Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1072/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İpoteka və X1rşı “müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz sayılması və cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İpoteka və X1rşı “müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz sayılması və cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Azərbaycan Respublikasının İpoteka və X4 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 23 nömrəli “İpoteka Kreditlərinə Xidmət Müqaviləsi”-nin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdeh Azərbaycan Respublikasının İpoteka və X2 üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, sözügedən müqaviləyə əsasən İddiaçı ASC tərəfindən xidmət olunan, lakin sonradan cavabdeh tərəfindən digər müvəkkil banklara verilmiş ipoteka kreditləri portfelinin yenidən İddiaçı ASC-yə qaytarmaq vəzifəsinin qoyulması, xx xxxx 2018-ci il tarixli, 23 nömrəli “İpoteka Kreditlərinə Xidmət Müqaviləsi”-ndə nəzərdə tutulmuş kreditlər üzrə xidmət haqqının sözügedən müqavilənin 3.5-3.6-cı bəndlərində nəzərdə tutulmuş qaydada qətnamə icra olunan tarixədək hesablanaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İpoteka və X1rşı “müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz sayılması və cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1072/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1072/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver