Məhkəmə qərarları › İş №e-2-2(113)-1084/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1084/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1084/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinəbaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5965,40 manat, Cavabdeh2 isə 13203,60 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəni və olna əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC tərəfindən Zərdab rayonunda qeydiyyatda olan Cavabdeh2 (VÖEN **********) ilə alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə, Bakı şəhərində qeydiyyatda olan Cavabdeh1 (VÖEN **********) ilə alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı başqa-başqa yerlərdə qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərqli müqavilələrdə alıçı qismində çıxış edən iki cavabdehə (biri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid deyil) qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirilmişdir. Həmçinin məhkəmə bir cavabdehə qarşı olan tələb üzrə dövlət rüsumunun ödənilməmiş kimi qiymətləndirir. Bununla yanaşı iddiaçının diqqətinə çatdırılır ki, elektron sənədlərdə etibarnamə aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən **********57 nömrəli, xx.xx.2020-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən **********57 nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar