Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10379/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kontrafakt) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin qanuni təmsilçisi X5 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı İddiaçı Şirkətinin Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” və “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” və “LACOSTE” əmtəə nişanlı 15960 ədəd əl-üz dəsmalları, **********) içərisində olan “PUMA” əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən"xxxx" Şirkətinə(“PUMA”) ünvanlanmış 18 noyabr 2025-ci il tarixli №3- 33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 19 noyabr 2025-ci il tarixli №267Q saylı Bildirişə (“Bildiriş”) əsasən, hüquqi ünvanı: AZ1045, Bakı şəhəri, Xəzər rayonu, Binə ştq, İ.Nəsimi, ev.97A, m.0 olanCavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” və “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” və “LACOSTE” əmtəə nişanlı 15960 ədəd əl-üz dəsmalları, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 18 noyabr 2025ci il tarixindən 01 dekabr 2025-ci il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 19 noyabr 2025-ci ildə təqdim olunmuşdur. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış “PUMA” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 19 noyabr 2025- ci il tarixli müvafiq Akt tərtib edilmişdir. Qeyd olunan Akt bu İddia Ərizəsinə əlavə olunur. Hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X3, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışıAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “PUMA” əmtəə nişanlı malların kontrafakt olubolmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd etmək istəyirik ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 19 noyabr 2025-ci il tarixli №267Q saylı Bildirişin İddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Cavabdeh MMC özünün qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişdir. Bu fakt isə öz növbəsində, Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin Qərarı ilə razı olduğunu və idxal etdiyi “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33- 1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 01 dekabr 2025-ci il tarixinədək dayandırılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” və “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” və “LACOSTE” əmtəə nişanlı 15960 ədəd əl-üz dəsmalları, **********) içərisində olan “PUMA” əmtəə nişanlı malların üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-1199/2025 saylı 28 noyabr 2025-ci il tarixli Qərardadı ilə hüquq sahibi “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 01 dekabr 2025-ci il tarixinədək dayandırılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” və “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” və “LACOSTE” əmtəə nişanlı 15960 ədəd əl-üz dəsmalları, **********) içərisində olan “PUMA” əmtəə nişanlı malların üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə 28 dekabr 2025-ci il tarixinədək həbs qoyulmuşdur. Cavabdeh MMC isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirməyib və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Qeyd etmək istəyirik ki, hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “PUMA” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “PUMA” X2 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” və “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” və “LACOSTE” əmtəə nişanlı 15960 ədəd əl-üz dəsmalları, **********) içərisində olan “PUMA” əmtəə nişanlı 6960 (altı min doqquz yüz altmış) ədəd əl-üz dəsmalının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd etdi ki, təqdim olunmuş malların üzərində etiket mövcud deyildir, yalnız sap vasitəsilə yazılmış işarələmə müşahidə olunur. Əgər mallar iddiaçı tərəfə maneə yaradırsa, biz onların geri qaytarılmasına cəhd edərik. Qeyd olunan halları nəzərə alaraq,iddia ərizəsinin rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı 91074 Herzogenaurach adına qeydiyyata alınan 437626 saylı “PUMA” beynəlxalq əmtəə nişanı əmtəələrin və xidmətlərin beynəlxalq Nitsa təsnifatının 18,25,28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir.
9. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, Ümumdunya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 18, 25-ci sinifləri uzrə Azərbaycan Respublikasının ərazisində 02 dekabr 2026-cı il tarixinə qədər qüvvədədir.
10. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi tərəfindən “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, 480708 nömrəli “PUMA”beynəlxalq əmtəə nişanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) şirkətinin adına qeydiyyata alınmışdır. Bu nişana Azərbaycan Respublikasının ərazisində 1999-cu il 19 avqust tarixindən hüquqi mühafizə verilmişdir və Əmtəələrin və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 18, 25 və 28-ci sinifləri üzrə 2033-cü il 30 sentyabr tarixinədək mühafizə olunacaq.480105 nömrəli“PUMA”beynəlxalq əmtəə nişanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) şirkətinin adına qeydiyyata alınmışdır. Bu nişana Azərbaycan Respublikasının ərazisində 1999-cu il 19 avqust tarixindən hüquqi mühafizə verilmişdir və Əmtəələrin və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 18, 25 və 28-ci sinifləri üzrə 2033-cü il 30 sentyabr tarixinədək mühafizə olunacaq.1459903 nömrəli PİİİİİH beynəlxalq əmtəə nişanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) şirkətinin adına qeydiyyata alınmışdır. Bu nişana Azərbaycan Respublikasının ərazisində 2018-ci il 29 noyabr tarixindən hüquqi mühafizə verilmişdir və Əmtəələrin və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 09 və 14cü sinifləri üzrə 2028-ci il 29 noyabr tarixinədək mühafizə olunacaq. ******* nömrəli beynəlxalq əmtəə nişanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) şirkətinin adına qeydiyyata alınmışdır. Bu nişan Azərbaycan Respublikasının ərazisində 2009-cu il 26 mart tarixindən Əmtəələrin və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 18, 25 və 28-ci sinifləri üzrə 2029-cu il 26 mart tarixinədək mühafizə olunacaq.
11. Azərbaycan Respublikası DG Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 33-1100/000098Q saylı malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərarla Cavabdeh MMC tərəfidən Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli, CN2708 saylı inviys sənədi ilə Çin Xalq Respublikasında 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş və bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılması qərara alınmışdır.
V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin,məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Vİ.Məhkəmənin mövqeyi:
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. İlk olaraq iddia tələbinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” və “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” və “LACOSTE” əmtəə nişanlı 15960 ədəd əl-üz dəsmalları, **********) içərisində olan “PUMA” əmtəə nişanlı 6960 (altı min doqquz yüz altmış) ədəd əl-üz dəsmalının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
17. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun:
18. 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
19. 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
20. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
21. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
22. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
23. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” A zərbaycan Respublikası Qanununun:
24. 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
25. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
26. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır.
27. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
28. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
29. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6-da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə):
30. 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.
31. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.
32. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
33. 1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
34. 2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;
35. 3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.
36. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
37. Qeyd olunanlardan və gömrük orqanının qərarından da göründüyü kimi cavabdeh fərdi sahibkar tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmuşlar.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin,məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
43. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi qiymətləndirilməyən iddia ərizəsinə şamil edildiyindən məhkəmə xərcləri onu ödəməkdən azad edilməyən cavabdehdən dövlət büdcəsinə tutulmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 noyabr 2025-ci il tarixli №3-33-1100/267Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 01 saylı invoys sənədi ilə İran İslam Respublikasından 68AA445/68AA446 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2876 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı 6960 (altı min doqquz yüz altmış) ədəd mallar (XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş malların içərisində “PUMA” əmtəə nişanlı 6960 (altı min doqquz yüz altmış) ədəd əl-üz dəsmalı, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova