Məhkəmə qərarları › İş №e-2-2(113)-1059/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1059/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1059/2020 10.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxxxxxxxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxxxxxxxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdeh “xxxxxxxxxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 7023,60 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablanmaqla 1470 manat, 30 manat dövlət rüsumu, cəmi 8523 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V3” **-PZ-*** dövlət qeydiyyat nişanlı Ban LS5A2ABR6JH005042 minik avtomobili xx.xx.2018-ci ildə “xxxxxxxxxx” ASC-də sığortalanmış və MC**********4 saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobil xx.xx.2019-cı il tarixdə etibarnamə üzrə idarə edən sürücü X1 şəhəri Niyazi küçəsi ilə hərəkətdə olarkən qəfildən hərəkətdə olduğu zaman qəfil idarəetməni itirməsi nəticəsində yol kənarındakı dirəyə, sonra isə “Khazar LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Avtoqəza nəticəsində “Changan Alsvin V3” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan X12 və X9 xəsarət almışlar. Ətrafda olan kənar şəxslərin köməyi ilə həmin şəxslər nəqliyyat vasitəsindən çıxarılmış, Sumqayıt şəhər X20 Xəstəxanasına yerləşdirilmişdir.Hadisə yerinə gələn Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerində araşdırma aparmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 7023,60 manat ziyan dəymişdir. Kasko sığortalı avtomobilə dəymiş zərəri “xxxxxxxxxxx” ASC-dən tələb etsələr də, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobillərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra dərhal müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq bu günə qədər avtomobillərə dəymiş ziyan ödənilmir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti “Changan Alsvin” minik markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X13 barəsində Azərbaycan Respublikası İXm-in 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - X5 xx xxxx 2019-cu il tarixli izahatının surətindən görünür ki, “Changan Alsvin V3 MT” markalı **-PZ-*** döblət qeydiyyat nişanlı avtomaşın etibarnamə ilə onun istifadəsindədir. xx.xx.2019-cu il tarixdə saat təxminənə 18:20 radələrində idarət etdiyi avtomaşınla Niyazi küçəsi ilə üzü Ü,Hacıbəyov küçəsi istiqamətində saat 40 km/saat sürətlə hərəkətdə olarkən ani diqqətsizlikdən idarə etməni tirimiş, nəticədə idarə etdiyi avtomaşən yolun sağ kənarındakı dəmir dirəyə çırpılmış, zərbədən avtomaşən sol tərəfə doğru sürüşərək yolun kənarı ilə hərəkətdə olan Khazar LX markalı avtomaşının arxa sağ qanadına toxunmuşdur. Hadisədən sonra o və avtomaşınında arxa sərnişin oturacaqda əyləşmiş həyat yoldaşı Səlimova Kəmalə kənar şəxslərin köməyi ilə avtomaşından düşürülərək TTY avtomaşını ilə xəstəxanaya aparılmışlar. - X3 xx xxxx 2019-cu il tarixli izahatından görünür ki, Khazar LX markalı **-PG-*** dövlət nömrə nişanlı avtomaşın etibarnamə ilə onun istifadəsindədir. xx.xx.2019-cu il tarixdə saat təxminən 17:50 radələrində idarə etdiyi Khazar LX markalı **-PG-*** dövlət nömrə nişanlı avtomaşınla Niyazi küçəsi ilə üzü Ü.Hacıbəyov küçəsi istiqamətində yolun sağ kənarı ilə saatda 30 km/saat sürətlə hərəkətdə olarkən arxadan onunla eyni istiqamətdə hərəkətdə olan Chanqan markalı avtomaşən hansısa səbəbdən idarə etməni itirib yolun sağ kənarındakı dəmir dirəyə çırpılmışdır. Zərbədən həmin avtomaşın sol tərəfə doğru sürüşüb sol yan hissəsi ilə ona məxsus avtomaşının sağ tərəf arxa qanadına çırpılmışdır. O, tez avtomaşının saxlamış, avtomaşından düşüb həmin avtomaşına yaxınlaşmışdır. Tez həmin avtomaşının qapısını açmış, hadisə yerinə yığılan şəxslərin köməyi ilə avtomaşında olan sürücü və sərnişini maşından çıxartmışdır. Hadisə yerinə TTY avtomaşını çaörılmış, həmin şəxslər ambulans ilə xəstəxanaya aparılmışlar. - AD №359519 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PZ-*** qeydiyyat nişanlı “Changan Alsvin V3 MT” markalı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. - 2822 nömrəli etibarnamənin surətindən görünür ki, **-PZ-*** qeydiyyat nişanlı “Changan Alsvin V3 MT” model ağ rəngli 2018-ci il buraxılışlı avtomobili idarə etmək İddiaçı MMC tərəfindən X7 etibar edilmişdir. Etibarnamə xx.xx.2016-cı il tarixdə verilmiş və xx.xx.2026-cı il tarixədək etibarlıdır. Yol vərəqəsi verilmə hüququ xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək etibarlıdır. İcbari sığorta: xx.xx.2019, Kasko sığorta: xx.xx.2022-ci il. - İddiaçı MMC tərəfindən “xxxxxxxxxxx” ASC-yə ünvanlanan pretenziyanın surətindən görünür ki, sığortalı avtomobilə 7023,60 manat ziyan dəymişdir. Kasko şəhadətnaməsi almış **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qısa müddətdə İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. - “xxxxxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan AS-19/3864 nömrəli xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, “xxxxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə MC********** saylı sığorta müqaviləsi bağlanmış və “Changan Alsvin V 3” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı MMC məktubla müraciət edərək xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Müraciətə baxılmış və araşdırılmışdır. “xxxxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə qəzaya uğradığı və bu barədə “xxxxxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ TŞ tərəfindən “xxxxxxxxxx” ASC-yə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 123-27905-1219 saylı arayışda və digər sənədlərdə yolnəqliyyat hadisəsinin xx.xx.2019-cu il tarixdə saat 18:20-də baş verdiyi qeyd edilmişdir. Beləliklə hadisə baş verdikdən sonra heş bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı ham mövcud olmadığı halda hadisə barədə cəmiyyətə dərhal deyil, hadisədən 20 gün sonra məlumat verilmişdir. Əlavə olaraq zərər dəymiş “Changan Alsvin V3” markalı**-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla, sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə “xxxxxxxxxxx” ASC-nin əməkdaşlarına təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindək imtina olunur. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Changan Alsvin V3 markalı **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı MMC Servis Mərkəzində texniki baxışdan keçirilmiş və ehtiyat hissələrin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Yekun qiymət 7023,60 manat müəyyən edilmişdir. - MC********** nömrəli Sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı- “xxxxxxxxxxx” ASC, sığortalı-İddiaçı MMC, faydalanan şəxs İddiaçı MMC, sığorta müddəti-1461 gün, sığorta ərazisi-Azərbaycan, nəqliyyat vasitəsi-Changan Alsvin V3 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, buraxılı ili 2018-ci il olan avtomobil, sığorta ili: xx.xx.2018-xx.xx.2022, sığorta məbləği-15.000 manat, sığorta haqqı 949,50 manat, şərtsiz azadolma-450 manat hər hadisə üzrə. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:50 radələrində sürücü X6 idarə etdiyi “Changan-Alsvin” minik markalı **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri “Niyazi” küçəsi ilə üzü “Ü.Hacıbəyov” küçəsi istiqamətində hərəkətdə olan olarkən idarə etməni itirib əvvəl yolun sağ kənarında yerləşən dəmir dirəyə, sonra isə onunla eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Khazar LX” minik markalı **-PG-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq özünün və avtomaşında əyləşmiş həyat yoldaşı X4 dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı MMC-nin texniki servisi tərəfindən verilən arayışa əsasən, “Changan-Alsvin” minik markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtombilə dəyən zərər 7023,60 manat olaraq qiymətləndirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında sığorta müqaviləsi bağlanmış və MC********** nömrəli kasko Sığorta şəhadətnaməsi verilmişdir. Buna əsasən, Changan Alsvin V3 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta edilmişdir. Şəhadətnamədə şərtisz azadolma məbləği hər hadisə üzrə 450 manat, sığorta məbləği 15.000 manat olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Məhkəmə qeyd edir ki, sığorta hadisəsi baş verdikdən sonra İddiaçı MMC “xxxxxxxxxxx” ASC-yə müraciət etmiş, lakin “xxxxxxxxxxx” ASC tərəfindən İddiaçı MMCyə ünvanlanan AS-19/3864 nömrəli xx.xx.2019-cu il tarixli məktubla sığorta şirkəti ödəniş etməkdən imtina etmişdir. Məktubda həmin avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə qəzaya uğradığı və bu barədə “xxxxxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Beləliklə hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı ham mövcud olmadığı halda hadisə barədə cəmiyyətə dərhal deyil, hadisədən 20 gün sonra məlumat verilməsi və “Changan Alsvin V3” markalı**-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonra hadisə yerindən aparılmaqla, sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə “xxxxxxxxxxx” ASC-nin əməkdaşlarına təqdim edilməməsi imtinanın əsasını təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə qeyd edir ki, MC********** nömrəli kasko Sığorta şəhadətnaməsinə istinad edərək sığorta olunan-avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs, hazırki işdə X12 hadisə nəticəsində xəsarət alaraq X20 avtomobili ilə xəstəxanaya aparıldığından o, özü sığorta şirkətinə məlumat vermək iqtidarında olmamışdır. Faydalanan şəxs İddiaçı MMC-nin isə hadisədən dərhal sonra bu barədə məlumatlı olması barədə cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən, sığorta ödənişi hər birinin sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd, icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda həyata keçirilir.] Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, dəymiş zərərn ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 7023,60 manat pulun ödənilməsini tələb etsə də, sığorta şəhadətnaməsində 450 manat azadolma məbləği nəzərdə tutulduğundan həmin məbləğ ziyan məblığindən çıxılmalı və 6573,60 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1470 manat cərimənin 100 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxxxxxxxxx” ASC-dən zərərin əvəzi olaraq 6573,60 manat, 100 manat gecikməyə görə cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 6703,60 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxx” ASC-dən zərərin əvəzi olaraq 6573,60 (altı min beş yüz yetmiş üç manat altmış qəpik) manat, 100 (yüz) manat gecikməyə görə cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 6703,60 (altı min yeddi yüz üç manat altmış qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar