Məhkəmə qərarları › İş №e-2-2(113)-1068/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1068/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1068/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il xx.xx.2018ci il tarixli 742-GL/17 nömrəli müqavilə üzrə 160 manat gecikdirilmiş borcu və hesablanmış 291,68 manat cərimə məbləğini və xx.xx.2018-ci il tarixli 919-GL/17 nömrəli müqavilə üzrə 8628 manat gecikdirilmiş borcu və hesablanmış 8314,10 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 919-GL/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 742-GL/17nömrəli müqavilə üzrə 160 manat gecikdirilmiş borcu və hesablanmış 291,68 manat cərimə məbləğini və xx.xx.2018ci il tarixli 919-GL/17 nömrəli müqavilə üzrə 8628 manat gecikdirilmiş borcu və hesablanmış 8314,10 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli tarixli müqaviləyə əsasən lizinq verən Kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika), ilkin dəyərinin 40% güzəşt tətbiq edilməklə qiyməti 1800 manat olan Spesifikasiyada (Əlavə № 1) verilən texnikaların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (əlavə №2) müvafiq olaraq ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 % faizi həcmində cərimə tələb edir. 4.3-cü bəndə əsasən, Hər bir təqvim ilinin sonunda və Müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. Müqavilənin 10.cu bəndinə əsasən, müqavilə aşağıdakı hallarda qüvvədən düşmüş sayılır, müqavilə müddətində bütün şərtlərə əməl olunmaqla onun müddəti qurtardıqda; müqavilədə göstərilən hallarda; qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Xüsusi Komissiyanın xx.xx.2017-ci il tarixli spesifikasiyasına əsasən, xx.xx.2018-ci il tarixli, 742-GL/17 saylı nömrəli lizinq müqaviləsinə 2 saylı Əlavə olan “Mala diskli ağır asma AGOD-34” texnikanın 1 ədədinin ilkin qiyməti cəmi 4500 manat məbləğində, ödənilmiş məbləğ 900 manat, güzəştdən sonrakı qalıq məbləği 1800 manat, 4 il müddətinə müəyyən edilmişdir. 742-GL/17 saylı , xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 742-GL/17 saylı , xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 160 manat gecikdirilmiş borcu, 291,68 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2017-ci il tarixli 302/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 742-GL/17 saylı, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən texnikalar Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 919-GL/17 nömrəli tarixli müqaviləyə əsasən, ümumi məbləği 15360 manat olan Spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə №2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndə əsasən, Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 % faizi həcmində cərimə tələb edir. 4.3-cü bəndə əsasən, Hər bir təqvim ilinin sonunda və Müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. Müqavilənin 10.cu bəndinə əsasən, müqavilə aşağıdakı hallarda qüvvədən düşmüş sayılır, müqavilə müddətində bütün şərtlərə əməl olunmaqla onun müddəti qurtardıqda; müqavilədə göstərilən hallarda; qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Xüsusi Komissiyanın xx.xx.2017-ci il tarixli spesifikasiyasına əsasən, xx.xx.2018-ci il tarixli, 919-GL/17 saylı nömrəli lizinq müqaviləsinə 2 saylı Əlavə olan “Traktor Belraus- 892” texnikanın 1 ədədinin ilkin qiyməti cəmi 15360 manat məbləğində 10 il müddətinə müəyyən edilmişdir. 919-GL/17 saylı , xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2024-cü il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 919-GL/17 saylı , xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 8628 manat gecikdirilmiş borcu, 12174 manat qalıq borcu, 8314,10 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2018-ci il tarixli 4260/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 919-GL/17 saylı, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən texnikalar Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin . Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 07 noyabr 2024-cü il pretenziya məktubunda, 919-GL/17 saylı, xx.xx.2018-ci il və 742-GL/17 saylı, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə gecikdirilmiş borc və hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialardaalınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli xx.xx.2018-ci il tarixli, 919-GL/17 nömrəli müqavilələri imzalanmış və həmin müqavilə üzrə borcluya (lizinq alan) kənd təsərrüfatı texnikaları lizinqə verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya xx.xx.2018ci il tarixli 742-GL/17 nömrəli müqavilə üzrə 160 manat, xx.xx.2018-ci il tarixli, 919-GL/17 nömrəli müqavilə üzrə 8628 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilələr ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli müqavilə üzrə 160 manat və xx.xx.2018-ci il tarixli, 919-GL/17 nömrəli müqavilə üzrə 8628 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Buna görə də iddia həmin hissədə tam təmin edilməlidir. Eyni zamanda iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış müqavilələrin 4.2-ci bəndinə və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli müqavilə üzrə 291,68 manat və xx.xx.2018-ci il tarixli, 919-GL/17 nömrəli müqavilə üzrə 8314,10 manat məbləğində cərimələr tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə, tərəflər arasında cərimələr barədə razılaşmalar olduğunu nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli müqaviləyə əsasən 8 manat, xx.xx.2018-ci il tarixli, 919-GL/17 nömrəli müqaviləyə əsasən 431 manat müəyyən olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni tələb edilən cəmi məbləğin 17393,78 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 142,18 manatın 112,27 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 500 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 500 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 742-GL/17 nömrəli müqavilə üzrə 160 manat əsas, 8 manat cərimə və xx.xx.2018-ci il tarixli, 919-GL/17 nömrəli müqavilə üzrə 8628 manat əsas, 431 manat cərimə olmaqla, ümumilikdə 9227 (doqquz min iki yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manatın əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 112 (yüz on iki) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar