Məhkəmə qərarları › İş №e-2-2(113)-10606/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10606/2025

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10606/2025 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış soya və soya məhsullarının alqı-satqısı barədə ATS S P-25 №-li xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 260.000,00 manat əsas borc, gecikdirməyə görə 10.000,00 manat dəbbə pulu olmaqla, cəmi 270.000,00 manat borcun və ödənilmiş 560,00 manat dövlət rüsumunun əvəzinin CavabdehMMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə İddiaçı və Cavabdeh elektron məhkəmə informasiya sisteminə barışıq sazişi təqdim edərək, təsdiq olunmasını xahiş etdilər. Məhkəməyə təqdim edilmiş, 16 fevral 2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 2.Sazişin predmeti 2.1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh MMC qismən ödənişlər etmiş və hazırda ATS SP-25№-li xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcun məbləği 140.000,00 (bir yüz qırx min) manat təşkil edir. 2.2. Cavabdeh MMC İddiaçı MMC-yə olan 140.000.0,00 (bir yüz qırx min) manat əsas borcunu və iddiaçı tərəfindən ödənilmiş 560,00 (beş yüz altmış) manat dövlət rüsumunun əvəzini, cəmi 140.560,00 (bir yüz qırx min beş yüz altmış) manat borcunu aşağıda qeyd olunan cədvəl üzrə ödənişlər etməklə xx.xx.2026-cı il tarixədək tam şəkildə ödəyəcəyini öhdəsinə götürür: № Ödəniş tarixi Məbləğ (manat)

1. xx.xx.2026 5.000,00

2. xx.xx.2026 15.000,00

3. xx.xx.2026 15.000,00

4. xx.xx.2026 15.000,00

5. xx.xx.2026 15.000,00

6. xx.xx.2026 15.000,00

7. xx.xx.2026 15.000,00

8. xx.xx.2026 15.000,00

9. xx.xx.2026 15.000,00

10. xx.xx.2026 15.560,00 2.3. qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia tələbinin 10.000,00 manat dəbbə pulu hissəsindən bir şərtlə imtina edir ki, cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər tam və vaxtında icra edilmiş olsun. Əks halda iddiaçı dəbbə pulu ilə bağlı tələbetmə hüququnu özündə saxlayır və eyni zamanda, cavabdeh ödəniş şərtlərini pozduğu halda, iddiaçının tələbi ilə əsas borc məbləğindən başqa qeyd olunmuş məbləğdə dəbbə pulu ödəyəcəyini öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 16 fevral 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin: 2.Sazişin predmeti 2.1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh MMC qismən ödənişlər etmiş və hazırda ATS SP-25№-li xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcun məbləği 140.000,00 (bir yüz qırx min) manat təşkil edir. 2.2. Cavabdeh MMC İddiaçı MMC-yə olan 140.000.0,00 (bir yüz qırx min) manat əsas borcunu və iddiaçı tərəfindən ödənilmiş 560,00 (beş yüz altmış) manat dövlət rüsumunun əvəzini, cəmi 140.560,00 (bir yüz qırx min beş yüz altmış) manat borcunu aşağıda qeyd olunan cədvəl üzrə ödənişlər etməklə xx.xx.2026-cı il tarixədək tam şəkildə ödəyəcəyini öhdəsinə götürür: № Ödəniş tarixi Məbləğ (manat)

1. xx.xx.2026 5.000,00

2. xx.xx.2026 15.000,00

3. xx.xx.2026 15.000,00

4. xx.xx.2026 15.000,00

5. xx.xx.2026 15.000,00

6. xx.xx.2026 15.000,00

7. xx.xx.2026 15.000,00

8. xx.xx.2026 15.000,00

9. xx.xx.2026 15.000,00

10. xx.xx.2026 15.560,00 2.3. qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia tələbinin 10.000,00 manat dəbbə pulu hissəsindən bir şərtlə imtina edir ki, cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər tam və vaxtında icra edilmiş olsun. Əks halda iddiaçı dəbbə pulu ilə bağlı tələbetmə hüququnu özündə saxlayır və eyni zamanda, cavabdeh ödəniş şərtlərini pozduğu halda, iddiaçının tələbi ilə əsas borc məbləğindən başqa qeyd olunmuş məbləğdə dəbbə pulu ödəyəcəyini öhdəsinə götürür. İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar