Məhkəmə qərarları › İş №e-2-2(113)-10349/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10349/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(113)-10349/2025 26.02.2026 BAKI KOMMERSIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC (sonradan “xxxx”) ilə cavabdeh1 arasında bağlanmış ##.##.2012-ci il tarixli “196-L/12” nömrəli və ##.##.2016-cı il tarixli “1046-GL/16”nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh cavabdeh1 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə##.##.2012-ci il tarixli “196-L/12” nömrəli müqavilə üzrə 1808 manat qalıq borc, 3316,71 manat cərimə borcu olmaqla, cəmi 5124,71 manat borcun və ##.##.2016-cı il tarixli “1046-GL/16” nömrəli müqavilə üzrə 4245 manat qalıq borc, 4350,33 manat cərimə borcu olmaqla, cəmi 8595,33 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC (sonradan “xxxx”) ilə cavabdeh1 arasında ##.##.2012-ci il tarixli “196-L/12” nömrəli və ##.##.2016-cı il tarixli “1046- GL/16”nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan cavabdeh1 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh cavabdeh1 ##.##.2012-ci il tarixli “196-L/12” nömrəli müqavilə üzrə ##.##.2025- ci il tarixinə 1808 manat qalıq borc, 3316,71 manat cərimə borcu olmaqla, cəmi 5124,71 manat və ##.##.2016-cı il tarixli “1046- GL/16”nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixinə 4245 manat qalıq borc, 4350,33 manat cərimə borcu olmaqla, cəmi 8595,33 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra Agentlik) keçmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “xxxx” MMC arasında hüquq xidmətlərinin satın alınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 445.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü bəndinə uyğun olaraq “iddianın tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 və “xxxx” ASC arasında bağlanmış ##.##.2012-ci il tarixli “196-L/12” nömrəli müqavilə üzrə 3316,71 manat cərimə məbləğinin, ##.##.2016-cı il tarixli “1046-GL/16” nömrəli müqavilə üzrə 4350,33 manat cərimə məbləğinin və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin cavabdeh cavabdeh1 iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. Lizinq verən qismində “xxxx” ASC ilə lizinq alan qismində cavabdeh1 arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ##.##.2012-ci tarixli, ***-L/** nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən aşağıda göstərilən kənd təsərrüfat, texnikasını (bundan sonra texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: 1) Texnikanın adı: Traktor, markası: MTZ-89.2, miqdarı: 1, qiyməti: 28500, ödəmə müddəti: 8 il; 2) Texnikanın adı: Kotan, markası: AG-14-5, miqdarı: 1, qiyməti: 2600, ödəmə müddəti: 2 il. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən 3110 (üç min yiiz on) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; 4.1-ci bəndinə əsasən lizinq alan müqavilənin * nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən lizinq alan texnikadan istifadə üçün * nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə iki dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması deməkdir; 6.3-cü bəndinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar; 9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və “xxxx” ASC-nin möhürü ilə təsdiq edilmişdir.

7. Lizinq verən qismində “xxxx” ASC ilə lizinq alan qismində cavabdeh1 arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ##.##.2016-cı il tarixli, ****-GL/** nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 6400 manat olan və Spesifikasiyada (Əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən lizinq verən qrafik üzrə ödənişə nəzarət edir və lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi iki dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir; 2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir; 3.1-ci bəndinə əsasən müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur; 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən lizinq alan texnikadan istifadə üçün * nömrəli əlavədə nəzərəd tutulan məbləği ödəniş müddətləri üzrə iki dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması deməkdir; 6.3-cü bəndinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar; 9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və “xxxx” ASC-nin möhürü ilə təsdiq edilmişdir.

8. “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə ##.##.2012-ci il tarixli, **** nömrəli aktdan müəyyən olunur ki, aktda adıçəkilən texnikalar (1) Texnikanın adı: Traktor, markası: MTZ-89.2, 2) Texnikanın adı: Kotan, markası: AG-14-5) “xxxx” ASCnin ##.##.2012-ci il tarixli əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. Akt tərəflərin imzası və “xxxx” ASC-nin möhürü ilə təsdiq edilmişdir.

9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ##.##.2012-ci tarixli, ***-L/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 1808 manat, hesablanmış cərimə 3316,71 manat olmaqla, ümumilikdə 5124,71 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 17892 manat təşkil edir.

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ##.##.2016-cı tarixli, ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 4245 manat, hesablanmış cərimə 4350,33 manat olmaqla, ümumilikdə 8595,33 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 2155 manat təşkil edir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ##.##.2012-ci tarixli, ***-L/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 0 manat, hesablanmış cərimə 3316,71 manat olmaqla, ümumilikdə 3316,71 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 19700 manat təşkil edir.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ##.##.2016-cı tarixli, ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 0 manat, hesablanmış cərimə 4350,33 manat olmaqla, ümumilikdə 4350,33 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 6400 manat təşkil edir.

13. İş materiallarına lizinq müqavilələri üzrə cərimələrin hesablanması qrafiki və hesabdan çıxarış, eləcə də cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edən “xxxx” MMC tərəfindən verilən ödəniş qəbzləri əlavə edilmişdir.

14. ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 300 manat təşkil edir.

15. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2025-ci il tarixli, ***XOH********** nömrəli ödəniş tapşrığından görünür ki, xxxx LLC tərəfindən “Kəngərli və Partnyorları” Vəkil Bürosun AZ**AIIB******************** nömrəli hesabına elektron qaimələr üzrə (yuxarıda qeyd edilən MT2511 seriyalı, ******** nömrəli elektron qaimə də daxil olmaqla) 2700 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

16. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmənin mövqeyi

19. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Eyni zamanda məhkəmə icraatının gedişində cavabdeh tərəfindən hər iki müqavilə üzrə əsas borc ödənilmiş və müvafiq olaraq iddiaçı tələbin həcmini azaltmışdır.

20. İddia tələbini cavabdehdən ##.##.2012-ci tarixli, ***-L/** nömrəli müqavilə üzrə 3316,71 manat və ##.##.2016-cı il tarixli, ****-GL/** nömrəli müqavilə üzrə 4350,33 manat cərimə borcunun tutulması təşkil edir.

22. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tutulması tələb olunan cərimə məbləği azaldılaraq ##.##.2012-ci tarixli, ***-L/** nömrəli müqavilə üzrə 100 (yüz) manat, ##.##.2016-cı il tarixli, ****-GL/** nömrəli müqavilə üzrə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 576,28 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hazırkı qənaətə gələrkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli elektron qaiməni və ödəniş sənədini nəzərə almışdır.

26. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 ##.##.2012-ci il tarixli, ***-L/** nömrəli müqavilə üzrə 100 (yüz) manat cərimə, ##.##.2016-cı il tarixli, ****-GL/** nömrəli müqavilə üzrə 220 (iki yüz iyirmi) manat cərimə, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 620 (altı yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar