Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1049/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi İsmayılbəyli Günel Ələddin qızının iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Aran Oil Operating Company Limited” şirkətinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 994980,16 əsas borc, 40331,41 manat faiz borcu olmaqla ümumilikdə 1035311,57 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, SOCAR “Azneft” İstehsalat Birliyi ilə “Aran OİL Operating Company Limited” Şirkəti arasında “Dalma qurğularının kirayəsi, quraşdırılması və təmirinə dair” 30 yanvar 2019-cu il tarixli, 11/09/XM saylı müqavilə bağlanılmışdır. Qeyd edilən müqavilə çərçivəsində “İcraçı” (“Azneft” İB) özünə məxsus dalma qurğularının kirayəyə verilməsi, quraşdırılması və təmirini, “Sifarişçi” (“Aran OİL Operating Company Limited” Şirkəti) isə göstərilən xidmətlərin dəyərini “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. “Azneft” İB tərəfindən yuxarıda qeyd edilən xidmətlər bağlanmış müqavilənin şərtlərinə uyğun göstərilmiş, lakin “Aran OİL Operating Company Limited” Şirkəti göstərilən xidmət haqqının cüzi bir hisssini ödəsə də lakin sonradan heç bir ödəniş etməmiş və nəticədə 994980,16 manat məbləğində borc yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən, “Tərəflər” hazırki müqavilədə müəyyən edilmiş öhdəliklərin yerinə yetirməsinə görə və bu öhdəliklərin yerinə yetirilməməsi və ya lazımı qaydada yerinə yetirilməməsi nəticəsində digər tərəfə dəyən zərərə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmamış məsuliyyət tədbirləri Azərbaycan Respublikasında qüvvədə olan mülki qanun vericiliyə əsasən tətbiq olunur. Belə ki, cavabdeh iddiaçıya olan borcunu iddiaçı ilə imzaladığı 01 oktyabr 2019-cu il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” Aktı ilə etiraf etmişdir. Borcun ödənilməsinə dair Cavabdehə xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. İddiaçının nümayəndəsi İsmayılbəyli Günel Ələddin qızı iddianı müdafiə etdiyini, iddia ərizəsində gösərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddiaının təmin edilməsini xahiş etdi. Cavabdeh “Aran Oil Operating Company Limited” şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - SOCAR “Azneft” İstehsalat Birliyi ilə “Aran OİL Operating Company Limited” Şirkəti arasında 30 yanvar 2019-cu il tarixli, 11/09/XM saylı “Dalma qurğularının kirayəsi, quraşdırılması və təmirinə dair” müqavilə bağlanılmışdır. Müqavilə çərçivəsində “İcraçı” (“Azneft” İB) özünə məxsus dalma qurğularının kirayəyə verilməsi, quraşdırılması və təmirini, “Sifarişçi” (“Aran OİL Operating Company Limited” Şirkəti) isə göstərilən xidmətlərin dəyərini “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən “Aran Oil Operating Company Limited” şirkəti üzləşdirilmə aparılan tarixə borc qalığının 860160,16 manat olmasını qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən “Aran Oil Operating Company Limited” şirkəti üzləşdirilmə aparılan tarixə borc qalığının 910840.16 manat olmasını qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli EBAF seriyalı, 873054 saylı elektron qaiməyə əsasən “Aran Oil Operating Company Limited” şirkətinə yanvar ayı üçün göstərilmiş xidmətin dəyəri 18480 manat, xx.xx.2020-ci il tarixli. EBAH seriyalı, 105634 saylı elektron qaiməyə əsasən “Aran Oil Operating Company Limited” şirkətinə fevral ayı üçün göstərilmiş xidmətin dəyəri 16240 manat, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 238311 saylı elektron qaiməyə əsasən “Aran Oil Operating Company Limited” şirkətinə mart ayı üçün göstərilmiş xidmətin dəyəri 17360 manat, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 350650 saylı elektron qaiməyə əsasən “Aran Oil Operating Company Limited” şirkətinə aprel ayı üçün göstərilmiş xidmətin dəyəri 16800 manat, xx.xx.2020-ci il tarixli, EBAK seriyalı. 577891 saylı elektron qaiməyə əsasən “Aran Oil Operating Company Limited” şirkətinə may ayı üçün göstərilmiş xidmətin dəyəri 15260 manat qeyd olunmuşdur. - maliyyə arayışına əsasən “Aran Oil Operating Company Limited” şirkətinin “Azneft” İstehsalat Birliyinə mal material və dalma qurğularından istifadəsinə görə 31 may 2020-ci il tarixinə borcu 994980,16 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1 və 759.2-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. SOCAR “Azneft” İstehsalat Birliyi ilə “Aran OİL Operating Company Limited” Şirkəti arasında 30 yanvar 2019-cu il tarixli, 11/09/XM saylı “Dalma qurğularının kirayəsi, quraşdırılması və təmirinə dair” müqaviləyə uyğun olaraq iddiaçı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh tərəf müqavilə ilə göstərilmiş xidmət çərçivəsində nəzərdə tutulmuş xidmət haqlarının ödənişindən yayınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən, “Tərəflər” hazırki müqavilədə müəyyən edilmiş öhdəliklərin yerinə yetirməsinə görə və bu öhdəliklərin yerinə yetirilməməsi və ya lazımı qaydada yerinə yetirilməməsi nəticəsində digər tərəfə dəyən zərərə görə məsuliyyət daşıyır. İşin hallarından görünür ki, cavabdehin yaranmış borcun əsas hissəsini qarşılıqlı üzləşmə aktı ilə qəbul etmişdir və borcun qalan hissəsi də təqdim olunmuş elektron qaimələrlə təsdiqini tappır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 994980,16 əsas borc və illik 5% hesablanmaqla 40331,41 manat faiz borcu olmaqla ümumilikdə 1035311,57 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Aran Oil Operating Company Limited” şirkətinə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 994980,16 əsas borc və 40331,41 manat dəbbə pulu olmaqla ümumilikdə 1035311,57 manat məbləğində pul vəsaiti “Aran Oil Operating Company Limited” şirkətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “Aran Oil Operating Company Limited” şirkətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1049/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1049/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver