Məhkəmə qərarları › İş №e-2-2(113)-1039/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1039/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1039/2022 10.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının xxxxxnin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının xxxxx cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2011-ci il tarixli 1552-L/11 nömrəli müqavilə üzrə 4587 (dörd min beş yüz səksən yeddi) manat gecikdirilmiş əsas borc, 1912,28 manat (min doqquz yüz on iki manat iyirmi səkkiz qəpik) cərimə borcu, 03.11.2015-ci il tarixli 2684- GL/16 nömrəli müqavilə üzrə 2693 (iki min altı yüz doxsan üç) manat gecikdirilmiş əsas borc, 1463,57 manat (min dörd yüz altmış üç manat əlli yeddi qəpik) cərimə borcu, 05.09.2017-ci il tarixli 1160-L/17 nömrəli müqavilə üzrə 6300 (altı min üç yüz) manat gecikdirilmiş əsas borc, 1555,38 manat (min beş yüz əlli beş manat otuz səkkiz qəpik) cərimə borcu, 03.08.2018-ci il tarixli 1076-GL/18 nömrəli müqavilə üzrə 30089 (otuz min səksən doqquz) manat gecikdirilmiş əsas borc, 14828,34 manat (on dörd min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik) cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 63179,09 manat (altmış üç min yüz yetmiş doqquz manat doqquz qəpik) pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının xxxxxnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 21.10.2011-ci il tarixli 1552-L/11 nömrəli, 03.11.2015-ci il tarixli 2684- GL/16 nömrəli, 05.09.2017-ci il tarixli 1160-L/17 nömrəli və 03.08.2018-ci il tarixli 1076- GL/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 13.07.2021-ci il tarixə 21.10.2011-ci il tarixli 1552-L/11 nömrəli müqavilə üzrə 4587 (dörd min beş yüz səksən yeddi) manat gecikdirilmiş əsas borc və 1912,28 manat (min doqquz yüz on iki manat iyirmi səkkiz qəpik) cərimə borcu, 03.11.2015-ci il tarixli 2684-GL/16 nömrəli müqavilə üzrə 2693 (iki min altı yüz doxsan üç) manat gecikdirilmiş əsas borc və 1463,57 manat (min dörd yüz altmış üç manat əlli yeddi qəpik) cərimə borcu, 05.09.2017ci il tarixli 1160-L/17 nömrəli müqavilə üzrə 6300 (altı min üç yüz) manat gecikdirilmiş əsas borc və 1555,38 manat (min beş yüz əlli beş manat otuz səkkiz qəpik) cərimə borcu, 03.08.2018-ci il tarixli 1076-GL/18 nömrəli müqavilə üzrə 30089 (otuz min səksən doqquz) manat gecikdirilmiş əsas borc və 14828,34 manat (on dörd min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik) cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili hər dörd müqavilə üzrə əsas borc ödənildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, 21.10.2011-ci il tarixli 1552-L/11 nömrəli müqavilə üzrə 1912,28 manat (min doqquz yüz on iki manat iyirmi səkkiz qəpik) cərimə borcu, 03.11.2015-ci il tarixli 2684-GL/16 nömrəli müqavilə üzrə 1463,57 manat (min dörd yüz altmış üç manat əlli yeddi qəpik) cərimə borcu, 05.09.2017-ci il tarixli 1160-L/17 nömrəli müqavilə üzrə 1555,38 manat (min beş yüz əlli beç manat otuz səkkiz qəpik) cərimə borcu, 03.08.2018-ci il tarixli 1076-GL/18 nömrəli müqavilə 14828,34 manat (on dörd min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik) cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 20109,57 (iyirmi min yüz doqquz manat əlli yeddi qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının xxxxxnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbində qeyd olunan borc məbləğinin onun tərəfindən ödənilməsinə baxmayaraq, iddiaçı Azərbaycan Respublikasının xxxxx hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. "xxxx" ASC ləğv edildikdən sonra ödənişlərin hansı hesaba köşürülməsi ilə bağlı iddiaçı tərəfə müraciət etmiş və ona bildirmişlər ki, "xxxx" ASC-nin hesabı bağlanılmışdır. Ödənişlərin hansı hesaba köçürülməsi müəyyənləşdirilməmişdir. Daha sonra ona mediasiya sessiyasının keçirilməsi ilə bağlı təklif göndərilmişdir. Tərəfindən borc məbləği tam şəkildə ödənilmişdir. Ödənişi təsdiq edən sənədləri də elektron poçt vasitəsilə Aqrar Kredit və İnkişaf Agentliyinə göndərmişdir. Pandemiya ilə əlaqədar olaraq borcun ödənilməsində gecikmələr olmuşdur. Ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində X4 arasında "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikasınının lizinqə verilməsi barədə 21.10.2011-ci il tarixli, 1552-L/11 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Laçın rayon Aqroservis filialının istifadəsində olmuş göstərilən (Traktor MTZ- 1221, Kotan KR-14-5 və Kanal açan KA-250) kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikaların dəyərindən 3980 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - "xxxx" ASC tərəfindən verilmiş 21.10.2011-ci il tarixli 1911/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə X4 arasında bağlanmış 21.10.2011-ci il tarixli, 1552-L/11 nömrəli müqaviləyə əsasən (Traktor MTZ-1221, Kotan KR-14-5 və Kanal açan KA-250) kənd təsərrüfatı texnikaları X3 lizinqə verilsin. 2) Texnikanın götürülməsi müvafiq qaydada sənədləşdirilsin. 3) Texnikanın qalıq dəyərindən 3980 manat ödənildiyi nəzərə alınsın. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 24 oktyabr 2011-ci il tarixli 2621 nömrəli aktda qeyd olunmuşdur ki, 3 adda qeyd edilən (Traktor MTZ-1221, Kotan KR-14-5 və Kanal açan KA-250) texnikalar "xxxx" ASC-nin 21 oktyabr 2011-ci il tarixli 1911/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - 13.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan X2 21.10.2011-ci il tarixli, 1552-L/11 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 4587 manat, hesablanmış cəriməyə görə 1912,28 manat məbləğində borcu vardır. Eləcə də maliyyə arayışında qeyd edilmişdir ki, 35143 manat ödəniş edilmişdir. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində X4 arasında "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikasınının lizinqə verilməsi barədə 03.11.2015-ci il tarixli, 2684-GL/16 nömrəli müqavilə (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən qiyməti 8660 manat olan və Spesifikasiyada (Əlavə N1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - "xxxx" ASC tərəfindən verilmiş 05.09.2017-ci il tarixli 4034/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə X4 arasında bağlanmış 12.10.2015-ci il tarixli, 1870-L/15 və 4695ü/12.10.2015 nömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr(lər) qüvvədən düşmüş hesab olunsun. 2) "xxxx" ASC ilə X4 arasında bağlanmış 03.11.2015-ci il tarixli, 2684-GL/16 nömrəli müqaviləyə əsasən (Kotan 5 gövdəli asma AG-MP 14-5 və Traktor Belarus - 1221) kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 13 oktyabr 2015-ci il tarixli 150 nömrəli aktda qeyd olunmuşdur ki, 2 adda qeyd edilən (Traktor Belarus – 1221 və Kotan 5 gövdəli AG-MP 14-5) texnikalar "xxxx" ASC-nin 12 oktyabr 2015-ci il tarixli 4695/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - 13.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan X2 03.11.2015-ci il tarixli, 2684-GL/16 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 2693 manat, hesablanmış cəriməyə görə 1463,57 manat məbləğində borcu vardır. Eləcə də maliyyə arayışında qeyd edilmişdir ki, 2344 manat ödəniş edilmişdir. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində X4 arasında "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikasınının lizinqə verilməsi barədə 05.09.2017-ci il tarixli, 1160-L/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən qiyməti 60590 manat olan və Spesifikasiyada (Əlavə N1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikaların dəyərindən Spesifikasiyada (Əlavə N1) göstərilən 13452 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 05.09.2017-ci il tarixli 4071/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə X4 arasında bağlanmış 05.09.2017-ci il tarixli, 1160-L/17 nömrəli müqaviləyə əsasən (Traktor Belarus-892, Kotan 4 gövdəli asma (təkərli)-AK-4-35 və Taxılsəpən KY-HM-24) kənd təsərrüfatı texnikaları X3 lizinqə verilsin. 2) Texnikanın verilməsi müvafiq qaydada sənədləşdirilərək 20 gün müddətində götürülməsi təmin edilsin. 3) Texnikaların ümumi qalıq dəyərindən 13452 manat ödənildiyi nəzərə alınsın. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 05 oktyabr 2017-ci il tarixli 776 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Taxılsəpən KY-HM-24) texnikalar "xxxx" ASC-nin 03 oktyabr 2017-ci il tarixli 4660/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - 13.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan X2 05.09.2017-ci il tarixli, 1160-L/17 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 6300 manat, hesablanmış cəriməyə görə 1555,38 manat məbləğində borcu vardır. Eləcə də maliyyə arayışında qeyd edilmişdir ki, 54290 manat ödəniş edilmişdir. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində X4 arasında "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikasınının lizinqə verilməsi barədə 07.11.2018-ci il tarixli, 1076-GL/18 nömrəli müqavilə (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən qiyməti 91280 manat olan və göstərilən (Taxıltoxumu təmizləyən-2.5 t/saat MZF-2.5 və Kombayn taxılyığan Class Dominator 130) kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - "xxxx" ASC tərəfindən verilmiş 07.11.2018-ci il tarixli 5511/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə X4 arasında bağlanmış 21.06.2018-ci il tarixli, 784-L/18 və 3117ü/21.06.2018 nömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr(lər) qüvvədən düşmüş hesab olunsun. 2) "xxxx" ASC ilə X4 arasında bağlanmış 07.11.2018-ci il tarixli, 1076-GL/18 nömrəli müqaviləyə əsasən (Taxıltoxumu təmizləyən-2.5 t/saat MZF-2.5 və Kombayn taxılyığan Class Dominator 130) kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə lizinqə verilməsi rəsmiləşdirilsin. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 22 iyun 2018-ci il tarixli 5/438 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Taxıltoxumu təmizləyən-2.5 t/saat MZF-2.5) texnikalar "xxxx" ASC-nin 21 iyun 2018-ci il tarixli 3117/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 10 iyul 2018-ci il tarixli 5/469 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Kombayn taxılyığan Class Dominator 130) texnikalar "xxxx" ASC-nin 09 iyul 2018-ci il tarixli 3348/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - 13.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan X2 1076-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 30089 manat, hesablanmış cəriməyə görə 14828,34 manat məbləğində borcu vardır. Eləcə də maliyyə arayışında qeyd edilmişdir ki, 0 manat ödəniş edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27.09.2021-cu il tarixli 207OCAZ212700003 nömrəli debit haqqında bildirişdən görünür ki, X4 tərəfindən "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabına 4587 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27.09.2021-cu il tarixli 207OCAZ212700004 nömrəli debit haqqında bildirişdən görünür ki, X4 tərəfindən "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabına 2693 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27.09.2021-cu il tarixli 207OCAZ212700006 nömrəli debit haqqında bildirişdən görünür ki, X4 tərəfindən "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabına 30089 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 27.09.2021-ci il tarixli, 207OCAZ212700005 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, X4 tərəfindən "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabına 6300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası nin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının xxx yanında nə keçir. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX1213612E2E nömrəli, 27.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun AZ46AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikasının xxxxx tərəfindən X3 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək müqavilələr üzrə əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında yuxarıda qeyd edilən lizinq müqavilələri bağlanmış və tərəflər arasında lizinq müavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının xxxxxnə keçmişdir. Eləcə də, məhkəmə qeyd etməyi lazım bilir ki, iddia ərizəsində və iş materiallarına əlavə edilmiş bəzi sənədlərdə 07.11.2018-ci il tarixli 1076-GL/18 nömrəli lizinq müqaviləsinin tarixi 03.08.2018-ci il göstərilmişdir. Bununla bağlı qeyd olunur ki, həmin sənədlər tərtib edilərkən iddiaçı tərəfdən texniki səhvə yol verilmiş və müqavilənin tarixinin yerinə kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi üzrə həmin müqavilə ilə bağlı olan xüsusi komissiyanın 03.08.2108-ci il tarixli protokolunun tarixi qeyd olunmuşdur. İddia tələbini cavabdehdən qeyd olunan müqavilələr üzrə 13.07.2021-ci il tarixə yaranmış cərimə borclarının iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə öhdəliklərin vaxtında icra olunmamasının cavabdehin təqsiri ucbatından baş verməməsi ilə cavabdehin qeyd etdikləri ilə razılaşmır və hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər dörd müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq, 21.10.2011-ci il tarixli 1552- L/11 nömrəli müqavilə üzrə 200 manat, 03.11.2015-ci il tarixli 2684-GL/16 nömrəli müqavilə üzrə 100 manat, 05.09.2017-ci il tarixli 1160-L/17 nömrəli müqavilə üzrə 300 manat, 03.08.2018-ci il tarixli 1076-GL/18 nömrəli müqavilə 1500 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 21.10.2011-ci il tarixli 1552-L/11 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat, 03.11.2015-ci il tarixli 2684-GL/16 nömrəli müqavilə üzrə 100 (yüz) manat, 05.09.2017-ci il tarixli 1160-L/17 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat, 07.11.2018-ci il tarixli 1076-GL/18 nömrəli müqavilə üzrə 1500 (min beş yüz) manat cərimə, 200 (iki yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 2300 (iki min üç yüz) manat məbləğində pul Azərbaycan Respublikasının xxxxxnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar