Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1039/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 9170,17 manat məbləğində pulun və order üçün vəkilə ödənilmiş 100 manat, 100 manat mediasiya xərcinin və 112 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən müqavilə üzrə 8698,82 manat məbləğində pulun və order üçün vəkilə ödənilmiş 100 manat, 100 manat mediasiya xərcinin və 112 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən müqavilə üzrə 7698,82 manat məbləğində pulun və order üçün vəkilə ödənilmiş 100 manat, 100 manat mediasiya xərcinin və 112 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Satıcı", fiziki şəxs İddiaçı2, digər tərəfdən isə "Alıcı", Azərbaycan Respublikası qanunvericiliyinə və Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən "VİVA DESSERTS” MMC-nin direktoru X2 şəxsində, birlikdə Tərəflər və ayrılıqda Tərəf adlanmaqla xx.xx.2021-ci il tarixli, 21/0201 saylımüqavilə bağlamışdırlar. Sözügedən müqavilənin predmetinə əsasən,“Satıcı, müqavilənin ayrılmaztərkib hissəsi olan X1 Protokolunda göstərilmiş malları“Alıcı”nın tələbatına uyğun olaraq satmağı,“Alıcı” isə aldığımalların dəyərini bu Müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin sözügedən müqavilənin 2-cimaddəsində müqavilə üzrə ödəniş şərtləriaşkar şəkildə göstərilmişdir. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən,“Alıcı” ayda bir dəfə,“Satıcı” tərəfindən təqdim edilmiş malların tam və yaxud “Alıcı” nın mağazasından satdıldığımalların dəyərini“Satıcı” nın bank hesabına köçürməlidir. Qeyd etmək istəyirik ki, müqavilədə “alıcı” kimi qeyd edilən, hazırda mübahisə üzrə cavabdeh olan təşkilat cavabdehlə bağlanmış müqavilə üzrə öhədiliyiniaşkar surətdə pozaraq, malların dəyərinimüqavilə üzrə “satıcı” olan, hazırda İddiaçı2 bank hesabına köçürməmiş və birbaşa müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Daha sonra İddiaçı2 tərəfindən cavabdeh təşkilata xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş və sözügedən məktub xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbzə imza edilməklə əldə edilmişdir. Həmin pretenziya məktubunda :“xx.xx.2021-ci il tarixli 21/0201 saylı müqavilə əsasında sizə təqdim olunmuş malların ödənişini həyata keçirmədiyiniz barədə sizə dəfələrlə Onlayn Kargüzarlıq vasitəsi ilə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən göndərilmiş pretenziyaya, həmçinin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, müqavilə üzrə öhdəliklər icra edilməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ümumilikdə 1471,35 manat pul ödənilmiş, qalıq borc hələ də ödənilməmişdir, halbuki cavabdeh MMC hazırda fəaliyyət göstərir və gəlir əldə edir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 21/0201 nömrəli müqaviləyə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 protokolunda göstərilmiş malları alıcının tələbatına uyğun olaraq satmağı, alıcı isə aldığı malların dəyərini bu müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən malın çeşidi, hər vahidinin qiyməti hər iki tərəfdən imzalanmış qiymələrin razılaşdırılası haqqında protokolunda göstərilir.
11. Müqaviləyə 15 fevral 2021-ci il tarixli 01 saylı əlavə Qiymət razılaşdırılması haqqında protokolda hər bir mal üzrə ödənilməli qiymətlər tərəflər arasında razılaşdırılmışdır.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBAY 362830 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993350 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993351 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993352 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993353 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993354 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993355 nömrəli, xx.xx.2021-ci il tarixli EBAZ 051383 nömrəli, xx.xx.2021-ci il tarixli EBAZ 051372 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 076830 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093965 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093966 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093957 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093958 nömrəli, xx.xx.2021-ci il tarixli EBBC 004629 nömrəli, xx.xx.2021-ci il tarixli EBBD 610533 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750241 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750242 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750243 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750245 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750246 nömrəli elektron qaimələr göndərilmişdir.
13. 31.03.2022-ci il tarixli 000İPX1220901EE7 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2112,46 manat məbləğində ödəniş edilmişdir.
14. 18.07.2023-cü il tarixli 000İPX12319913A7 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
15. 19.09.2022-ci il tarixli 000İPX12226231EA nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 150 manat məbləğində ödəniş edilmişdir.
16. 25.06.2023-cü il tarixli 000İPX1231762CBB nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
17. 15.01.2024-cü il tarixli 000İPX1240153D57 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 471,35 manat məbləğində ödəniş edilmişdir.
18. 29.01.2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
19. 02.02.2024-cü il tarixli 000İCZ124033112E nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 21/0201 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
32. Bundan başqa iddia ərizəsində 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.
33. Belə ki, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Güvən” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 120 manat pul ödənilmişdir.
34. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
35. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7698,82 manat məbləğində borc, 100 manat məbləğində hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 212 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7698,82 manat məbləğində pul, 100 manat hüquqi yardımla bağlı xərc, ödənilmiş 212 manat dövlət rüsumu, ümumilikdə 8010,82 (səkkiz min on manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova