Məhkəmə qərarları › İş №e-2-2(113)-10344/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10344/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10344/2025 12.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 24.122,24 (iyirmi dörd min yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, illik 5%-lə hesablanmış 531 (beş yüz otuz bir manat) manat məbləğində vəsait, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi xidmət haqqı, 165 (yüz altımış beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “Satıcı”) ilə “Mebelroom" MMC (bundan sonra “Alıcı”) arasında 11 dekabr 2024-cü ildə 2024/419 nömrəlimallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-cimaddəsinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”-dan qəbuledilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsinə əsasən “Alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş işlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 11.1-ci maddəsində “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırılmış məbləğiavans olaraq əvvəlcədən ə ya “Alıcı”-nın təqdim etdiyi təsdiqedicisənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. Cəmiyyətimiz tərəfindən “Alıcı” tərəfindən müxtəlif zamanlarda verilən sifarişlər üzrə müqavilədə nəzərdə tutulmuş öhdəliklər razılaşdırılmış qaydada yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh MMC-nin öhdəliklərini tam və vaxtında icra etmədiyindən İddiaçı MMC-nin xeyrinə 24.122,24 (iyirmi dörd min yüziyirmi iki manat iyirmi dörd qəpik) manat ziyan dəymişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilən sifarişlər üzrə xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10175731 nömrəli 44,0022 (qırx dörd manat iyirmi iki) AZN dəyərində, xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10995319 nömrəli 2112,0584 (ikimin yüz on ikimanat beş yüzsəksən dörd qəpik) AZN dəyərində, xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10995321 nömrəli 2390,0074 (ikimin üç yüz doxsan manat yetmiş dörd qəpik) AZN dəyərində, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı, 10390862 nömrəli 19576,1764 (on doqquz min beş yüz yetmiş altımanat min yeddi yüzaltımış dörd qəpik) AZN dəyərində elektron qaimə fakturalar göndərilmişdir: Odur ki, qeyd olunanlara əsasən, 24.122,24 (iyirmi dörd min yüz iyirmi iki manat iyirmi dörd qəpik) AZN dəyərində əsas borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, İddaçı qeyd edir ki, cavabdeh “Mebelroom" MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5% miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 531 (beş yüz otuz bir manat) AZN borc yaranmışdır. İllik gecikdirməyə görə maliyyə arayışı iddia ərizəsinə əlavə olunmuşdur. xx.xx.2026-cı il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsi məqsədilə məhkəmə baxışı iclasının təyin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin aydın olduğunu bildirmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə baxışı iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tarix Ödənilməli olan məbləğ № 1 26 01.2026 2139 07 AZN 2 26.02 2026 2139.07 AZN 3 xx.xx.2026 2139 07 AZN 4 26.04 2026 2139.07 AZN 5 xx.xx.2026 2139 07 AZN 6 xx.xx.2026 2139 07 AZN 7 xx.xx.2026 2139.09 AZN Tərəflər təsdiq edirlər ki, onlar arasında xx.xx.2024-cü il tarixli 2024/419 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır Cavabdehin İddiaçıya ödəməli olduğu 13957.51 AZN (on üç min doqquz yüz elli yeddi min manat əlli bir qəpik) əsas, 531 AZN (beş yüz otuz bir manat) faiz borcu hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəsaiti, habelə məhkəməyə iddia verilməsi məqsədilə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunu, ümumilikdə 14973.51 AZN (on dörd min doqquz yüz yetmiş üç manat otuz əlli bir qəpik) manat pul vəsaitini 6 (altı) ay müddətində hər ayın 26-cı günündən gec olmayaraq, 2139 07 AZN (iki min yüz otuz doqquz manat yeddi qəpik), sonuncu ay 2139.09 AZN (iki min yüz otuz doqquz manat doqquz qəpik) məbləğində olmaqla, tam şəkildə İddiaçının müvafiq bank hesabına - (Bank: "xxxx" ASC, Hesab: AZ68PAHA40060AZNHC**********; Bank kodu: 505141; Müxbir hesab: AZ82NABZ********************; Bank VÖEN- İ: **********) köçürmə yolu ilə. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bu Sazişə əsasən Sazişin könüllü icrasından imtina olunsa, İddiaçı Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Beləki, ümumilikdə müəyyənləşdirilmiş aylar ərzində Cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzrlü hesab edilməyəcək və iddiaçı qeyd olunan ardıcıl ayların hər hansı biri üçün nəzərtə tutulan ödənişlərdə gecikmələr və ya uyğunsuzluqlar olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qalan borc məbləğinin ödənilməsi ilə bağlı icra tədbirlərinin görülməsini tələb edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər təsdiq edirlər ki, onlar arasında xx.xx.2024-cü il tarixli 2024/419 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır Cavabdehin İddiaçıya ödəməli olduğu 13957.51 AZN (on üç min doqquz yüz elli yeddi min manat əlli bir qəpik) əsas, 531 AZN (beş yüz otuz bir manat) faiz borcu hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəsaiti, habelə məhkəməyə iddia verilməsi məqsədilə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunu, ümumilikdə 14973.51 AZN (on dörd min doqquz yüz yetmiş üç manat otuz əlli bir qəpik) manat pul vəsaitini 6 (altı) ay müddətində hər ayın 26-cı günündən gec olmayaraq, 2139 07 AZN (iki min yüz otuz doqquz manat yeddi qəpik), sonuncu ay 2139.09 AZN (iki min yüz otuz doqquz manat doqquz qəpik) məbləğində olmaqla, tam şəkildə İddiaçının müvafiq bank hesabına - (Bank: "xxxx" ASC, Hesab: AZ68PAHA40060AZNHC**********; Bank kodu: 505141; Müxbir hesab: AZ82NABZ********************; Bank VÖEN- İ: **********) köçürmə yolu ilə. Tarix Ödənilməli olan məbləğ № 1 26 01.2026 2139 07 AZN 2 26.02 2026 2139.07 AZN 3 xx.xx.2026 2139 07 AZN 4 26.04 2026 2139.07 AZN 5 xx.xx.2026 2139 07 AZN 6 xx.xx.2026 2139 07 AZN 7 xx.xx.2026 2139.09 AZN Bu Saziş imzalandığı gündən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bu Sazişə əsasən Sazişin könüllü icrasından imtina olunsa, İddiaçı Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Beləki, ümumilikdə müəyyənləşdirilmiş aylar ərzində Cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzrlü hesab edilməyəcək və iddiaçı qeyd olunan ardıcıl ayların hər hansı biri üçün nəzərtə tutulan ödənişlərdə gecikmələr və ya uyğunsuzluqlar olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qalan borc məbləğinin ödənilməsi ilə bağlı icra tədbirlərinin görülməsini tələb edəcəkdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar