Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10570/2025 10.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “lizinq obyektinin qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “lizinq obyektinin qaytarılması və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh2 qarşı “lizinq obyektinin qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTAKTT-23/10671 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 1,070.22 (bir min yetmiş manat 22 qəpik) manat gecikdirilmiş əsas borc, 200.26 (iki yüz manat 26 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1270,48 (bir min iki yüz yetmiş manat 48 qəpik) manat borc məbləğinin və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT-23/10671 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd X2 Pro 185 markalı rotativ torpaq frezinin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia tələbi üzrə müqavilənin ləğvi hissəsində iddianı müdafiə etmədiyini və həmin hissənin tələbdən çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/10671 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd X2 Pro 185 markalı rotativ torpaq frezi cavabdehə 30 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli KTA-KTT-23/10671 № li Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 7058,28 manat təşkil etmişdir. Həmin məbləğin 2584,08 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 1411,66 manat məbləğində ilkin ödəniş Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh2 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə xx.xx.2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli KTA-KTT-23/10671 № li müqavilə üzrə 1,070.22 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2025-ci il tarixinə qədər xx.xx.2023-cü il tarixli KTA-KTT- 23/10671 № li müqavilə üzrə 200.26 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/10671 № li nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 1,070.22 (bir min yetmiş manat 22 qəpik) manat gecikdirilmiş əsas borc, 200.26 (iki yüz manat 26 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1270,48 (bir min iki yüz yetmiş manat 48 qəpik ) manat öhdəliyi vardır.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə göndərərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, KTA-KTT- 23/10671 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsindən görünür ki, lizinq verən İddiaçı MMC dəyəri 7058,28 manat olan, 1 ədəd buraxılış ili-2021, Hindistan istehsallı, Mİİ5VU453 şassi nömrəli MASHİO GASPARDO VİRAT PRO 185 Rotativ-Torpaq Frezi lizinq alan Cavabdeh2 lizinqə vermiş və müqavilənin şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
8. Həmin müqavilənin 7.1.4-cü bəndinə əsasən, məhkəmə qərarı əsasında lizinq alan barəsində ləğv etmə prosesi başlandıqda, dərhal və Lizinq alana əvvəlcədən xəbərdar etmədən Lizinq obyektini öz sahibliyinə götürmək lizinq verənin hüququdur.
9. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən,lizinq alan müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir.
10. xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/10671 nömrəli X3 müqaviləsinə əsasən - əlavə 2) ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 hər ay lizinq müqaviləsi üzrə 102,08 manat olmaqla, xx.xx.2025-ci il tarixə kimi qaytarılmasını (ümumilikdə 3062,54 manat) öhdəsinə götürmüşdür.
11. Anbardan satılan texnikanın xx.xx.2023-cü il tarixli, 23/1759 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh2 zəmanət şərtləri ilə tanış olaraq, qüsursuz vəziyyətdə MASHİO GASPARDO VİRAT PRO 185 Rotativ-Torpaq Frezi İddiaçı MMC tərəfindən təhvil almışdır.
12. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/10671 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh2 – 1070,22 manat gecikmiş cari borcu və 200,26 manat cərimə borcu olmaqla, ümumilikdə 1270,48 manat məbləğində borcu vardır.
13. 18 dekabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir.
14. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/10671saylı X3 müqaviləsindən görünür ki, lizinq verən İddiaçı MMC dəyəri 7058,28 manat olan, 1 ədəd buraxılış ili-2021, Hindistan istehsallı, Mİİ5VU453 şassi nömrıəli MASHİO GASPARDO VİRAT PRO 185 Rotativ-Torpaq Frezi lizinq alan Cavabdeh2 lizinqə verilmişdir.
15. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti Cavabdeh2 təhvil-təslim edilərək, onun istifadəsinə verilmişdir. Bununla belə, lizinq alan - Cavabdeh2 müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmiş və nəticədə onun xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/10671 saylı X3 Müqaviləsi üzrə 1070,22 (bir min yetmiş manat 22 qəpik) manat gecikmiş cari borcu yaranmışdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. Həmion Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
19. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
23. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;
24. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;
25. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.
26. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;
27. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı “...lizinq müqaviləsi üzrə 1070,22 (bir min yetmiş manat 22 qəpik) manat borcun tutulması” tələbini irəli sürməkdə haqlı olmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdehin dövri lizinq ödənişlərini etməli olması işin mübahisələndirilməyən halıdır. Bununla belə o, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak edərək, həmin öhdəliyini icra etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
28. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli və Cavabdeh2 1070,22 (bir min yetmiş manat 22 qəpik) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kontrakt (müqavilə) üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 200,26 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
30. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 53,51 (tələb edilən əsas (1070,22) borcun 5% həddində) manat məbləğində müəyyən edilməlidir.
31. Məhkəmə həmçinin iddia tələbinin 1 ədəd X2 Pro 185 markalı rotativ torpaq frezinin saz və işlək vəziyyətdə geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının lizinq obyektinin qaytarılmasını tələb etmək hüququ yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissıədə də, təmin edilərək 1 ədəd X2 Pro 185 markalı rotativ torpaq frezinin saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır.
32. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsinin 7.1.4-cü bəndinə əsasən ...lizinq alan barəsində ləğv etmə prosesi başlandıqda, dərhal və Lizinq alana əvvəlcədən xəbərdar etmədən Lizinq obyektini öz sahibliyinə götürmək lizinq verənin hüququ kimi təsbit edilmişdir. Həmin müqavilənin 8.2.14-cü bəndində isə, lizinq alanın lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borclu olması göstərilmişdir.
33. İşin mübahisəsiz halıdır ki, lizinq alan müqavilə üzrə öhdəliyini icra etmədiyindən lizinq verən lizinq alan barəsində ləğv etmə prosesi başlamış, o cümlədən lizinq obyektinin qaytarılmasını istəmişdir.
34. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/10671 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə əsasənCavabdeh2 İddiaçı MMC-nin xeyrinə 1070,22 (bir min yetmiş manat 22 qəpik) manat əsas borc və 53,51 (əlli üç manat 51 qəpik) manat cərimə borcu tutulmalı, lizinq obyekti olan 1 ədəd X2 Pro 185 markalı rotativ torpaq frezi saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq İddiaçı MMC-yə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
35. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 33 manat məbləğində olan dövlət rüsumunun 31,23 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
1. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/10671 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı MMCnin xeyrinə 1070,22 (bir min yetmiş manat 22 qəpik) manat əsas borc, 53,51 (əlli üç manat 51 qəpik) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 31,23 (otuz bir manat 23 qəpik) manat olmaqla, ümumilikdə 1154,96 (bir min bir yüz əlli dörd manat 96 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Lizinq obyekti olan 1 ədəd X2 Pro 185 markalı rotativ torpaq frezi saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq İddiaçı MMC-yə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə