Məhkəmə qərarları › İş №e-2-2(113)-1039/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1039/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1039/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə, borc və dövlət rüsumu) X1 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı və 30 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı Xidmət müqavilələrinə əsasən 53.798,92 manatın,məhkəməyə ödənilmiş 252 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tərəflər arasında 16 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı və 30 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı Xidmət müqavilələri bağlanmışdır. 16 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən Konteyner ofis, Konteyner Yataqxana, Konteyner Hamam/WC, Konteyner Anbar və 30 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən 10 P 815, 10 P 921, 10 P 919 dövlət nömrə nişanlı 3 ədəd «CAT 329 D» markalı texnikalar (avtomobillər) icraçı tərəfindən sifarişçiyə təhvil verilməli, Sifarişçi isə icraçıya Müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 30 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı Xidmət müqaviləsinə 04 oktyabr 2023-cü il tarixli əlavə tərtib edilmiş, ** JR *** və ** JR *** dövlət nömrə nişanlı 2 ədəd «FORD KARGO 3535» markalı avtomobillər də sifarişçiyə icarəyə verilmişdir. İddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilmiş, qeyd edilən texnika və avadanlıqlar sifarişçiyə təhvil verilmişdir. Lakin sifarişçi tərəfindən ödənilməli olan icarə haqqları ödənilməmiş və cavabdehin 53.798,92 manat borcu yaranmışdır. İddiaçı MMC və Cavabdeh MMC arasında üzləşmə aktı tərtib edilmiş və 01 sentyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 53.798,92 (əlli üç min yeddi yüz doxsan səkkiz manat doxsan iki qəpik) manat borcu olduğu təsdiq olunmuşdur. Cavabdeh mübahisə məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həlledilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2023cü il tarixində 0**-TA-***3 saylı xidmət müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1.1-ci bəndinə əsasən “icraçı” ona məxsus olan və CƏDVƏL № 1-də əks olunmuş Texnikaları «Sifarişçi»- yə xidmət göstərməyə verir. “Sifarişçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “İcraçi”ya xidmət haqqı ödəyir. - 3.1-ci bəndinə əsasən İcraçı Texnika(lar) üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında aktı” tərtib olunur, imzalanır, möhürlənir. - 3.2-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr bank yolu ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixində 0**-TA-***3 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2023cü il tarixində 0**-TA-***3 saylı xidmət müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1.1-ci bəndinə əsasən “icraçı” ona məxsus olan və CƏDVƏL № 1-də əks olunmuş Texnikaları «Sifarişçi»- yə xidmət göstərməyə verir. “Sifarişçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “İcraçi”ya xidmət haqqı ödəyir. - 3.1-ci bəndinə əsasən İcraçı Texnika(lar) üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında aktı” tərtib olunur, imzalanır, möhürlənir. - 3.2-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr bank yolu ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir

11. xx.xx.2023-cü il tarixli 01 saylı Razılaşma Protokolunda icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir

12. İddiaçı tərfindən verilmiş xx.xx.2024-cü il tarixli 55 saylı arayışdan görünür ki Cavabdeh MMC-nin "xxxx" MMC-yə 53798.92 manat borcu vardır.

13. İddiaçı tərəfindən cavabdehə EBDT 308925 nömrəli xx.xx.2023-cü il tarixli 4992.31 manat, EBDP 985677 nömrəli xx.xx.2023-cü il tarixli 20668.15 manat, EBDM 859598 nömrəli xx.xx.2023-cü il tarixli 10030 manat, EBDT 308258 nömrəli xx.xx.2023-cü il tarixli 33448.46 manat, EBDP 985677 nömrəli xx.xx.2023-cü il tarixli 20668.15 manat, EBDT 308925 nömrəli xx.xx.2023-cü il tarixli 4992.31 manat, EBDT 308258 nömrəli xx.xx.2023cü il tarixli 33448.46 manat məbləğində elektron qaimələr göndərilmişdir.

14. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 53 798.92 manat borcu vardır.

15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli,TA-EFE 1/23 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki cavabdehin iddiaçıya 20 668.15 manat (ƏDV daxil) borcu var.

16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli,TA-EFE 09/23 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki cavabdehin iddiaçıya 4992.31 manat (ƏDV daxil) borcu var.

17. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli,TA-EFE 10/23 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki cavabdehin iddiaçıya 33448.46 manat (ƏDV daxil) borcu var

18. "xxxx" ASC tərəfindən verilmiş ("xxxx" MMC-yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən 11 saylı vəkil bürosunun hesabına 326 manat köçürülmüşdür.

19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, xidmət müqaviləsi üzrə yaranmış 53798.92 manat məbləğində borcun 1 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. MƏHKƏMƏNİN MÖVQEYİ

11. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində 0**-TA-***3 saylı və xx.xx.2023-cü il tarixində 0**-TA-***3 saylı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək,16 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən Konteyner ofis, Konteyner Yataqxana, Konteyner Hamam/WC, Konteyner Anbar və 30 avqust 2023-cü il tarixli, 0**-TA-***3 saylı müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən 10 P 815, 10 P 921, 10 P 919 dövlət nömrə nişanlı 3 ədəd «CAT 329 D» markalı texnikalar (avtomobillər) icraçı tərəfindən cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilədə göstərilən məbləğləri ödəməməidir. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 53798.92 manat təşkil edir. Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 53798.92 manat borcunun olması iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilələr və onlara əlavələr, həmçinin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlər ilə təsdiq edilmiş üzləşmə aktları həmçinin e-qaimələr ilə təsdiq edilir.

13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən– 53798.92 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 53798.92 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

14. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 252 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

15. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 252 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Bundan başqa məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğundan 326 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən 53798.92 manat(əlli üç min yeddi yüz doxsan səkkiz manat doxsan iki qəpik) manat əsas borc məbləği, 326 manat vəkil xərci və dövlət rüsumunun əvəzi olaraq 252 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar