Məhkəmə qərarları › İş №e-2-2(113)-10415/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10415/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10415/2025 17.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh “Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aqrar Sığorta Fondundan 17 fevral 2025-ci il tarixli BS-**********-AZ saylı sığorta şəhadətnaməsi üzrə 36000 (otuz altı min) manat məbləğində, 17 fevral 2025ci il tarixli BS-**********-AZ saylı sığorta şəhadətnaməsi üzrə 54228 (əlli dörd min iki yüz iyirmi səkkiz) manat məbləğində, ümumilikdə 90228 (doxsan min iki yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin, o cümlədən dövlət rüsumu hesabına ödədiyim 360,68 (üç yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində pulun, ümumilikdə cəm 90588,68 (doxsan min beş yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində pulun alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülənə qədər İddiaçı elektron kabinet vasitəsi ilə ərizə göndərərək, iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9,152.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardad tərəflər rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar