Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-105/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı QSC “xxxx” MMC-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 saylı X3 müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq ödənişləri borcu 279.568,81 manat tutularaq iddiaçının xeyrinə köçürülməsi, İddiaçı QSC-yə məxsus olan 10 ədəd İSUZU URBAN sərnişin avtobusu (qeydiyyat nişanları: 10TE438, 10TE439, 10TE440, 10TE451, 10TE437, 10TE455, 10TE622, 10TE454, 10TD998, 10TD999) “xxxx” MMC-dən geri alınaraq İddiaçı QSC-yə verilməsi və İddiaçı QSC tərəfindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı QSC-nin xeyrinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (əvvəlki adı "X4" QSC) ilə bağlanmış xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 saylı X3 müqaviləsi üzrə 10 ədəd “İsuzu Urban” sərnişin avtobusu Cavabdeh MMC-yə lizinqə istifadəyə verilmişdi. Lakin lizinq ödənişləri vaxtında və tam həyata keçirilmir. Hazırda Cavabdeh MMC-nin xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 saylı X3 müqaviləsi üzrə lizinq ödənişləri borcu 279568.81 manat təşkil edir. Lizinq müqaviləsinin 34-cü maddəsinə əsasən lizinqalan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə lizinq verən müqaviləni birtərəfli qaydada xətm edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748- 1.12. və 748-1.12.4-cü maddələrinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinin ləğv edilməsi, pul məbləğlərinin və lizinq obyektinin geri qaytarılması barədə cavabdehə xx.xx.2018-ci il tarixdə müvafiq pretenziya göndərilmişdir. Lakin cavabdeh pretenziyaya heç bir cavab verməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmyaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrülü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümükün hesab etdimişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq,işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasəniddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 nömrəli X3 müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən «X4» QSC lizinq alan “xxxx” MMC tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan «X4» QSC və satıcı «xxxx» MMC arasında imzalanmış alğı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş ümumi qiyməti 370000 manat, olan 10 ədəd “İsuzu Urban” sərnişin avtobusu əlavə ödəmə cədvəlinə uyğun ödəmək şərtilə ilik lizinq faizi 22% olmaqla lizinq alana 36 ay müddətinə lizinqə vermişdir. Həmin müqavilənin 1.6-cı bəndindən (maddə - 8) görünür ki, lizinq obyektinə mülkiyyət və sərəncam hüququ bu lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində Lizinqverənə, müvəqqəti sahiblik və istifadə hüququ isə Lizinqalana məxsusdur. Lizinq obyektinin satın alınmasında və lizinq haqları şəklində ödənilən vəsaitlər Lizinqalanın Lizinq obyektinə mülkiyyət hüququnun payçısı olması deyil. Lizinqalan yalnız bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra Lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququnu əldə edə bilər. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, ödəmə cədvəlində (bu müqaviləyə əlavə qismində qoşulmuş) göstərildiyi tarixdə lizinqalan lizinq haqqını lizinqverənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla da lizinqalan lizinq haqqına (əsas məbləğ və lizinq mükafatı-faizi) ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətdə, hər gecikdirilmiş gün üçün 0,1% dərəcə ilə cərimə faizi ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndindən (maddə - 34b) görünür ki, lizinqalan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq ardıcıl olaraq iki dəfədən çox lizinq və ya bir dəfə sığorta haqqını ödəməzsə lizinqverən bu müqaviləni birtərəfli qaydada məhkəməyə müraciət etmədən, bu barədə lizinqalana bildiriş verməklə xitam edə bilər. Həmin müqavilənin 5.3-cü bəndindən (maddə - 35) görünür ki, müqavilə müddəti lizinqalanın öhdəlikləri yerinə yetirmədiyinə görə bu müqavilənin 34-cü maddəsinə əsasən vaxtından əvvəl bitmiş olarsa, lizinqalan lizinq obyektini 3 iş günü ərzində lizinqverənə təhvil verməyə borcludur. Həmin müqavilənin 6.4-cü bəndindən (maddə - 40) görünür ki, lizinqalan bu müqavilə üzrə öhdəliklərini və ya borclarını tam yaxud qismən ödəməzsə və ya ödəniləsi borcların vaxtı çatarsa, yaxud vaxtında ödənişlər etməzsə, lizinqverən borclarını yığmaq və hüquqlarını həyata keçirmək üçün lazımi xəbərdarlıq edə və bildirişlər göndərə bilər, lizinqalana qarşı, möhlət vermək məcburiyyətində olmadan, hər hansı üsulla iddia qaldıra bilər. xx.xx.2012-ci il tarixli təhvil-təslim aktından görünür ki, “X4” QSC-nin Baş direktoru Əhmədov Elçin və “xxxx” MMC-nin direktoru X1 xx xxxxxx 2011-ci il tarixli 4xx/xx/2011 saylı “X3” müqaviləsinin predmeti olan 10 ədəd İsuzu Urban markalı sərnişin avtobuslarının 10 ədəd Qeydiyyat Şəhadətnaməsini “X4” QSC təslim edib və “xxxx” MMC təhvil alıb. “xxxx” MMC təsdiq edir ki, qəbul edilmiş 10 ədəd seriya və nömrəsi aşağıdakı kimi olan : AB № 746331; AB № 746332; AB № 746333; AB № 746334; AB № 746335; AB № 746336; AB № 746337; AB № 746338; AB № 746339; AB № 746340 qeydiyyat şəhadətnamələri tam normal vəziyyətdədir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 3 nömrəli əlavədən görünür ki, «X4» Qapalı Səhmdar Cəmiyyəti ilə "Cavabdeh” MMC arasında 10 ədəd İsuzu Urban sərnişin avtobusunun lizinqə verilməsi barədə bağlanmış müqavilənin tarixi texniki səhv olaraq "xx xxxxxx 2011-ci il" kimi göstərilmişdir. Tərəflər qəbul edirlər ki, 10 ədəd İsuzu Urban sərnişin avtobusunun lizinqə verilməsi barədə bağlanmış həmin müqavilə həqiqətən xx xxxxxxx 2012-ci ildə bağlanmışdır. Buna görə də, «X4» Qapalı Səhmdar Cəmiyyəti ilə "Cavabdeh" MMC arasında 10 ədəd İsuzu Urban sərnişin avtobusunun lizinqə verilməsi barədə bağlanmış müqavilənin bağlanma tarixi "xx xxxxxxx 2012-ci il" kimi hesab edilsin. Bundan başqa tərəflər arasında 10 ədəd İsuzu Urban sərnişin avtobusunun lizinqə verilməsi barədə bağlanmış xx xxxxxxx 2012-ci il tarixli X3 müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək aşağıdakı redaksiyada qəbul edilsin: (Maddə 4-1) Bu müqavilə üzrə maliyyə lizinqinin məbləği 280000 (ikiyüz səksən min) manat təşkil edir və Lizinqalan bununla razıdır. Tərəflər arasında 10 ədəd İsuzu Urban sərnişin avtobusunun lizinqə verilməsi barədə bağlanmış xx xxxxxxx 2012-ci il tarixli X3 müqaviləsinin 4-2-ci maddəsi ləğv edilsin, 4-3-cü maddəsi isə 4-2-ci maddə hesab edilsin. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli X3 müqaviləsinin bütün digər müddəaları dəyişilməz qalır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, lizinqalan bu Əlavənin 1-ci bəndində qeyd olunan 300000 manat məbləğində əsas borcun aşağıdakı cədvələ uyğun və qeyd olunan X3 Müqaviləsi üzrə əsas borcun 12 ay müddətində yəni xx.xx.2015-ci tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 25000 manat ödəniş etməlidir. Qeyd olunan əlavə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 nömrəli X3 müqaviləsinə əsasən lizinq verən «X4» QSC lizinq alan “xxxx” MMC tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan «X4» QSC və satıcı «xxxx» MMC arasında imzalanmış alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş ümumi qiyməti 370000 manat, olan 10 ədəd “İsuzu Urban” sərnişin avtobusu əlavə ödəmə cədvəlinə uyğun ödəmək şərtilə ilik lizinq faizi 22% olmaqla lizinq alana 36 ay müddətinə lizinqə vermişdir. Daxili lizinq müqaviləsinin predmeti olan nəqliyyat vasitələri lizinqalana təhvil verilmişdir. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsi üzrə lizinqverən üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq lizinqalan həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748- 11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425,1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdeh “xxxx” MMC lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətləri məhz onun təqsiri üzündən pozulması, xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh əsas borcu qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmış, iddiaçıya ödənilməmiş borcu 279.568,81 manat borcu yaranmışdır. Bundan başqa iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmişdir. Məhkəmə tələbin həmin hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin şərtlərinə əsasən müqavilə müddəti 36 ay müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə üzrə lizinqalan tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə həmin müqavilənin tələbinə əsasən lizinqalan lizinq obyektlərini lizinqverənə qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 279.568,81 manat məbləğində əsas borc və lizinq obyekti olan 10 ədəd İsuzu Urban sərnişin avtobusu (qeydiyyat nişanları: 10TE438, 10TE439, 10TE440, 10TE451, 10TE437, 10TE455, 10TE622, 10TE454, 10TD998, 10TD999) “xxxx” MMC-dən geri alınaraq İddiaçı QSC-yə geri qaytarılmalı, iddia tələbi qalan hissəsədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh “xxxx” MMCdən tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 279.568,81 manat əsas borc məbləği İddiaçı QSC-nin xeyrinə tutulsun. Lizinq predmeti olan 10 ədəd İsuzu Urban sərnişin avtobusu 10TE438, 10TE439, 10TE440, 10TE451, 10TE437, 10TE455, 10TE622, 10TE454, 10TD998, 10TD999 dövlət qeydiyyat nişanı nəqliyyat vasitələri “xxxx” MMC-dən alınaraq İddiaçı QSC-yə qaytarılsın. Cavabdeh “xxxx” MMC-dən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-105/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-105/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver