Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1021/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 24426 (iyirmi dörd min dörd yüz iyirmi altı) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə 8260 manat, xx.xx.2024-cü il tarixdə 8142 manat, xx.xx.2024-cü il tarixdə 6903 manat və xx.xx.2024-cü il tarixdə 1121 manat məbləğində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Lakin bu günə qədər yuxarıda qeyd olunan malların dəyəri İddiaçı MMC-yə ödənilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 385.1, 390.1, 442, 448.1, 739.2, 740-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 21 iyun 2024-cü il tarixli, NT-26/24 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcının sifarişində qeyd edilən informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarını alıcıya satmağı, alıcı isə öz növbəsində heç bir iradı olmadığı təqdirdə onları qəbul edib dəyərini hazırkı müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcının malları heç bir iradı olmadığı təqdirdə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə sifarişlərin dəyəri təqdim edilmiş hesab-fakturada göstərilən məbləğlərdən ibarətdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən bütün ödənişlər satıcının təqdim etdiyi hesab-fakturalara əsasən 15 iş günü müddətində alıcı tərəfindən satıcının bank hesabına köçürülür. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən malların müvafiq xüsusiyyətdə və keyfiyyətdə olduğu alıcı tərəfindən 5 iş günü ərzində yoxlanılır. Alıcı heç bir iradı olmadığı təqdirdə təhvil-təslim aktını imzalayır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən tərəflər müqavilənin şərtlərinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq təqsirli hərəkətləri nəticəsində bir-birlərinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, 26/24 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 1 saylı əlavə olan İddiaçı MMC və Cavabdeh MMC arasında avadanlıqların və qiymətlərin razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda ümumi dəyəri 8260 manat olan və protokolda adıçəkilən mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, NT-26/24 nömrəli müqaviləyə əsasən göstərilmiş xidmətlər barəsində xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 8260 manat olan mal təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.
10. xx.xx.2024-cü il tarixli, 26/24 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 1 saylı əlavə olan İddiaçı MMC və Cavabdeh MMC arasında avadanlıqların və qiymətlərin razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda ümumi dəyəri 8142 manat olan və protokolda adıçəkilən mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, NT-26/24 nömrəli müqaviləyə əsasən göstərilmiş xidmətlər barəsində xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 8142 manat olan mal təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.
12. xx.xx.2024-cü il tarixli, NT-26/24 nömrəli müqaviləyə əsasən göstərilmiş xidmətlər barəsində xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6903 manat olan mal təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.
13. xx.xx.2024-cü il tarixli, NT-26/24 nömrəli müqaviləyə əsasən göstərilmiş xidmətlər barəsində xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 1121 manat olan mal təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.
14. İş materiallarına müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr əlavə edilmişdir.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 24426 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 21 iyun 2024-cü il tarixli, NT-26/24 nömrəli müqaviləyə əsasən satıcı alıcının sifarişində qeyd edilən informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarını alıcıya satmağı, alıcı isə öz növbəsində heç bir iradı olmadığı təqdirdə onları qəbul edib dəyərini hazırkı müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı olan iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, alıcı-cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək öhdəliyini icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (müqavilə, qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır. Eyni zamanda Cavabdeh MMC tərəfindən iddiaya hər hansı etiraz bildirilməmişdir.
19. İddia tələbini Cavabdeh MMC-dən müqavilə üzrə 24426 manat məbləğində pulun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının da həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 24426 (iyirmi dörd min dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunmuş 4 təhvil-təslim aktı üzrə ümumi məbləğ 24426 manat (8260+8142+6903+1121=24426) təşkil edir.
21. Tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 24426 (iyirmi dörd min dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova