Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1053/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın yekunlarına dair protokolun və alqı – satqı müqaviləsinin bağlanması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilinin keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC X6 və X4 qızına qarşı “kredit borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-88/2019 saylı iş üzrə 22.01.2019-cu il tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 47729,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınması, ipoteka predmeti olan X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərini 2(103)-7165/19 saylı iş üzrə 30 may 2019-cu il tarixdə qəbul etdiyi qərarla qismən təmin etmiş, faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, faiz borcunun 8174,48 ABŞ dolları, cəmi borcun isə 45455,04 ABŞ dolları olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7379/2019 saylı iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 27.11.2019-cu il tarixli Qərarla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-7165/2019 saylı iş üzrə 30.05.2019-cuil tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC-yə Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC-nin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair 28.02.2020-ci il tarixli 01 №-li və 13.03.2020-ci il tarixli 01/2 saylı bildirişlərlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30 may 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti 30 mart 2020-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından və Covid19 virusunun yaratdığı pandemiya şəraiti ilə bağlı olaraq cavabdehin fəaliyyət müəyyən müddətə qadağan edildiyi üçün növbəti hərrac 31.08.2020-ci il tarixli 01 №-li və 06.10.2020-ci il tarixində 02 nömrəli bildirişlə təkrar hərracın 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının 15.10.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 38250 manata “xxxx BOKT” MMC-nə təklif olunmuşdur. İddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu 30 oktyabr 2020-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. “Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx”MMC 19 noyabr 2020-ci il tarixli məktubla 26-10 saylı 31.08.2020-ci il tarixli sifariş məktubunu AR “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən AR ƏN Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qaytarmışdır. Cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsi üçün heç bir sənəd və hesabfaktura və ya elektron hesab-faktura təqdim edilməmişdir, buna görə də xidmət haqqının ödənilməsi tərəflərindən mümkün olmamışdır. Əlavə olaraq təkliflə bağlı 30 oktyabr 2020ci il tarixli № 1572 nömrəli cavab məktubu, həmin əmlakın “xxxx BOKT” MMC tərəfindən qəbul edilməsini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin hərrac sənədlərini icra məmuruna qaytarılması əsassız hesab edilməli, hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması “Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilinin keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərraclar keçirilmiş, mənzilin ilkin satış qiyməti 60000 manat olmuş, sonra 51000 manat, daha sonra 38250 manat məbləğinə düşmüş, yekunda "xxxx" BOKT MMC-yə təklif edilmişdir. Hərracla bağlı sənədlər "xxxx" BOKT MMC-yə verilmişdir. Lakin, texniki səbəbdən bank hesabı məlumatları göstərilməmişdir. İddiaçı tərəfindən bank hesabı məlumatlarının cavabdehdən tələb olunub-olunmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, cavabdeh Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi üzərinə düşən vəzifəni icra edərək təkrar hərracın baş tutmamasından sonra ipoteka predmetini ipoteka saxlayana təklif etmiş, lakin “xxxx” BOKT MMC xidmət haqqını ödəməyərək müəyyən olunmuş müddət ərzində əmlakı əldə etməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin “xxxx” BOKT MMC-yə ünvanladığı ipoteka predmetinin əldə olunmasına dair 15.10.2020-ci il tarixli 01/512 saylı təklif məktubunda qeyd olunmuşdur ki, Sabunçu rayon icra və probasiya şöbəsinin 1596-24736/15 saylı 20.02.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 15.10.2020-ci il tarixli nömrəsində elan dərc edildiyi, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin saı qiymətindən 25 faiz az olmayan qiymətə yəni 38250 manat olmaqla saxlayana təklin olunur. “İpoteka haqqında” qanunun 43.7-ci və 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2-ci və 319.3.5-ci maddələrinə müvfiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. - xxxx BOKT MMC-nin Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanladığı 30.10.2020-ci il tarixli, 1572/HO- OUT saylı məktubunda 15.10.2020-ci il tarixli 01/512 saylı məktuba cavab olaraq bildirilmişdir ki, borclu X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin ediləcəyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə X5 rayon icra və probasiya şöbəsinə ünvanladığı 19.11.2020-ci il tarixli, au/2002 saylı məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.ismayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka haqqında” v həmin qanuna edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirilmiş, tərəflərindən hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə təsdiq etmə üsulu ilə göndərildiyi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmiş və qeyd olunan Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməli olduğu, lakin ipoteka saxlaya ipoteka predmetini əldə etmədiyindən adıçəkilən qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı. 31.08.2020-ci il tarixli sifariş məktubunun icrasını yekunlaşdırma məqsədilə icra şöbəsinə göndərilməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 15.04.2021-ci il tarixli məktubunda Sabunçu rayon icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəs, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq 28.09.2020-ci il tarixində İ hərrac, 12.10.2020-ci il tarixində İİ hərrac keçirilmiş və tərəflərindən jərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə təsdiq edilmə üsulu ilə göndərildiyi, qeyd olunan ünvanda yerləşən mənzil üzrə tələbkar “xxxx” BOKT MMC-yə tərəflərindən 01/512 saylı, 15.10.2020-ci il tarixli təklif məktubu göndərilmiş, tələbkar tərəfindən 1572/HO-OUT saylı, 30.10.2020-ci il tarixli əmlakı əldə etmə razılıq məktubu təşkilatlarına 02.11.2020-ci il tarixində daxil olduğu, lakin qeyd olunan əmlakla bağlı xidmət haqqının ödənilməsi ilə bağlı hesab faktura təşkilatdan tələb olunmadığından tələbkara təqdim edilmədiyi və bu səbəbdən tələbkar əldə etmədiyi və tərəflərindən 01/2001 saylı, 19.11.2020-ci il tarixli məktubla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq sifariş məktubunun icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon icra və probasiya şöbəsinə geri qaytarıldığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 15.04.2021-ci il tarixli məktubunda Sabunçu rayon icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəs, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq 28.09.2020-ci il tarixində İ hərrac, 12.10.2020-ci il tarixində İİ hərrac keçirilmiş və cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə təsdiq edilmə üsulu ilə göndərildiyi, qeyd olunan ünvanda yerləşən mənzil üzrə tələbkar “xxxx” BOKT MMC-yə 01/512 saylı, 15.10.2020-ci il tarixli təklif məktubu göndərilmiş, iddiaçı tərəfindən 1572/HO-OUT saylı, 30.10.2020-ci il tarixli əmlakı əldə etmə barədə razılıq məktubu cavabdeh quruma göndərilmiş, lakin cavabdeh tərəf qeyd olunan əmlakla bağlı xidmət haqqının ödənilməsi ilə bağlı hesab faktura təşkilatdan tələb olunmadığından tələbkara təqdim edilmədiyi və bu səbəbdən tələbkar əldə etmədiyi və tərəflərindən 01/2001 saylı, 19.11.2020-ci il tarixli məktubla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq sifariş məktubunun icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon icra və probasiya şöbəsinə geri qaytarılmasını əsas gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. - 408.3-cü maddəsinə əsasən oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır. - 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. - 409.2-ci maddəsinə əsasən əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. - 409.7-ci maddəsinə əsasən əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. - 409.8-ci maddəsinə əsasən əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi 15 oktyabr 2020-ci il tarixdə təkrar hərracın baş tutmaması bildirilməklə ipoteka predmetini ipoteka saxlayana - “xxxx” BOKT MMC-yə təklif etmiş və təklifin qəbul edilməsi üçün qanunvericiliyə uyğun olaraq 30 gün müddət müəyyən olunmuşdur. (Oferta – Mülki Məcəllənin 408.3-cü maddəsi). “xxxx” BOKT MMC isə Mülki Məcəllənin 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində - 30 oktyabr 2020-ci il tarixdə təklifi qəbul etdiyini bildirmişdir. (Aksept) Lakin Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi təklifində (ofertada) Mülki Məcəllənin 408.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada (Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.) xidmət haqqının nə qədər təşkil etməsi, hansı hesaba ödənilməli olması və digər məlumatları qeyd etməmiş, “xxxx” BOKT MMC-nin akseptini aldıqdan sonra da bu məlumatları sonuncuya təqdim etməmiş, əsassız olaraq müddət bitdikdən sonra sifariş məktubunu icra edilmədən icra şöbəsinə qaytarmışdır. Yəni, “xxxx” BOKT MMC təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.7.-ci maddəsinə əsasən, tərəflərdən biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. - 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, hərracın nəticələri barədə protokol və alqı – satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddia təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın yekunlarına dair protokolun və alqı – satqı müqaviləsinin bağlanması barədə iddiası təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(103)-2238/2019 saylı icra sənədi üzrə ipoteka predmeti olan X4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b №-li evin 2 otaqlı 7 №-li mənzilinə dair keçirilmiş hərracın nəticələri barədə protokol və “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə alqı – satqı müqaviləsinin bağlanması vəzifəsi Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə qoyulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzindən tutularaq “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1053/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1053/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver