrəsi AT088256129 olan malın qiyməti 50% güzəştdən sonra cəmi 2622.91 manat, ilkin ödəniş məbləği cəmi 1311.46 manat, üstəlik xərclər 30 manat, sığorta haqqı 314,75 manat məbləğində müəyyən edilmişdir. 245-LD/17 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2017-ci il tarixdən başlamaqla aylıq ödəniş 119 manat olaraq (sonuncu ödəniş 121,46 manat) xx.xx.2020-ci il tarixi sonuncu ödəniş günü kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 245-LD/17 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh 891.46 manat gecikdirilmiş borcu, 1637,50 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2017-ci il tarixli 3383/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 245-LD/17 saylı xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əsasən “Simmental” cinsi damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinq alana təhvili barədə xx.xx.2017ci il tarixli aktdan məlum olur ki, sağlam vəziyyətdə, birka nömrəsi AT088256129 olan “Simmental” cinsli damazlıq heyvan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 400-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 2 baş, 50% güzəştdən sonra qiyməti 4800 manat olan (ilkin ödəniş məbləği 2400 manat olmaqla) “Simmental” cinsi malın və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2400 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2400 manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 400-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Simmental cinsi, birka nömrəsi AT797516138 və AT954049729 olan malların qiyməti 50% güzəştdən sonra cəmi 4800 manat məbləğində, ilkin ödəniş məbləği cəmi 2400 manat məbləğində müəyyən edilmişdir. 400-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2019-cu il tarixdən başlamaqla aylıq ödəniş 218 manat olaraq (sonuncu ödəniş 220 manat) xx.xx.2021-ci il tarixi sonuncu ödəniş günü kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 400-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 2360 manat gecikdirilmiş borcu, 3414,90 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2018-ci il tarixli 6123/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 400-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən 2 baş “Simmental” cinsi damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinq alana təhvili barədə xx.xx.2018ci il tarixli aktdan məlum olur ki, sağlam vəziyyətdə, birka nömrəsi AT797516138 və AT954049729 olan 2 baş “Simmental” cinsli damazlıq heyvanları Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 1 baş, 50% güzəştdən sonra qiyməti 2906 manat olan (ilkin ödəniş məbləği 1453 manat olmaqla) “Simmental” cinsi malın və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanın güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 1453 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1453 manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən “Simmental” cinsi, birka nömrəsi AT789014529 olan malın qiyməti 50% güzəştdən sonra cəmi 2906 manat, ilkin ödəniş məbləği cəmi 1453 manat məbləğində müəyyən edilmişdir. 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2018-ci il tarixdən başlamaqla aylıq ödəniş 132 manat olaraq (sonuncu ödəniş 133 manat) xx.xx.2021-ci il tarixi sonuncu ödəniş günü kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 1453 manat gecikdirilmiş borcu, 2505,98 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2018-ci il tarixli 1305/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən “Simmental” cinsi damazlıq heyvanın Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinq alana təhvili barədə xx.xx.2018ci il tarixli aktdan məlum olur ki, AT789014529 cinsi, doğulduğu il: xx.xx.2016-cı il, mayalanma tarixi xx.xx.2017-ci il, sağlam vəziyyətdə olan “Simmental” cinsli damazlıq heyvan Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 29 oktyabr 2024-cü il tarixli pretenziya məktubunda, 245-LD/17 saylı xx.xx.2017-ci il tarixli, 400-LD/18 saylı xx.xx.2018-ci il tarixli və 98-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilələr üzrə gecikdirilmiş borc və hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialardaalınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 245-LD/17 saylı, xx.xx.2018-ci il tarixli 400-LD/18 saylı və xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı müqavilələr imzalanmış və həmin müqavilə üzrə borcluya (lizinq alan) “Simmental” cins damazlıq heyvanları lizinqə verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli 245-LD/17 saylı müqavilə üzrə 891.46 manat, xx.xx.2018-ci il tarixli 400-LD/18 saylı müqavilə üzrə 2360 manat və xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı müqavilə üzrə 1453 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilələr, təhvil-təslim aktları) öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilələr ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün xx.xx.2017-ci il tarixli 245-LD/17 saylı müqavilə üzrə 891.46 manat, xx.xx.2018-ci il tarixli 400-LD/18 saylı müqavilə üzrə 2360 manat və xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı müqavilə üzrə 1453 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Buna görə də iddia həmin hissədə tam təmin edilməlidir. Eyni zamanda iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış müqavilələrin 4.2-ci bəndinə və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli 245-LD/17 saylı müqavilə üzrə 1637.50 manat, xx.xx.2018-ci il tarixli 400-LD/18 saylı müqavilə üzrə 3414.90 manat və xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı müqavilə üzrə 2505.98 manat məbləğində cərimələr tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə, tərəflər arasında cərimələr barədə razılaşmalar olduğunu nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq xx.xx.2017-ci il tarixli 245-LD/17 saylı müqavilə üzrə 40 manat, xx.xx.2018-ci il tarixli 400-LD/18 saylı müqavilə üzrə 115 manat və xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı müqavilə üzrə 70 manat müəyyən olunmalıdır. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119 və 121-ci maddələrinə əsasən hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni tələb edilən cəmi məbləğin 12262,84 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 126.79 manatın 63.30 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 245-LD/17 saylı müqavilə üzrə 891,46 manat əsas, 40 manat cərimə, xx.xx.2018-ci il tarixli 400-LD/18 saylı müqavilə üzrə 2360 manat əsas, 115 manat cərimə və xx.xx.2018-ci il tarixli 98-LD/18 saylı müqavilə üzrə 1453 manat əsas, 70 manat cərimə olmaqla, ümumilikdə 4929 (dörd min doqquz yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 63 (altmış üç) manat 30 (otuz) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1020/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1020/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver