Məhkəmə qərarları › İş №e-2-2(113)-1035/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1035/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1035/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Cavabdeh Mətəm qızının iştirakı ilə, Holcim (Azərbaycan) X1 Cavabdeh qarşı pul tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Holcim (Azərbaycan) X2 Cavabdeh qarşı xx.xx.2019-cu il tarixində bağlanmış O00048846 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə 13407 (on üç min dörd yüz yeddi) manat məbləğində əsas borcun, 2473.7 (iki min dörd yüz yetmiş üç manat yetmiş qəpik) AZN cərimə məbləğinin, cəmi 15880.7 (on beş min səkkiz yüz səksən manat yetmiş qəpik) AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər təsdiq edirlər ki, xx.xx.2020-ci il tarixinə cavabdehin əsas məbləğ üzrə borcu 9407.31 (doqquz min dörd yüz yeddi manat otuz bir qəpik) manat və hesablanmış cərimə borcu 2473,70 (iki min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat təşkil edir. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq X3 ilə 9407.31 manat əsas borc məbləğinin hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1. Cavabdeh 9407.31 manat məbləğində əsas borcu aşağıdakı qaydada İddiaçıya ödəyir: xx.xx.2020-ci il tarixinədək-3135,77 (üç min yüz otuz beş manat yetmiş yeddi qəpik); xx.xx.2020-ci il tarixinədək-3135,77 (üç min yüz otuz beş manat yetmiş yeddi qəpik); xx.xx.2020-ci il tarixinədək-3135.77 (üç min yüz otuz beş manat yetmiş yeddi qəpik). 1.2. X4 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra. Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.3. Cavabdeh tərəfindən ödəniş X4 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə Cavabdeh İddiaçıya 9407.31 (doqquz min dörd yüz yeddi manat otuz bir qəpik) manat əsas borc və 2473,70 (iki min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 11881.01 (on bir min səkkiz yüz səksən bir manat bir qəpik) manat ödəyəcəkdir. 1.4. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Holcim (Azərbaycan) X1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: Tərəflər təsdiq edirlər ki, xx.xx.2020-ci il tarixinə cavabdehin əsas məbləğ üzrə borcu 9407.31 (doqquz min dörd yüz yeddi manat otuz bir qəpik) manat və hesablanmış cərimə borcu 2473,70 (iki min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat təşkil edir. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq X3 ilə 9407.31 manat əsas borc məbləğinin hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1. Cavabdeh 9407.31 manat məbləğində əsas borcu aşağıdakı qaydada İddiaçıya ödəyir: xx.xx.2020-ci il tarixinədək-3135,77 (üç min yüz otuz beş manat yetmiş yeddi qəpik); xx.xx.2020-ci il tarixinədək-3135,77 (üç min yüz otuz beş manat yetmiş yeddi qəpik); xx.xx.2020-ci il tarixinədək-3135.77 (üç min yüz otuz beş manat yetmiş yeddi qəpik). 1.2. X4 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra. Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.3. Cavabdeh tərəfindən ödəniş X4 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə Cavabdeh İddiaçıya 9407.31 (doqquz min dörd yüz yeddi manat otuz bir qəpik) manat əsas borc və 2473,70 (iki min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 11881.01 (on bir min səkkiz yüz səksən bir manat bir qəpik) manat ödəyəcəkdir. 1.4. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar