Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1039/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsinə və ödəniş razılaşma protokoluna xitam verilməsi və Cavabdeh MMC-dən 148.000 manat borcun və cavabdehin borcdan yayınması nəticəsində maddi və əldən çıxmış fayda kimi 20.000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflərin razılığa gəldiyini bildirərək, barışıq sazişini bağlandığını bildirdi. Qeyd olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməyə təqdim edilmiş, 11.06.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: İddiaçı MMC və Cavabdeh MMC münasibətlərində yaranmış mübahisəni aşağıdakı qaydada həll etməyə dair razılığa gəlirlər:
1. Cavabdeh MMC İddiaçı MMC qarşısında olan 148000 (yüz qırx səkkiz min) manat məbləğində öhdəliyini qəbul edir;
2. Cavabdeh MMC məhkəmə qərardadı ilə bank hesabları üzərinə qoyulmuş həbs götürüldükdən sonrakı iki gün ərzində 59000 (əlli doqquz min) manat məbləğində vəsaiti İddiaçı MMC-nin bank hesabına ödəyir;
3. 2-ci bənddə qeyd olunmuş ödənişdən sonra qalmış 89000 (səksən doqquz min) manat məbləğində öhdəlik Cavabdeh MMC tərəfindən 10 (on) ay ərzində, hər növbəti ayın 15-dən gec olmamaqla 8900 (səkkiz min doqquz yüz) manata bərabər hissələrlə İddiaçı MMC-yə ödənilir;
4. Öhdəliyin icrası üçün son müddət 31 aprel 2022-ci il müəyyən olunur;
5. Tərəflər arasında olan öhdəlik məbləğinə faiz və ya dəbbə pulları hesablanmır;
6. Bu barışıq müqaviləsinin imzalandığı tarixdə İddiaçı MMC Cavabdeh MMC-nin hesabları üzərinə qoyulmuş həbsin götürülməsinə dair vəsatətlə Bakı Kommersiya məhkəməsinə müraciət edəcək;
7. Hər iki tərəf bildirir ki, Barışıq müqaviləsinin imzalandıqdan sonra mübahisə predmeti barəsində birinin digərinə qarşı heç bir iddia və ya tələbi mövcud olmayacaq;
8. Tərəflər bəyan edirlər ki, MPM-in 191 -ci maddəsinin tələbləri onlara məlumdur;
9. Barışıq müqaviləsinin 3 nüsxədə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Cavabdeh MMC İddiaçı MMC qarşısında olan 148000 (yüz qırx səkkiz min) manat məbləğində öhdəliyini qəbul edir;
2. Cavabdeh MMC məhkəmə qərardadı ilə bank hesabları üzərinə qoyulmuş həbs götürüldükdən sonrakı iki gün ərzində 59000 (əlli doqquz min) manat məbləğində vəsaiti İddiaçı MMC-nin bank hesabına ödəyir;
3. 2-ci bənddə qeyd olunmuş ödənişdən sonra qalmış 89000 (səksən doqquz min) manat məbləğində öhdəlik Cavabdeh MMC tərəfindən 10 (on) ay ərzində, hər növbəti ayın 15-dən gec olmamaqla 8900 (səkkiz min doqquz yüz) manata bərabər hissələrlə İddiaçı MMC-yə ödənilir;
4. Öhdəliyin icrası üçün son müddət 31 aprel 2022-ci il müəyyən olunur;
5. Tərəflər arasında olan öhdəlik məbləğinə faiz və ya dəbbə pulları hesablanmır;
6. Bu barışıq müqaviləsinin imzalandığı tarixdə İddiaçı MMC Cavabdeh MMCnin hesabları üzərinə qoyulmuş həbsin götürülməsinə dair vəsatətlə Bakı Kommersiya məhkəməsinə müraciət edəcək;
7. Hər iki tərəf bildirir ki, Barışıq müqaviləsinin imzalandıqdan sonra mübahisə predmeti barəsində birinin digərinə qarşı heç bir iddia və ya tələbi mövcud olmayacaq;
8. Tərəflər bəyan edirlər ki, MPM-in 191 -ci maddəsinin tələbləri onlara məlumdur;
9. Barışıq müqaviləsi 3 nüsxədə imzalanmışdır. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva