Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1063/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9914.51AZN (doqquz min doqquz yüz on dörd manat on bir qəpik) məbləğində əsas borcun, 37278.56AZN (otuz yeddi min iki yüz yetmiş səkkiz manat əlli altı qəpik) məbləğində cərimə, 200 manat məbləğində mediasiya xərcinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 47425.07 AZN (qırx yeddi min dörd yüz iyirmi beş manat yeddi qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak və bank hesabları üzərindəki pul vəsaitlərinə və depozitlərə həbs qoyulmasının və cavabdehin qanuni nümayəndəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırki işdən görünür ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin qoşma hissəsində yuxarıda sadalan sənədlərin əlavə edildiyini göstərsə də, əlavə edilən sənədlər içərisində məhz iddia ərizəsinin və pretenziya məktubunun qarşı tərəfə çatdırılmasını təsdiq edən sənədi (qəbz, xəbərnamə) müəyyən etmək mümkün olmamışdır. Belə ki, işdən görünür ki, hər hansı bir məktubun 12.01.2022-ci il və 14.01.2022-ci il tarixdə poçt xidmətinə verilməsi görünsə də, məhz sənədin çatdırılması barədə (qəbz, xəbərnamə) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1063/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1063/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver