Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1083/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İlkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin İddiaçı MMC-nin ilkin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiası və qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə istehlak edilmiş təbii qaza görə qanunsuz olaraq hesablanmış 6.490 manat məbləğində təbii qaz borcunun silinməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 03 may 2019-cu il tarixli AMX 1119/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cəmiyyət tərəfindən müqavilə imzalanan tarixdən hal-hazırdakı dövrə qədər istifadə edilmiş təbii qazın tam dəyəri cəmiyyət tərəfindən Cavabdeh İB-nin hesablaşma hesabına ödənilmişdir. Cavabdeh İB tərəfindən müqavilə üzrə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı tərtib edilmiş, həmin akt üzrə cəmiyyətin təbii qaza görə 6.490 manat borcunun olduğu bildirilmişdir. Hesablanmış olan borcun əsassızlığı səbəbindən qeyd edilən aktın cəmiyyət tərəfindən imzalanıb möhürləməkdən imtina edilmişdir. 08 aprel 2022-ci il tarixində tərtib edilmiş SS№29/1640-00617 saylı qeyriəhali qaz sayğacının yoxlanması haqqında aktın surətindən də göründüyü kimi Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış G250 markalı 75106559 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 10 mart 2022-ci il tarixində xətdən çıxarılmışdır. Həmin akt əsasında sayğaca ilkin baxış zamanı daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun Cavabdeh İB-nin əməkdaşları tərəfindən açıldığı, yapışqan plombun normal olduğu, ehtiyat batareyanın quraşdırıldığı, korrektorun 16 noyabr 2021-ci il tarixində söndüyü, batareyanın yoxlanıldığı, gərginliyin 0V olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 38.496 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı qeyd olunmuşdur. Bundan sonra 30 iyun 2022-ci il tarixində Cavabdeh İB tərəfindən İddiaçı MMC-nə “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə” göndərilmişdir. Həmin tələbnaməyə əsasən 25 may 2022-ci il tarixli ******* saylı akt əsas götürülməklə respublikada qüvvədə olan standartın tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə 1,01325 bar və temperatur 293,15 (20C) ilə hesablanmalı olduğu bildirlmiş, turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 38.496 m3, əmsal 1,81 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanan məbləğin ödənilməsi tələb olunmuşdur. Hesablama isə aşağıdakı qaydada aparılmışdır: 1. 38.496 m3 * 1,81 = 69.678 m3 2. 69.678 m3 – 3.346 m3 (göstərici fərqi) = 66.332 m3 3. 66.332 m3 – 36.832 m3 = 29.500 m3 Məhz bundan sonra hesablanaraq tapılmış 29.500 m3 hazırda qüvvədə olan 0,22 manat tarifə vurularaq 2022-ci ilin may ayı üçün 6.490 manat qaz sərfiyyatı borcu hesablanmışdır. Əvvəla qeyd etmək istəyirlər ki, 3.346 m3-luq göstərici fərqinin necə yaranmasının izahı tələbnamədə verilməmişdir. Həmin fərqlə müəyyən edilmiş rəqəmin nəyin əsasında formalaşması onlar üçün də qeyri-müəyyəndir. Bildirmək istəyirlər ki, Cavabdeh İB tərəfindən qeyd edilən 6.490 manat məbləğində borcun hesablanmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, istinad edilən aktda da qeyd edildiyi kimi cəmiyyətə aid sayğac 10 mart 2022-ci il tarixində çıxarılmış, həmin aktda korrektorun 16 noyabr 2021-ci il tarixində söndüyü qeyd olunmuşdur. Məhz bundan sonra tam 3 ay müddətində - 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayı və 2022-ci ilin fevral ayı üçün təbii qaz sərfiyyatı aparılmış, həmin aylar üzrə mexaniki sayğac üzrə hesablanan məbləğ cəmiyyət tərəfindən Cavabdeh İB-nin hesabına köçürülmüşdür. Maraqlı olan haldır ki, yuxarıda qeyd edilən mexaniki sayğacla üç ay üzrə aparılan hesablamalar nəticəsində sərf edilən təbii qazın həcmi ilə həmin qaza görə ödənilən pul vəsaiti daha əvvəlki dövrlərdə elektron sayğac göstəriciləri əsasında sərf edilən təbii qazın həcmi ilə uyğun gəlməkdədir. Bu isə Cavabdeh İB tərəfindən 30 iyun 2022-ci il tarixində Cəmiyyətə göndərilən tələbnamə əsasında hesablanması aparılan təbii qaz sərfiyyatı ilə üst-üstə düşməməkdədir. Belə ki, sayğacda korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 38.496 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması həmin sərfiyyatın 1,81 əmsalla vurularaq Cəmiyyətin qaz sərfiyyatı borcunun bu rəqəmlər üzərindən hesablanması regionda fəaliyyət göstərən bir müəssisənin fəaliyyətinin iflic edilməsindən başqa bir şey deyildir. Belə ki, abonentin illər üzrə (2021-2022-ci illər) saldosuna nəzər yetirildiyində də görülməkdədir ki, hesablanmış olan 6.490 manat məbləğində qaz borcunun heç bir iqtisadi və hüquqi əsası yoxdur. Çünki, Cəmiyyətin əsas fəaliyyət növü olan çörək bişirilməsi ilə bağlı bir ay üzrə - həm də bu ay may ayı olmaqla 6.490 manat təbii qaz sərf etməsi mümkün deyildir. Yuxarıda qeyd edilənlər əsasında bir daha bildirmək istəyirlər ki, Cavabdeh İB tərəfindən hesablanmış olan 6.490 manat məbləği qanuni əsası olmayan mənbədən yaranmışdır. Belə ki, illər üzrə göstəricilərə nəzər yetirilsəydi, Cəmiyyət üçün hesablanmış 6.490 manat təbii qaz borcunun ortalama olaraq üç ay üçün sərf edildiyi görüləcəkdi. Bunun sadəcə 1 təqvim ayı üçün sərfiyyat kimi göstərilməsi sadəcə əsassız olaraq hesablanmış həcmin 1,81 kimi bir əmsala vurulması nəticəsində yaranmışdır. xx.xx.2023-cü il tarixdə ərizənin məhkəməyə daxil olması barədə Cavabdeh İB-yə bildiriş göndərilərək həmin bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərilməsi təklif edilmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixdə ərizə və yazılı etirazla məhkəməyə müraciət edərək, mübahisənin hərtərəfli və obyektiv araşdırılması, əlavə sübutların təqdim edilməsi məqsədilə işin iddia icraatına keçirilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh Ağsu X5 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin abonenti olmaqla **********00011 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı MMC **********00011 saylı qaz hesabında xx.xx.2021-ci il tarixə 8278,60 manat borc vardır, həmin borcun 1788,60 manat hissəsi hazırda istismarda olan G-250RVG EK-230 markalı 75106559 nömrəli qaz sayğacının göstəricisinə, 6.490 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissə də olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh İBnin mütəxəssisləri tərəfindən İsmayıllı rayonu, İvanovka kəndində yerləşən Novaya küçəsi 1 a ünavında yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə (İvanovka çörək zavodu) quraşdırılmış G-250 markalı 75106559 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə qaz xətti üzərindən çıxarılmışdır. Sözügedən qaz sayğacına xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlamadan keçirilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlıanılması barədə xx.xx.2021-ci il tarixdə müvafiq qaydada tədqiq edilmiş SS 29/1640- 00617 nömrəli akta əsasən “Sayğacın impuls ötürücü normaldır, korrektor sönüb. Ehtiyat batareya quraşdırıldıqdan sonra, korrektorun xx.xx.2021-ci il tarixdə söndüyü müəyyən edilmişdir. Pbaza - 1.01325bar,Tbaza-20C göstəricilər elektron göstərici Vbt-1078187, mexaniki göstərici Vt_569165M3 əks olundu, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən qaz 38496 m3 qaz həcmi mexaniki hissədən elektron hissəyə ötürülmədiyi üçün qeydiyyata alınmadığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq müvafiq aktla rəsmiləşdirilməklə itirilmiş qaz həcmi 25900 m3 olmaqla, 6.490 manat dəyərində müəyyən edilmişdir. Təbii X3nın pozulması haqqında tərtib edilmiş ******* nömrəli, 30 iyun 2022-ci il tarixli aktla İddiaçı MMC-də 29500 m3 dəyəri 6.490 manat hesablanaraq **********00011 saylı abonent hesabına işlənilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda və “Qazdan istisfadə Qaydaları”nda qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları) kimi izah olunur. Qaz qurğusu iki kateqoriyadan məişət və sənaye qaz qurğularından ibarətdir. Məişət qaz qurğusu dedikdə ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, Sənaye qaz qurğusu dedikdə isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür. Göründüyü kimi istismarda olan qaz sayğacı qaz qurğuları kateqoriyasına aid deyil və ayrıca anlayış kimi qəbul edilir. Bundan əlavə dəymiş zərərin hesablanmasına gəldikdə isə tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cu bəndinə əsasən, istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞin Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1083/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı 6.490 manat borcun silinməsi tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh İddiaçı qarşı 6.490 manat məbləğində borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmn edilməsi, həmin məbləğin və ödənilmiş 84,90 manat dövlət rüsumun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC CavabdehX2 X5 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin abonenti olmaqla **********00011 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC **********00011 saylı qaz hesabında 6.490 manat borc itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən İsmayıllı rayonu, İvanovka kəndində yerləşən Novaya küçəsi 1 a ünvanında yerləşən İddiaçı MMC-yə məxsus qeyriyaşayış sahəsinə (İvanovka çörək zavodu) quraşdırılmış G-250 markalı 75106559 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə qaz xətti üzərindən çıxarılmışdır. Sözügedən qaz sayğacına xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlamadan keçirilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlıanılması barədə xx.xx.2021-ci il tarixdə müvafiq qaydada təqdiq edilmiş SS 29/1640-00617 nömrəli akta əsasən “Sayğacın impuls ötürücü normaldır, korrektor sönüb. Ehtiyat batareya quraşdırıldıqdan sonra, korrektorun xx.xx.2021-ci il tarixdə söndüyü müəyyən edilmişdir. Pbaza - 1.01325bar,Tbaza-20C göstəricilər elektron göstərici Vbt-1078187, mexaniki göstərici Vt_569165M3 əks olundu, Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş , mexaniki hissədən keçən qaz 38496 m3 qaz həcmi mexaniki hissədən elektron hissəyə ötürülmədiyi üçün qeydiyyata alınmadığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq müvafiq aktla rəsmiləşdirilməklə itirilmiş qaz həcmi 25900 m3 olmaqla, 6.490 manat dəyərində müəyyən edilmişdir. Təbii X3nın pozulması haqqında tərtib edilmiş ******* nömrəli, 30 iyun 2022-ci il tarixli aktla İddiaçı MMC-də 29500 m3 dəyəri 6.490 manat hesablanaraq **********00011 saylı abonent hesabına işlənilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “X3”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X3”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X3”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar Cavabdeh əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X3”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X3”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində “limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər” qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ayda bir dəfə sayğac yoxlanılır. Adətən hesablama elektron göstəricilər əsasında aparılır. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə sayğac sıradan çıxıb. Onlar sayğacın mexaniki hissəsindən istifadə etmişlər və xx.xx.2022-ci ilədək elektron qaimə əsasında ödəniş etmişlər. Onlar sadəcə noyabr ayı üçün ödəniş etməmişlər. Hesablanan məbləğ real deyil. Onu da qeyd edir ki, noyabr ayında elektron qaimə təqdim edilmədiyi üçün ödəniş etməmişlər. Məhkəmə iclasında ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) ilə sənaye qaz qurğusu istifadəçisi (ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-1119/19 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 08 aprel 2022-ci il tarixli, SS 29/1640-00617 saylı aktdan görünür ki, İddiaçı MMC-yə məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış G250 markalı 75106559 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin sayğaclarının müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş:
1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Korrektora vurulan nömrəli plombun simi qırıqdır. Korrektor tərəflərindən açıldı. Yapışqan (006794) plomb normaldır. Daxili impuls xətlərinin izolyasiya qatı normaldır.
2. Sayğac yuyuldu, təmzləndi, hava vuruldu, mexaniki hissə işləkdir.
3. Ehtiyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Pbaza=1.01325 bar, Tbaza=20°C. Göstəricilər Vbt=1078187 m3, Vt=569165 m3 əks olundu. Batareya yoxlanıldı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 38496 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. Audit normaldır. “Təbii X3nın pozulması haqqında” ******* saylı akta əsasən İsmayıllı rayonu, İvanovka kəndində yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində (çörək sexi) baxış zamanı sayğacın korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 38496 m3 qaz həcmi elektron hissədən qeydə alınmamışdır. Tələb: 1078***- *******=3346, 1078187-419943=658244, 569165-208224=363941, 658244/363941 C=1,81, 38496x1,81=69678-3346=66332, 66332-36832(mex)=29500 m3 Qeyd edilən akta əsasən, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev, mühəndislər Ələsgər Həsənov və Ülfət Məhərrəmov tərəfindən tərtib edilmiş uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair 30 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Respublikada qüvvədə olan ГОСТ 2939-63 «Газы Условия для определения объема» standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1.01325 bar və tempratur 293.15 (20°C) olmaqla hesablanmalı, ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 38496 m3, əmsal 1,81 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 29500m3 (38496x1,81=69678-3346 (göstərici fərqi)=66332m3, 66332- 36832(mexaniki göstərici)=29500m3) qazın dəyərində olması müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı MMC-yə məxsus çörək sexində 2021-ci ilin oktyabr ayı üçün 19274 m3 qaz sərfiyyatına görə 3.854,80 manat, noyabr ayı üçün 0 m3 qaz sərfiyyatına görə 0 manat, dekabr ayı üçün 10000 m3 qaz sərfiyyatına görə 2.200 manat, 2022-ci ilin yanvar ayı üçün 15571 m3 qaz sərfiyyatına görə 3.425,62 manat, fevral ayı üçün 11261 m3 qaz sərfiyyatına görə 2.477,42 manat, mart ayı üçün 15855 m3 qaz sərfiyyatına görə 3.488,10 manat, aprel ayı üçün 9158 m3 qaz sərfiyyatına görə 2.014,76 manat, may ayı üçün 38286 m3 qaz sərfiyyatına görə 8.422,92 manat (həmin məbləğin 1.932,92 manatı hissəsi sərfin məbləği kimi, 6.490 manat hissəsi qalıq və aktlar kimi qeyd edilmişdir) məbləğində borc hesablanmışdır. 2023-cü ilin fevral ayının sonuna abonentin borcu 6.490 manat təşkil edir. Bununla yanaşı saldoya əsasən abonentə 2020-ci ilin dekabrında 17.078 m3 qaz sərfiyyatına görə 3415,6 manat, 2021-ci ilin yanvarında 15.500 m3 qaz sərfiyyatına görə 3100 manat, fevral ayında 5913 m3 qaz sərfiyyatına görə 1182,60 manat məbləğində borc hesablanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə müəyyən edilir ki, Cavabdeh İB-dən qanunsuz hesablanmış 6.490 manat borcun 3 gün müddətində silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin iddiası və Cavabdeh İB-nin qarşılıqlı iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində İsmayıllı rayonu, İvanovka kəndində yerləşən İddiaçı MMC-yə məxsus çörək sexində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxışın nəticəsi olaraq sayğacın korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 38496 m3 qaz həcminin elektron hissədən qeydə alınmamasının aşkar edilməsi barədə “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib edilmişdir. Bundan sonra göstərilən nöqsanlarla bağlı xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii X3n pozulması barədə” akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya qaz həcminin 38496 m3, əmsal 1,81 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan kimi 29500m3 (38496x1,81=69678-3346 (göstərici fərqi)=66332m3, 66332-36832(mexaniki göstərici)=29500m3) qaz sərfiyyatına görə 6.490 manat məbləğində borc hesablanmışdır. Hazırda ilkin İddiaçı MMC ******* saylı ilkin Cavabdeh İB tərəfindən “Təbii X3n pozulması barədə” akta əsasən hesablanmış 6.490 manat məbləğində borcun silinməsini, qarşılıqlı iddiaçı Cavabdeh İB isə həmin borcun qarşılıqlı cavabdeh İddiaçı MMC-dən tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Təbii X3n pozulması barədə” mübahisəli aktda itirilmiş qazın hesabatının aparılmasına dair əsas qismində sayğacın korrektorunun sönməsi və nəticədə sayğacın mexaniki hissəsindən keçən 38.496 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, abonent saldosundan göründüyü kimi 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək olan dövrdə abonentə qaz sərfiyyatına görə borc məhz elektron hissədə qeydiyyata alınmayan mexaniki göstəricilər əsasında hesablanmışdır (2021-ci ilin noyabr ayının sonuna mexaniki göstərici 570.828 manat, 2022-ci ilin fevral ayının sonuna mexaniki göstərici 607.660, fərq 36.832m3). Odur ki, eyni mexaniki göstəricilər əsas götürülməklə abonentə yenidən borcun hesablanması əsaslı hesab edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh İB mübahisəli borcu mexaniki hissənin göstəricilərini 1,81 əmsalına vurmaqla və sonradan alınan həcmdən ödənilmiş mexaniki göstəricilər çıxılmaqla hesablasa da, göstərilən hesablanma qaydasını, o cümlədən sayğacın mexaniki göstəricilərinə əsasən qaz sərfiyyatının əmsala vurulmaqla hesablanmalı olmasını müəyyən edən normativ sənədləri, eləcə də sözügedən hesablanma qaydasına aydınlıq gətirən digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, ilkin iddiaçı sayğacın mexaniki göstəricilərə əsasən hesablanmış borcların ilkin cavabdehin qaz sərfiyyatını tam əks etdirmədiyini, nəticədə qaz həcminin itirildiyini iddia etdiyi halda ilkin iddiaçıya sayğacın mexaniki göstəricilərə əsasən 2022-ci ilin dekabr-2022-ci ilin mart ayları arası dövrdə hesablanmış qaz sərfiyyatının əvvəlki ilin müvafiq aylarındakı qaz sərfiyyatına nisbətən əhəmiyyətli dərəcədə aşağı olması da öz təsdiqini tapmır. Əksinə mübahisəli 3 ay (2021-ci ilin dekabr və 2022-ci ilin yanvar və fevral ayları) üzrə sayğacın mexaniki göstəricilərinə əsasən qazdan istifadəyə görə hesablanmış ümumi borc 8103,04 manat (2.200 manat + 3.425,62 manat + 2.477,42 manat ) təşkil etdiyi halda əvvəlki ilin müvafiq aylarında ilkin iddiaçıya qazdan istifadəyə görə cəmi 7.698,2 manat (3415,6 manat +3100 manat +1182,60) məbləğində borc hesablanmışdır. Belə olan halda ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh İB tərəfindən ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC-yə “Təbii X3n pozulması barədə” akta əsasən hesablanmış borc məbləğinin əsaslı olması iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri sayır ki, sayğaca baxışın nəticəsi olaraq tərtib edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” və “Təbii X3n pozulması barədə” aktlarda ilkin cavabdehə məxsus qaz sayğacının elektron hissəsinin işləməməsinin 2022-ci ilin mart ayında keçirilmiş baxış zamanı aşkar edilməsi göstərilsə də, iş materiallarında olan abonent saldosundan da görünür ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək olan dövrdə qaz sayğacının elektron göstəriciləri dəyişməmişdir. Odur ki, Cavabdeh İB-nin sayğacın elektron hissəsinin işləməməsindən 2022-ci ilin mart ayından məlumatlı olması istisna olunur. Göründüyü kimi Cavabdeh İB 2021-ci ilin noyabr ayından etibarən iddiaçının qaz sayğacının elektron hissəsinin işləməməsi barədə məlumatlı olsa da, 4 ay ərzində sayğacın yoxlanılması, müvəqqəti sayğacla əvəzlənməsi istiqamətində heç bir addım atmamış, bununla borcun hesablanması ilə bağlı mübahisənin yaranmasına şərait yaratmışdır. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi ilkin İddiaçı MMC-yə 2021-ci ilin dekabr- 2022-ci ilin fevral ayında qazdan istifadəyə görə borc sayğacın mexaniki göstəricilərinə əsasən hesablandığı halda 2021-ci ilin noyabrında sayğacın işləməməsi səbəbindən (həmin müddət ərzində elektron və mexaniki göstəricilər dəyişilməmişdir) ona təbii qazdan istifadəyə görə borc hesablanmamışdır, halbuki həmin ayda ilkin iddiaçının qazdan istifadə etməsi işin mübahisəsiz halıdır. Odur ki, ilkin Cavabdeh İB 2021-ci ilin noyabr ayı üçün ilkin iddiaçı, qarşılıqlı İddiaçı MMC-yə borc hesablamaqda haqlıdır. İddiaçı MMC-yə 2021-ci ilin noyabr ayı üçün hesablanmalı olan borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nda qaz sayğacının işləmədiyi dövrdə qaz sərfiyyatının hesablanması qaydası müəyyən edilmədiyindən hazırkı mübahisəyə analogiya qaz sayğacının olmadığı dövrdə qaz sərfiyyatının hesablanması qaydasını müəyyən edən “X3”nın 5.4-cü maddəsi tətbiq edilməlidir. “X3”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Odur ki, ilkin iddiaçının 2021-ci ilin noyabrında olan qaz sərfiyyatına görə hesablanmalı olan borc əvvəlki ayın sərfiyyatına əsasən 3.854,80 manat məbləğində müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “X3”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə Cavabdeh İB tərəfindən akta əsasən hesablanmış borcun yalnız 3.854,80 manat hissəsinin əsaslı olmasının iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməli, İddiaçı MMC-dən 3.854,80 manat borc tutularaq Cavabdeh İB-yə ödənilməli, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii X3n pozulması barədə” akta əsasən hesablanmış borcun qalan - 2.635,2 manat (6.490 manat - 3.854,80 manat) hissəsi isə silinməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 84,90 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 40 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən 84,9 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı halda qətnamə ilə qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 50 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin Cavabdeh İB tərəfindən ilkin İddiaçı MMC-yə hesablanmış 2.635,2 manat məbləğində borc silinsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin Cavabdeh İB-dən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq ilkin İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 3.854,80 məbləğində borc və 50 manat dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh İB-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Leyla Əliyeva