Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2019/2025 17.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh X2, nümayəndəsi Nümayəndə2 Fərhad oğlunun iştirakı ilə. İddiaçı cavabdeh X3 qarşı kontrafakt olması əlamətləri aşkar edilmiş malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi tələbinə dair ilk, iddiaçı X2 cavabdeh İddiaçınə qarşı malların dövriyyəyə buraxılmasına qərar verilməsə malların iddiaçıya qaytarılması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 17 iyul 2025-ci il tarixli 3-33- 1100/154Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 17062025UVC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 773APK13/81AEE13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********3737 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 11-ci mal mövqeyində 2020 ədəd yağ filteri, hava filteri, yanacaq filterləri (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquq sahibi, baş ofisi: 1 Toyota-Cho, Toyota-Shi, Aichi-Ken 471-8571, Yaponiya ünvanında yerləşən “X5” ("xxxx") şirkətinə ünvanlanmış 17 iyul 2025-ci il tarixli 3-33-1100/154Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verilmiş 21 iyul 2025-ci il tarixli 154Q saylı bildirişə əsasən, qeydiyyat ünvanı: Tovuz rayonu, Yuxarı Öysüzlü Ə/D, Yuxarı Öysüzlü kəndi olan fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 17062025UVC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 773APK13/81AEE13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********3737 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 11-ci mal mövqeyində 2020 ədəd yağ filteri, hava filteri, yanacaq filterləri (**********)) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 iş günü müddətinə 18 iyul 2025-ci il tarixindən 31 iyul 2025-ci il tarixinədək dayandırılmışdır. Qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi, idxalçıya və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda qərarının təsdiqlənmiş surəti hüquq sahibinə 21 iyul 2025-ci ildə təqdim olunmuşdur. Tərəflərin iştirakı ilə gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 24 iyul 2025-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibinə müraciət edilmiş və hüquq sahibinin ekspertləri tərəfindən malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibinin müraciəti əsasında Bakı Baş Gömrük İdarəsinin 29 iyul 2025-ci il tarixli 3-33-1100/168Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” qərarına əsasən həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 iş günü müddətinə 31 iyul 2025-ci il tarixindən 14 avqust 2025-ci il tarixinədək uzadılmışdır. Qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibinə, idxalçı (mal sahibi) fərdi sahibkara və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilmiş, eyni zamanda, qərarının təsdiqlənmiş surəti hüquq sahibinə 01 avqust 2025-ci ildə təqdim olunmuşdur. Qərarlar vaxtında təqdim olunmasına və qərarlarda şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, bəyannaməçi və ya cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan qərarı mübahisələndirməmişdir. Bu fakt isə öz növbəsində, həm bəyannaməçinin və həm də cavabdehin qərarlarla razı olduqlarını və idxal etdikləri malların kontrafakt olduğunu, bununla da iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, malların üzərinə 1 ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 avqust 2025-ci il tarixli e-16(115)-52/2025 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardadı mübahisələndirməmişdir. Bu fakt isə öz növbəsində, cavabdehin qərardadla razı olduğunu, idxal etdiyi malların kontrafakt olduğunu, bununla da iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Hüquq sahibinə məxsus "xxxx" və “LEXUS” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair "xxxx" Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. İddiaçı X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının iddia tələblərinin əsassız hesab edilib rədd edilməsi, ekspertiza nəticələri əldə olunana qədər malların məhv edilməsinə və ya digər geri dönməz tədbirlərə yol verilməməsi, əgər malların dövriyyəyə buraxılmasına qərar verilməsə, Gömrük Məcəlləsinin 287.3-cü maddəsinə əsasən malların cavabdehə qaytarılmasına qərar verilməsi, məhkəmə xərclərinin iddiaçının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-2019/2025 saylı qərardadı ilə qarşılıqlı iddia malların dövriyyəyə buraxılmasına qərar verilməsə malların iddiaçıya qaytarılması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması hissəsində icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Malların kontrafakt olması sübuta yetirilməyib. İddiaçı yalnız öz sifarişi ilə əldə etdiyi ekspert rəylərinə istinad edir. Bu rəylər müstəqil ekspertiza deyil və yalnız iddiaçının təqdim etdiyi məlumatlara əsaslanır. Azərbaycan Respublikası qanunvericiliyinə görə, malların kontrafakt olub-olmaması yalnız məhkəmə tərəfindən təyin edilmiş müstəqil ekspertiza ilə müəyyən edilə bilər. Bundan başqa malların hamısı "xxxx" markası ilə bağlı deyil, gömrük bəyannaməsinə əsasən idxal olunmuş mallar arasında müxtəlif geyimlər, çantalar, yataq dəstləri, texniki vasitələr və digər əşyalar mövcuddur. Bunların böyük hissəsinin "xxxx" və “LEXUS” əmtəə nişanları ilə heç bir əlaqəsi yoxdur. İddiaçı bütün malları kontrafakt "xxxx" məhsulu kimi təqdim etməklə faktiki vəziyyəti təhrif edir. Mallar rəsmi qaydada bəyan olunub və dövlət ödənişləri edilib gömrük bəyannaməsi və gömrük ödənişlərinə dair cədvəl sübut edir ki, cavabdeh malları gizlətməyib, tam şəkildə bəyan edib və dövlət büdcəsinə əhəmiyyətli məbləğdə ödənişlər köçürüb. Bu fakt cavabdehin yaxşı niyyətli fəaliyyətini sübut edir. Malların alternativ tədbirlərlə tənzimlənməsi mümkündür Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 287.3-cü maddəsinə görə, əqli mülkiyyət hüquqlarını pozduğu ehtimal edilən mallar mütləq məhv edilməli deyil. Qanun idxalçının hesabına malların geri qaytarılması imkanını da nəzərdə tutur. Malların heç bir qəti ekspertiza olmadan müsadirə və məhv edilməsi cavabdehin mülkiyyət hüququna ciddi müdaxilədir. Beynəlxalq hüquqi normalar Azərbaycanın qoşulduğu TRİPS sazişinin 59-cu maddəsi kontrafakt mallar barəsində tədbirlər görülərkən onların geri qaytarılması və ya ölkədən çıxarılması imkanını tanıyır. İddiaçının tələb etdiyi kimi bütün malların məhv edilməsi beynəlxalq hüquqa da uyğun deyil. Əlavə olaraq saxlanılan malların içərisində “HUNDAİ” və “KİA” markalı maşınlara aid mallarda vardır. Hazıra kimi gömrük anbarında saxlanılan malların saxlanılması xərci 4800 manat təşkil edir. Hazırda onlardan aslı olmayan səbəbdən anbarda saxlanılan mallara görə tələb edilən xərci ödəmək imkanı yoxdur. Məhkəmənin iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, malın kontrafakt olub-olmamasını gömrük orqanı müəyyən etmişdir, qarşı tərəf istəsə idi gömrük orqanının qərarını inzibati qaydada mübahisələndirə bilərdi. Digər mallarla bağlı isə onların hər hansı pretenziyaları yoxdur, ilk iddiaçının mübahisəsi İddiaçınə məxsus əmtəə nişanlı mallarla bağlıdır. Kontrafakt malı gömrük saxlamışdır, hazırda gömrüyün nəzarətindədir, məhkəmə onların iddianı təmin etməsə əlbəttə ki, həmin mallar tərəfin özünə veriləcəkdir. O cümlədən qanunvericilikdə qeyd edilsə də onlar qarşı tərəfdən hər hansı pul tələb etmirlər. Mallar məhv edilməyib tərəfə verilməsi də elə onun tədavülə buraxılması mənasına gəlir. Belə ki, 1-2 ədəd deyil təxminən 2000 ədəd maldan söhbət gedir, bu aydındır ki, tərəf onu özü üçün gətirməmişdir. Həmin malların ona verilməsi o deməkdir ki, qarşı tərəf hər hansısa qayda da onları satacaqdır. Məhkəmənin iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 Fərhad oğlu izahatında bildirmişdir ki, faktiki olaraq mallar ölkəyə daxil olmuşdur, lakin mübahisələndirilən mallar "xxxx" və “LEXUS” markalı olsa da, cavabdehə məxsus “HUNDAİ” və “KİA” markalı mallar da gömrükdə saxlanılmışdır. Saxlama xərcləri də hazırda 4800 manat təşkil edir. Bu məsələ cavabdehi çıxılmaz vəziyyətdə qoyur. O cümlədən iddiaya etirazı odur ki, malın gömrük rüsumu ödənilmiş və rəsmişləşdirilmişdir, əgər bu malların buraxılması mümkünsüz idisə nəyə görə gömrükdə rəsmiləşdirilirdi. Mallar dövriyyədən çıxarılmayan mallar kateqoriyasına aid olduğuna görə hesab edir ki, idxalçıya qaytarıla bilər. Onlar həmin mallara yol xərci ödəmiş, gömrük orqanın təqdim etdiyi sənədlər əsasında bütün gömrük xərclərini ödəmişdir. Qeyd edilən malların məhv edilməsi onların geri qaytarılması deməkdir, onun geri qaytarılması yüksək xərc tələb edir, ona görə onlar malların özlərinə qaytarılmasını xahiş edir, yəni daha artıq xərc çəkmək istəmirlər. Məqsədləri həmin malları təzdən satmaq deyildir. . Hesab edir ki, "xxxx" və “LEXUS” markalı bağlı mallar da onlara geri qaytarılmalıdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 17 iyul 2025-ci il tarixli 3-33-1100/154Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərardan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 17062025UVC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 773APK13/81AEE13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********3737 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" və “LEXUS” əmtəə nişanlı avtomobilin ehtiyat hissələrinin kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Malların buraxılışının 10 iş günü müddətinə dayandırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1, bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilməsi, qərarın birinci bəndində qeyd edilən müəddət ərzində işə məhkəmədə mahiyyəti üzrə baxılmağa başlanmadıqda və ya müddətin uzadılması ilə bağlı ərizəçinin əsaslandırılmış müraciəti olmadıqda qərarın birinci bəndinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 29 iyul 2025-ci il tarixli 3-33-1100/168Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” qərardan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 17062025UVC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 773APK13/81AEE13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********3737 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1, bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən TOYOTA JİDOSHA KABUSHİKİ KAİSHA (ünvan: 1, Toyota-cho, Toyota-shi, Aichi-ken ***-**** (JP) adına qeydiyyata alınan ******* saylı LEXUS beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 03 mart 2025-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən TOYOTA JİDOSHA KABUSHİKİ KAİSHA (ünvan: 1, Toyota-cho, Toyota-shi, Aichi-ken ***-**** (JP) adına qeydiyyata alınan ******* saylı LEXUS beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 03 mart 2025-cı il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2024-cü il tarixli, 3-33/3-2-000056/2024 saylı sərəncamdan görünür ki, "xxxx" və “LEXUS” əmtəə nişanı adı altında malların 03 mart 2025-ci il tarixədək Gömrük Reyestrinə daxil edilmişdir. İş materiallarında olan gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 24 iyul 2025-ci il tarixli aktdan görünür ki, 17062025UVC saylı invoys sənədi ilə gətirilən "xxxx" əmtəə nişanlı 2 ədəd mal götürülmüşdür. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli bəyanatından görünür ki, saxlanılan malların təfərrüatlarının Brend Mühafizəsi üzrə ixtisaslaşmış Departamentləri tərəfindən aparılan ekspertiza və təhlillərə əsasən, qeyd olunan məhsulların kontrafakt olduğunu təsdiq edirlər. Həmin malların Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq lazımi qaydada müsadirə edilərək məhv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 283.1-ci maddəsinə əsasən reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. Həmin Məcəllənin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Həmin Qanunun 6-cı maddəsinin “a” və “ç” yarımbəndin əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları və əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); qeydiyyata alınmır. Həmin Qanunun 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Həmin Qanunun 19-cu maddəsinə görə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına ... dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir.” Qanunun 21-ci maddəsinə görə “Əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər.” Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Həmin Qanunun 26-cı maddəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab olunur. İş materiallarından görünür ki, iddiaçı əmtəə və xidmətlər üzrə "xxxx" və “LEXUS” əmtəə nişanlarından və təsvirlərindən istifadə etməkdə müstəsna hüquqa malikdir. Cavabdeh adına Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 17062025UVC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 773APK13/81AEE13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə **********3737 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş (XİFMN üzrə malın adı və kodu: Toyota və Lexus əmtəə nişanlı yağ filteri, yanacaq filteri, **********) mallar idxal edilmişdir. Həmin idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən mallarda kontrafakt olması əlamətləri aşkar olunmuş və gömrük orqanı tərəfindən malların buraxılışı dayandırılmış, sonradan isə dayandırılmanın müddəti uzadılmışdır. İddiaçı Azərbaycandakı səlahiyyətli nümayəndəsinə malların buraxılışının dayandırılması və dayandırma müddətinin uzadılması barədə qəbul edilən qərarlar göndərilməklə qərar haqqında, buraxılışın dayandırılmasının səbəbləri barədə dərhal yazılı bildiriş göndərilmişdir. Həmçinin buraxılışı dayandırılmış mallar barədə məlumat araşdırılması üçün İddiaçınə göndərilmiş, sonuncu tərəfindən buraxılışı dayandırılmış malların kontrafakt olması təsdiq edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia təmin edilməli, kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 11-ci mal mövqeyində 2020 ədəd yağ filteri, hava filteri, yanacaq filterləri (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 287.2-ci maddəsinə əsasən bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş hallarda gömrük orqanları hüquq sahibini və bəyannaməçini dərhal məlumatlandırır, malların pirat və ya kontrafakt olmasını dəqiq müəyyənləşdirmək üçün lazım olan məlumatları isə onlardan tələb edirlər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ilk iddia tələbi yalnız ilk iddia üzrə cavabdeh tərəfindən ixdal olunmuş, kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi ilə bağlıdır. Digər əmtəə nişanlı mallarla bağlı hər hansı iddia tələbinə baxılmır. Buraxılışı dayandırılmış mallarla birgə digər malların da buraxılışının dayandırılması halı movcuddursa bununla bağlı qarşılıqlı iddiaçı gömrük orqanına müraciət edə və ya bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. İlk iddia üzrə cavabdeh tərəfindən ixdal olunmuş, kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi əvəzinə həmin malların idxalçının özünə qaytarılması qanuni və əsaslı hesab edilə və bununla bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 17 iyul 2025-ci il tarixli №3-33-1100/154Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli 17062025UVC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 773APK13/81AEE13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********3737 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" və “LEXUS” əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 11-ci mal mövqeyində 2020 ədəd yağ filteri, hava filteri, yanacaq filterləri (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh 100 (bir yüz manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2019/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2019/2025
17.12.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver