Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1030/2020 13.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraata dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7124 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 064/18 saylı, xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh diler olaraq İddiaçı MMC-dən satmaq üçün mobil telefonlar almış, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və onun İddiaçı MMC-yə borcu yaranmışdır. Cavabdeh 064/18 saylı, xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqavilə üzrə öhdəliyin icra edilməsi və 7124 manat borc məbləğinin ödənilməsi üçün pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 064/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh razılaşmada göstərilən keyfiyyətdə mallarla təmin etməyi, Cavabdeh həmin malları qəbul etməyi və müqavilədə göstərilən qaydada onların haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, 064/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2019-cu il tarixinə İddiaçı MMC-yə cəmi borcu 7124 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 7124 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 7154 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh 7124 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 7154 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1030/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1030/2020
13.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver