Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1074/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14255 (on dörd min iki yüz əlli beş) manat əsas borc, 1622,24 (bir min altı yüz iyirmi iki manat 24 qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun, cəmi: 15907,24 (on beş min doqquz yüz yeddi manat 24 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 168 (yüz altmış səkkiz) manat gecikdirilmiş borcun və hesablanmış 101,73 (bir yüz bir manat yetmiş üç qəpik) manat cərimə məbləğinin, cəmi : 269,73 (iki yüz altmış doqquz manat yetmiş üç qəpik) manat pul vəsaitinin, 08.09.2017-ci il tarixli 1202-L/17 saylı müqavilə üzrə 2040 (iki min qırx) manat gecikdirilmiş borcun və hesablanmış 410,92 (dörd yüz on manat doxsan iki qəpik) manat cərimə məbləğinin, cəmi : 2450,92 (iki min dörd yüz əlli manat doxsan iki qəpik) manat pul vəsaitinin, 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 7631 (yeddi min altı yüz otuz bir) manat gecikdirilmiş borcun və hesablanmış 1109,59 (bir min bir yüz doqquz manat əlli doqquz qəpik) manat cərimə məbləğinin, cəmi: 8740,59 (səkkiz min yeddi yüz qırx manat əlii doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na müvafiq olaraq «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 04.10.2016-cı il tarixli 2715- GL/16 nömrəli, 08.09.2017-ci il tarixli, 1202-L/17 nömrəli və 14.12.2018-ci il tarixli 1840- L/18 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04.10.2016-cı il tarixli 2715-GL/16 nömrəli müqavilə üzrə 784 (yeddi yüz səksən dörd) manat gecikdirilmiş əsas borc və hesablanmış 101,73 (bir yüz bir manat 73 qəpik) manat məbləğində cərimə borcu, 08.09.2017-ci il tarixli 1202- L/17 nömrəli müqavilə üzrə 3040 (üç min qırx) manat gecikdirilmiş əsas borc və hesablanmış 410,92 (dörd yüz on manat 92 qəpik) manat məbləğində cərimə borcu, eləcə də 14.12.2018-ci il tarixli 1840-L/18 nömrəli müqavilə üzrə 10431 (on min dörd yüz otuz bir) manat məbləğində gecikdirilmiş əsas borcu və hesablanmış 1109,59 (bir min yüz doqquz manat 59 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, cavabdehin məhkəməyə iddia ərizəsi ilə müraciət edilən ana əsas məbləğ üzrə ümumi borcu 14255 (on dörd min iki yüz əlli beş) manat təşkil etmişdir. İddia ərizəsi üzrə 14255 manat əsas borcun, 1622,24 manat cərimə borcunun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi: 15907,24 (on beş min doqquz yüz yeddi manat 24 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bildirmək istəyirik ki, cavabdeh tərəfindən daha sonradan -26.01.2021-ci il tarixdə 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 1000 (bir min) manat ödəniş aparılmışdır. 04.10.2016-cı il tarixli müqavilə üzrə ödənişin aparıldığı 26.01.2021-ci il tarixə gecikdirilmiş əsas borc 1168 (bir min yüz altmış səkkiz) manat təşkil etmişdir. Belə ki, iş materialllarında olan 21.12.2020-ci il tarixdə tərtib edilmiş maliyyə arayışından göründüyü kimi 04.10.2016-cı il tarixli müqavilə üzrə həmin tarixə gecikdirilmiş əsas borc 784 manat olmuşdur. Ödəniş qrafiki üzrə 4-cü rübün sonuna - 31 dekabr 2020-ci il tarixədək ödənilməli olan rüblük ödəniş olan 384 manat ödənilmədiyindən artiq 2021-ci ilin 1-cü rübünə gecikdirilmiş borc 1168 manat (784+384=1168) təşkil etmişdir. Bu səbəbdən 26.01.2021-ci il tarixdə cavabdeh tərəfindən ödənilmiş 1000 (bir min manat) borc artıq həmin tarixə sözügedən müqavilə üzrə yaranmış gecikdirilmiş 1168 (bir min yüz altmış səkkiz) manat borc öhdəliyi üzrə silinmişdir. Nəticədə cavabdehin 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə gecikdirilmiş əsas borcu 168 (bir yüz altmış səkkiz) manat, cərimə borcu isə 101,73 (bir yüz bir manat 73 qəpik) manat, cəmi: 269,73 (iki yüz altmış doqquz manat 73 qəpik) manat təşkil etmişdir. 21.12.2020-ci il tarixli maliyyə arayışından da göründüyü kimi 08.09.2017-ci il tarixli 1202-L/17 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 3040 (üç min qırx) manat olmuşdur. 26.01.2021-ci il tarixdə cavabdeh tərəfindən 08.09.2017-ci il tarixli müqavilə üzrə aparılmış 1000 (bir min) manat məbləğində ödəniş gecikdirilmiş əsas borc məbləği olan 3040 (üç min qırx) manat üzrə silinmişdir. Nəticədə 08.09.2017-ci il tarixli, 1202- L/17 saylı müqavilə üzrə gecikdirilmiş borc 2040 (iki min qırx) manat, hesablanmış cərimə məbləği 410,92 manat , cəmi: 2450,92 (iki min dörd yüz əlli manat 92 qəpik) manat təşkil etmişdir. Eyni zamanda 21.12.2020-ci il tarixli maliyyə arayışından da göründüyü kimi 14.12.2018-ci il tarixli 1840-L/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 10431 (on min dörd yüz otuz bir) manat olmuşdur. 26.01.2021 -ci il tarixdə cavabdeh tərəfindən 14.12.2018-ci il tarixli müqavilə üzrə aparılmış 2800 (iki min səkkiz yüz) manat məbləğində ödəniş həmin müqavilə üzrə gecikdirilmiş borc məbləği olan 10431 (on min dörd yüz otuz bir) manat üzrə silinmişdir. Nəticədə 14.12.2018-ci il tarixli, 1840-L/18 saylı müqavilə üzrə gecikdirilmiş borc 7631 (yeddi min altı yüz otuz bir) manat, hesablanmış cərimə məbləği 1109,59 (bir min bir yüz doqquz manat 59 qəpik) manat, cəmi: 8740,59 (səkkiz min yeddi yüz qırx manat 59 qəpik) manat təşkil etmişdir. Bu səbəbdən iddia həcminin azaldılması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin azaldılmış məbləğlər üzrə təmin edilməsini məhkədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin Cavabdeh arasında 04.10.2016-cı il tarixli 2715-GL/16 nömrəli «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi müqaviləsindən görünür ki, “lizinq verən” ümumi məbləği 15360 manat olan və Spesifikasiyada (Əlavə nomrə 1) göstərilən kənd təsərrüfatı texnikalarını illik dəyərinin 40 % -nə güzəşt tətbiq etməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə nömrə 2) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, 04.10.2016-cı il tarixli 2715-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə nömrə 1) görünür ki, iddiaçı tərəfindən Belarus - 892 markalı 1 ədəd Traktor Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 04.10.2016-cı il tarixli 2715-GL/16 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə nömrə 2) görünür ki, cavabdeh tərəfindən 2016cı ilin 4-cü rübündən 2026-cı ilin 3-cü rübünə qədər hər rüb üçün 384 manat ödəniş müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 04.10.2016-cı il tarixli 2715-GL/16 nömrəli lizinq müqaviləsinə dair maliyyə arayışından görünür ki, 12.03.2021-ci il tarixə cavabdehin qeyd olunan müqavilə üzrə etdiyi ödəniş 1000 manat gecikdirilmiş borcu 168 manat hesablanmış cərimə 101,73 manat təşkil edir. - İddiaçı ASC-nin Cavabdeh arasında 08.09.2017-ci il tarixli 1202-L/17 nömrəli «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi müqaviləsindən görünür ki, “lizinq verən” ümumi məbləği 73570 manat olan və Spesifikasiyada (Əlavə nomrə 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, Lizinq alan isə texnikaların dəyərindən spesifikasiyada göstərilən 15111 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə qalıq məbləğini ödəniş qrafikinə (Əlavə nömrə 2) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, 08.09.2017-ci il tarixli 1202-L/17 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə nömrə 1) görünür ki, iddiaçı tərəfindən Belarus - 1221 markalı 1 ədəd Traktor və Can-P-5 markalı 1 ədəd Kotan 5 gövdəli (təkərli)- Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 08.09.2017-ci il tarixli 1202-L/17 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə nömrə 2) görünür ki, cavabdeh tərəfindən 2017cı ilin 3-cü rübündən 2027-cı ilin 3-cü rübünə qədər hər rüb üçün müvafiq ödəniş müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 08.09.2017-ci il tarixli 1202-L/17 nömrəli lizinq müqaviləsinə dair maliyyə arayışından görünür ki, 12.03.2021-ci il tarixə cavabdehin qeyd olunan müqavilə üzrə etdiyi ödəniş 1000 manat gecikdirilmiş borcu 2040 manat və hesablanmış cərimə 410,92 manat təşkil edir. - İddiaçı ASC-nin Cavabdeh arasında 14.12.2018-ci il tarixli 1840-L/18 nömrəli «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi müqaviləsindən görünür ki, “lizinq verən” ümumi məbləği 190146 manat olan New Holland TC 4.9 markalı 1 ədəd Kombayın taxılyığan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, Lizinq alan isə texnikaların dəyərindən spesifikasiyada göstərilən 38030 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə qalıq məbləğini ödəniş qrafikinə (Əlavə nömrə 2) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 14.12.2018-ci il tarixli 1840-L/18 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə nömrə 2) görünür ki, cavabdeh tərəfindən 2018cı ilin 4-cü rübündən 2028-cı ilin 4-cü rübünə qədər hər rüb üçün müvafiq ödəniş müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 14.12.2018-ci il tarixli 1840-L/18 nömrəli lizinq müqaviləsinə dair maliyyə arayışından görünür ki, 12.03.2021-ci il tarixə cavabdehin qeyd olunan müqavilə üzrə etdiyi ödəniş 2800 manat gecikdirilmiş borcu 7631 manat və hesablanmış cərimə 1109,59 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh arasında 04.10.2016-cı il tarixli 2715-GL/16, 08.09.2017-ci il tarixli 1202-L/17 və 14.12.2018-ci il tarixli 1840-L/18 nömrəli lizinq müqavilələri bağlanmış, müqavilələrə əsasən “lizinq verən” Spesifikasiyalarda (Əlavə nomrə 1) göstərilən kənd təsərrüfatı texnikalarını Lizinq alana lizinqə verməyi, Lizinq alan isə texnikaların dəyərindən spesifikasiyada göstərilən dəyərini ödəniş qrafikinə (Əlavə nömrə 2) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 168 (yüz altmış səkkiz) manat gecikdirilmiş borcun və hesablanmış 101,73 (bir yüz bir manat yetmiş üç qəpik) manat cərimə məbləğinin, cəmi : 269,73 (iki yüz altmış doqquz manat yetmiş üç qəpik) manat pul vəsaitinin, 08.09.2017-ci il tarixli 1202-L/17 saylı müqavilə üzrə 2040 (iki min qırx) manat gecikdirilmiş borcun və hesablanmış 410,92 (dörd yüz on manat doxsan iki qəpik) manat cərimə məbləğinin, cəmi : 2450,92 (iki min dörd yüz əlli manat doxsan iki qəpik) manat pul vəsaitinin, 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 7631 (yeddi min altı yüz otuz bir) manat gecikdirilmiş borcun və hesablanmış 1109,59 (bir min bir yüz doqquz manat əlli doqquz qəpik) manat cərimə məbləğinin, cəmi: 8740,59 (səkkiz min yeddi yüz qırx manat əlii doqquz qəpik) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1. maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, 04.10.2016-cı il tarixli 2715-GL/16, 08.09.2017-ci il tarixli 1202- L/17 və 14.12.2018-ci il tarixli 1840-L/18nömrəli lizinq müqavilələri üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh 04.10.2016-cı il tarixli 2715- GL/16 saylı müqavilə üzrə 168 (yüz altmış səkkiz) manat, 08.09.2017-ci il tarixli 1202-L/17 saylı müqavilə üzrə 2040 (iki min qırx) manat və 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 7631 (yeddi min altı yüz otuz bir) manat məbləğində əsas borcu qanunsuz saxlamış, onun ödənilməsini gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə cavabdehə 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 101,73 (bir yüz bir manat yetmiş üç qəpik) manat, 08.09.2017-ci il tarixli 1202-L/17 saylı müqavilə üzrə 410,92 (dörd yüz on manat doxsan iki qəpik) manat və 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 1109,59 (bir min bir yüz doqquz manat əlli doqquz qəpik) manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə göstərilmiş 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 101,73 (bir yüz bir manat yetmiş üç qəpik) manat cərimə məbləği 10 (on) manat, 08.09.2017-ci il tarixli 1202- L/17 saylı müqavilə üzrə 410,92 (dörd yüz on manat doxsan iki qəpik) manat cərimə məbləği 40 manat və 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 1109,59 (bir min bir yüz doqquz manat əlli doqquz qəpik) manat hesablanmış cərimə məbləği 100 manat məbləğində azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin əsas məbləğlər hissəsində təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 04.10.2016cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 168 manat gecikdirilmiş borc və hesablanmış 10 manat cərimə məbləği, 08.09.2017-ci il tarixli 1202-L/17 saylı müqavilə üzrə 2040 manat gecikdirilmiş borcun və hesablanmış 40 manat cərimə məbləğinin, 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 7631 manat gecikdirilmiş borcun və hesablanmış 100 manat cərimə məbləği, və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi: 10019 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04.10.2016-cı il tarixli 2715-GL/16 saylı müqavilə üzrə 168 (yüz altmış səkkiz) manat gecikdirilmiş borc və hesablanmış 10 (on) manat cərimə məbləği, 08.09.2017-ci il tarixli 1202-L/17 saylı müqavilə üzrə 2040 (iki min qırx) manat gecikdirilmiş borcun və hesablanmış 40 (qırx) manat cərimə məbləğinin, 14.12.2018-ci il tarixli 1840-L/18 saylı müqavilə üzrə 7631 (yeddi min altı yüz otuz bir) manat gecikdirilmiş borcun və hesablanmış 100 (yüz) manat cərimə məbləği, və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi: 10019 (on min on doqquz) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1074/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1074/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver