Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1032/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X5 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İidiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-031 nömrəli Sazişə əsasən xx.xx.2024-cü it tarixədək yaranmış 913,61 manat gecikdirilmiş əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-031 nömrəli Sazişə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 36 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 1 ədəd KY-MH-24 markalı taxılsəpən cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-031 nömrəli Saziş bağlanmışdır. Lakin Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə 913,61 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0231 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixinə 913,61 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
3. 27.02.2025-ci ildə iddiaçı idda tələbinin həcmini azaldaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-031 nömrəli Sazişə əsasən xx.xx.2024-cü it tarixədək yaranmış 913,61 manat gecikdirilmiş əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 11 aprel 2019-cu il tarixdə 36 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə Müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 5260 manat olan və müqavilədə göstərilən (KY-MH-24 markalı Taxılsəpən ) kənd təsərrüfatı texnikasını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. - 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu Müqavilənin 1.1-ci bəndində göstərilən 5260 manat dəyərindən 1753.470 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - 1.3-cü bəndinə əsasən texnika Kürdəmir rayonunda istifadə olunacaqdır. - 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. - 2.1.7-ci bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik (Əlavə № 1) üzrə ödənişi ardıcıl olaraq iki dəfə aparmadıqda lizinq verən bu Müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri edir. - 2.2.1-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən Respublikadaxili daşınma, saxlama, boşaltma, sığortalama (həmçinin sığorta haqqı Lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərinin ödənilməsini öhdəsinə götürür. - 2.2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəyir. - 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən Texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur. - 4.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, müqavilənin valyutası Azərbaycan Respublikasının manatı ilə ifadə olunur. Lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir. - 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. - 5.1.6-cı bəndinə əsasən texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə №1 -də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq alan tərəfindən müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir. - 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikanı saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə lizinqə verə bilər. - 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.6-cı bəndində göstərilən hala yol verildikdə Lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirmək, Lizinq alanın borclu olduğu məbləği və bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq, gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. - 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 60 ay müddətində hər ay 58.43 manat olmaqla cəmi 3506 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası ilə təsdiq edilmişdir.
12. "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və Cavabdeh (lizinq alan) arasında 11 aprel 2019-cu il tarixdə 36 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Göyçay-031 nömrəli 16 avqust 2020-ci il tarixli Saziş imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən hüquq ötürən şəxs 11 aprel 2019-cu il tarixdə 36 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə ötürür, həmçinin Hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər Lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan isəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən lizinq alan şəxs 08 may 2019-cu il tarixli, 99/0036/NBKT nömrəli müqavilə üzrə Lizinq verənin əvəz edilməsi ilə və bu Sazişin bütün müddəaları ilə razıdır. - 1.3-cü bəndinə əsasən 08 may 2019-cu tarixli, 99/0036/NBKT nömrəli Müqavilə üzrə hüquq ötürən şəxsə məxsus olan bütün hüquq və öhdəliklər qəbul edən şəxsə ötürülür. - 1.4-cü bəndinə əsasən bu Saziş 08 may 2019-cu tarixli, 99/0036/NBKT nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsidir və Sazişin imzalanması ilə Qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz üzərinə götürür. - 1.5-ci bəndinə əsasən borcun təsdiqlənməsi aktı və lizinq ödənişləri üzrə qrafik bu Sazişin əlavəsi olaraq müəyyən edilir. - 1.6-cı bəndinə əsasən borcun təsdiqlənməsi zamanı müqavilə üzrə borc qalığında qəbul edən şəxsin zərərinə fərq yarandığı təqdirdə, Hüquq ötürən şəxs bu fərqi 5 (beş) bank günü ərzində qəbul edən şəxsə ödəməlidir. - 1.7-ci bəndinə əsasən bu Saziş 08 may 2019-cu tarixli, 99/0036/NBKT nömrəli müqaviləyə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxs qarşısında xx.xx.2020-ci il tarixinə qədər olan borc öhdəliyini əhatə etmir. - 2.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, lizinq alan şəxs xx.xx.2020-ci il tarixinə qədər hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir. - 2.2-ci bəndinə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxsə borcun təsdiqlənməsi aktına əsasən xx.xx.2020-ci il tarixindən etibarən mövcud olan əsas məbləğ üzrə borcu isə Lizinq alan şəxs Saziş imzalanan tarixdən sonrakı qrafik üzrə qəbul edən şəxsə ödəyir. - 2.5-ci bəndinə əsasən bu Saziş imzalandıqdan sonra Lizinq alanın həyata keçirdiyi ödənişlər ilk növbədə xx.xx.2020-ci il tarixdən sonrakı dövrü əhatə edən lizinq ödənişinə yönəldilir. - 2.7-ci bəndinə əsasən lizinq alan ödənişləri gecikdirdikdə və Müqavilə üzrə digər öhdəlikləri lazımınca yerinə yetirmədikdə, Müqavilə üzrə nəzərdə tutulmuş məsuliyyəti daşıyır, bu halda Qəbul edən şəxs Lizinq Alana qarşı həmin Müqavilənin 5.2-5.6-cı maddələri ilə nəzərdə tutulmuş sanksiyaları tətbiq edə bilər. - 2.8-ci bəndinə əsasən hüquq ötürən şəxs, qəbul edən şəxs və lizinq alanla bu Saziş imzalandıqdan sonrakı 90 gün ərzində aşağıdakı hallar aşkar edildikdə, tərəflərə yazılı bildiriş göndərməklə bu Sazişi birtərəfli olaraq ləğv edə bilər: - 2.8.1. əgər Lizinq müqaviləsinin predmetini təşkil edən lizinq obyekti itirilmiş, məhv edilmiş və ya öz təyinatını itirəcək dərəcədə əsaslı dəyişikliyə uğramışdırsa; - 2.8.2. əgər Lizinq müqaviləsinin predmetini təşkil edən lizinq obyektinin sənədləri və parametrləri ilə (şassi, ban, mühərrik nömrəsi, istehsal ili, model/marka və s.) üzləşmə zamanı təqdim edilmiş texnika arasında uyğunsuzluq olduqda və əgər bu uyğunsuzluğu aradan qaldırmaq qeyri-mümkündürsə; - 2.8.3. əgər Lizinq alanın xx.xx.2020-ci il tarixinədək lizinq müqaviləsi üzrə Hüquq ötürən şəxsə 90 gündən artıq gecikmiş borcu varsa. - 2.12-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Lizinq Alan şəxs bu Saziş üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, Qəbul edən şəxs Lizinq alan şəxsə qarşı 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli müqavilə və bu Saziş üzrə iddia hüquqlarına malikdir. - 4.1-ci bəndinə əsasən "Müqavilə”nin digər müddəaları dəyişilməz olaraq qalır. - 4.2-ci bəndinə əsasən bu Saziş “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olmaqla, imzalandığı gündən qüvvəyə minir. Saziş lizinq alanın imzası, hüquq ötürən şəx və qəbul edən şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 031 nömrəli müqaviləyə Əlavə 1 olan üzləşmə və təhvil-təslim aktına əsasən müəyyən edilir ki, 1 ədəd KY-MH-24 markalı Taxılsəpən kənd təsərrüfatı texnikası xx.xx.2012-ci ildə lizinqə verilib, xx.xx.2020-ci il tarixə lizinq ödənişi üzrə qalıq borc 2863.15 manat təşkil edir. Üzləşmə və təhvil-təslim aktı "xxxx" MMC, İddiaçı ASC və Cavabdeh tərəfindən imzalanmışdır.
14. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh 16 avqust 2020-ci il tarixli Göyçay-031 Sazişə əsasən İddiaçı ASC-yə gecikmiş cari borcu 913.61 manat təşkil edir.
15. İddiaçı ASC tərəfindən X2 pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
17. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Daha sonra "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və Cavabdeh (lizinq alan) arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Gəncə-004 nömrəli xx.xx.2020-ci il tarixli Saziş imzalanmış, "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən irəli gələn "xxxx" MMC-nin hüquq və öhdəlikləri İddiaçı ASC-yə keçmişdir. Bundan sonra lizinq alan Cavabdeh ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə 913.61 manat məbləğində əsas borcu yaranmışdır.
20. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 913.61 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 913.61 manat əsas borc tutularaq İddiaçı ASCyə ödənilməlidir.
22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiticavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 913.61 (doqquz yüz on üç manat altmış bir qəpik) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pul tutularaq İddiaçı ASC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova