Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1058/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Azərbaycan-X2rşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” Azərbaycan-X3 48713,65 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC xx xxxxxx 2002-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Azərbaycann Respublikası Vergilər Nazirliyi Yanında Bakı X1 Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hazırda tikinti mallarının istehsalı və alqı-satqısı ilə məşğuldur. "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında tikinti mallarının alqı-satqısına dair xx.xx.2017-ci il tarixli xx/xx/2017 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehin ona təhvil verilmiş mallara görə xx.xx.2021-ci il tarixə "İddiaçı" MMC-yə 48713,65 manat borcu yaranmışdır. Bu barədə cavabdehə pretenziya məktubu da təqdim edilmişdir. Lakin, cavabdeh hal - hazıra kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək borcu ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” Azərbaycan-X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə “xxxx” Azərbaycan-X5 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, xx/xx/2017 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə göstərilən malları həcmdə və standarta uyğun vəziyyətdə malları alıcıya satmağı, alıcı isə həmin malları aldıqdan sonra bunun müqabilində nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür; - xx xxx 2019-cu il tarixli, xx xxxxxx 2017-ci il tarixli, xx/xx/2017 saylı alqı-satqı müqaviləsinə 40 saylı əlavə razılaşmaya əsasən malların ümumi dəyəri ƏDV daxil olmaql 59466,44 manat təşkil etmişdir. -xx xxx 2019-cu il tarixli, EAAU seriyalı, 582563 №-li elektron qaiməyə əsasən 10740 manat dəyərində, xx xxx 2019-cu il tarixli, EAAU seriyalı, 709159 №-li elektron qaiməyə əsasən 122.81 manat dəyərində, xx xxx 2019-cu il tarixli, EAAU seriyalı, 939021 №-li elektron qaiməyə əsasən 2315,01 manat dəyərində, xx xxx 2019-cu il tarixli, EAAU seriyalı, 939733 №-li elektron qaiməyə əsasən 1460 manat dəyərində, xx xxx 2019-cu il tarixli, EAAV seriyalı, 046403 №-li elektron qaiməyə əsasən 18700,04 manat dəyərində, xx xxxx 2019-cu il tarixli, EAAV seriyalı, 469421 №-li elektron qaiməyə əsasən 545 manat dəyərində, xx xxxxxx 2019-cu il tarixli, EBAE seriyalı, 334354 №-li elektron qaiməyə əsasən 17654 manat dəyərində və xx xxxx 2020-ci il tarixli, EBAN seriyalı, 065045 №-li elektron qaiməyə əsasən 13065,79 manat dəyərində mal “xxxx” Azərbaycan-X4 verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycann Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “satıcı müqavilədə göstərilən malları həcmdə və standarta uyğun vəziyyətdə malları alıcıya satmağı, alıcı isə həmin malları aldıqdan sonra bunun müqabilində nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürür”. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycann Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 48713,65 manat dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-əsasında əsasında İddiaçı MMC tərəfindən “xxxx” Azərbaycan- X4 təhvil verilmişdir. Azərbaycann Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “müqavilənn qiyməti razıladırma protokolu və ya Əlavə imzalandıqdan sonra protokolda qeyd olunan malların ümumi dəyəri alıcıya hesab faktura təqdim edildikdən sonra 10 təqvim günü ərzində satıcının hazırkı müqavilədə göstərilən hesablaşma hesabına ödənilir”. Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma olmasa da, müqavilənin 2.2-ci bəndində öhdəliyin son icra müddəti dəqiq olaraq - alıcıya hesab faktura təqdim edildikdən sonra 10 təqvim günü ərzində müəyyən olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycann Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Azərbaycan-X2rşı pul tələbi barədə iddiası təmin edilsin. 48713,65 manat məbləğində pul vəsaiti “xxxx” Azərbaycan-X3 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti xxxx” Azərbaycan-X3 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1058/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1058/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver