Məhkəmə qərarları › İş №e-2-2(113)-1072/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1072/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1072/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25699 manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas borc, hər gecikdirilmiş gün üçün 1% olmaqla, cəmi 5000 (beş min) manat məbləğində dəbbə pulu, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 200 (iki yüz) manat xərc, vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 31119 (otuz bir min bir yüz on doqquz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilə predmeti olan sementi alıcıya verməyi, alıcı isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. Alıcının satıcıya olan borcunun ümumi məbləği 25699 manat (iyirmi beş min altıyüz doxsan doqquz manat) (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) olmuşdur. Müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla 20 (iyirmi) gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir və alıcı satıcının razılığı ilə alınacaq malın dəyərini vergilər daxil olmaqla 20 (iyirmi) gün ərzində satıcının bank hesabına ödəyir. Həmçinin müqavilənin 7.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr tərtib edilmişdir. Malların ümumi dəyəri ƏDV də daxil olmaqla, cəmi 25699 manat (iyirmi beş min altıyüz doxsan doqquz manat) (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) təşkil edir. Müqavilə tərəflərinin xx.xx.2023-cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Həmçinin hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, 5000 (beş min) manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 220 (iki yüz iyirmi) manat, mediasiya rüsumu olaraq ödənilmiş 200 (iki yüz) manat alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə pretenziya məktubu həm poçt, həm də vergi xidmətinin saytından online kargüzarlıq qaydasında göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq mediatorun təyin edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və mediator təyin edilmişdir. Bundan sonra ilkin mediasiya sessiyası keçirilmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixli arayış tərtib olunmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 567, 598.1, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 191T/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 20 (iyirmi) gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir və alıcı satıcının razılığı ilə alınacaq malın dəyərini vergilər daxil olmaqla 20 (iyirmi) gün ərzində satıcının bank hesabına ödəyir. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür.

8. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 191T/22 nömrəli alq-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 01 nömrəli qiymət əlavəsindən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiymətləri barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 852830 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 858509 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 443572 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 531723 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 985724 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 324806 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 840517 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 961128 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 095858 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 097179 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 208660 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 210243 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 501943 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 660525 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 000586 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 369622 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 462184 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 642449 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 812850 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 991777 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 991919 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 312914 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 468814 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 272481 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

33. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 272583 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

34. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 913051 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

35. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 913200 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2552,01 manat (ƏDV daxil) təşkil edir.

36. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 133207 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

37. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 210423 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

38. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 633273 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2672,02 manat (ƏDV daxil) təşkil edir.

39. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 283481 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

40. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 371374 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

41. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 835443 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2792,02 manat (ƏDV daxil) təşkil edir.

42. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 25699,74 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

43. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

48. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

49. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 25699 manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas borcun tutulması təşkil edir.

49. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMCdən 25699 (iyirmi beş min altı yüz doxsan doqquz) manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş üzləşmə aktı və iş materialları ilə təsdiq olunur.

50. Bundan əlavə, iddiaçı cavabdehdən 5000 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

51. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1000 (min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

52. Eləcə də, 200 (iki yüz) manat mediasiya xərci və 220 (iki yüz iyirmi) manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

53. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının 220 manat məbləğində hüquqi yardımla əlaqədar xərc çəkməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin məbləğ cavabdehdən tutulula bilməz.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 25699 (iyirmi beş min altı yüz doxsan doqquz) manat əsas borc, 1000 (min) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 26899 (iyirmi altı min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar