Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1023/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 232 C saylı “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə ödənilməmiş 1269.61 manat borcun tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 232 C saylı “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə ödənilməmiş 1269.61 manat borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 232 C №-li “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən Cavabdeh tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat xidmətlərinin göstərilməsi və cavabdeh " Cavabdeh tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Avtonəqliyyat xidmətlərinin göstərilməsi tam və vaxtında "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Belə ki, xidmətlər barədə ətraflı məlumat 232 C saylı müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında qarşılıqlı təhviltəslim aktlarında öz əksini tapmışdır. Həmin aktlarda: qəbul vaxtı, sifarişin vaxtı, telefon, marşrutun açıqlaması (uzunluğu, gözləmə və s.) və gediş haqqı məlumatları qeyd olunmuşdur. Həmin məlumatlar xüsusi proqram təminatından ibarət sistemdən çıxarılır. Ümumiyyətlə, bu günə qədər cavabdeh iddiaçıya cəmi 1269.61 (bir min iki yüz altmış doqquz manat altmış bir qəpik) AZN borcludur və cavabdeh tərəfindən göstərilən xidmətlərin xidmət haqqı ödənilməmişdir. Yuxarıda qeyd olunmuş məbləğlər üzrə təqdim edilən X4 Fakturalar cavabdeh tərəfindən sistem üzərindən qəbul olunmuşdur və bu bir daha onu sübut edir ki, cavabdeh öhdəliyi qəbul edir lakin faktiki olaraq icra etmir. Cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat: Ödənilməmiş qalıq borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına çoxsaylı müraciətlərin olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. 16.12.2020-ci tarixində Cavabdeh ünvanına iddiaçı tərəfindən rəsmi pretenziya məktubu göndərilmişdir və həmin məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Pretenziya məktubundə qeyd olunmuş müddət ərzində borcun ödənilməsinin həyata keçirilməsi tələb edilsə də, cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uygun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 aprel 2016-cı il tarixli 232C nömrəli müqavilənin surətindən görünür ki, Sifarişçi Cavabdeh sifarişi əsasında, icraçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırki müqavilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə nömrə 1də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında 232C nömrəli 22 aprel 2016-cı il tarixli müqaviləyə 1 nömrəli əlavədən müəyyən olunur ki, tərəflər arasında xidmətlərin siyahısı və dəyəri müəyyən edilmişdir. 4 ədəd elektron qaimələrin surətlərindən görünür ki, cavabdehin iddiaçıya göstərilən xidmətlərə görə 1269.61 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 232 C №-li “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən Cavabdeh tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat xidmətlərinin göstərilməsi və Cavabdeh tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Avtonəqliyyat xidmətlərinin göstərilməsi tam və vaxtında "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmiş, nəticədə cavabdehin iddiaçıya 1269.61 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış avtonəqliyyat-taksi xidmətlərinin göstərilməsi müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, taksi xidməti göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22 aprel 2016-cı il tarixli 232 C №-li “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən yaranmış 1269.61 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1269.61 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1269.61 manat borc və 30 manat dövlət rüsumu tutularaq "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1023/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1023/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver