Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1085/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.12.2020-ci il tarixli 32 nömrəli müqavilə üzrə yaranmış 7555 (yeddi min beş yüz əlli beş) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində mediasiya xərci, həmçinin də hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Xidmət göstərən” adlandırılacaq) ilə Cavabdeh MMC (bundan sonra “Sifarişçi” adlandırılacaq) arasında 31.12.2020-ci il tarixli 32 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər işgüzar əlaqələrini başlamaq niyyətini təsdiq edirlər və bu müqaviləyə əsasən Xidmət Göstərən Sifarişçini beynəlxalq standartlara cavab verən “Xidmət Göstərən”ə məxsus olan bütün avtomobil və təchizat xidmətlərini təmin edəcək. Sifarişçi isə bunun müqabilində müqavilənin 3.2-ci bəndində qeyd olunmuş qaydada Xidmət göstərənə ödənişlər edəcək. Həmçinin həmin Müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, hesablar faktiki göstərilmiş xidmətlərə əsasən sifariş müddəti başlamazdan əvvəl Sifarişçi tərəfə təqdim edilir və Sifarişçi təyin olunmuş məbləği Xidmət Göstərənin bu müqavilədə qeyd olunan və ya Sifarişçiyə əvvəlcədan ağlabatan müddət ərzində yazılı qaydada bildirilən hesablaşma hesabına ƏDV daxil olmaqla keçirilməlidir. Beləliklə, 01.02.2021-ci il, 25.02.2021-ci il, 09.03.2021-ci il, 20.04.2021-ci il, 21.05.2021-ci il və 07.06.2021-ci il tarixli xidmətlərin təhvil-təslimi barədə aktlara əsasən İddiaçı MMC tərəfindən müqavilədə göstərilən servis xidmətləri 31.12.2020-ci il tarixindən 31.01.2021-ci il tarixinə qədər, 31.01.2021-ci il tarixindən 28.02.2021-ci il tarixinə qədər, 01.03.2021-ci il tarixindən 31.03.2021-ci il tarixinə qədər, 01.04.2021-ci il tarixindən 01.05.2021-ci il tarixinə qədər, 01.05.2021-ci il tarixindən 01.06.2021-ci il tarixinə qədər, 01.06.2021-ci il tarixindən 07.06.2021-ci il tarixinə qədər göstərilmiş və Cavabdeh MMC-də göstərilən xidmətləri qəbul etmişdir və hər iki tərəf həmin aktları öz imzaları ilə təsdiq etmişlər. Qeyd olunan təhvil-təslim aktlarına əsasən göstərilən xidmət haqlarının dəyəri ümumilikdə 17455 (on yeddi min dörd yüz əlli beş) manat müəyyən edilmişdir. Bundan sonra Cavabdeh MMC tərəfindən təhvil-təslim aktları üzrə yaranmış borclarla bağlı 29.03.2021-ci il tarixində İddiaçı MMC-nin bank hesabına 4930 manat, 08.04.2021-ci il tarixində 2547 manat, 29.04.2021-ci il tarixində 2423 manat olmaqla, ümumilikdə 9900 (doqquz min doqquz yüz) manat ödəniş etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin ümumi haqqı 17455 (on yeddi min dörd yüz əlli beş) manat təşkil edir və görülmüş işlərin və xərclərin dəyərini göstərən təhvil-təslim aktlarında qeyd olunmuşdur ki, işlər icraçı tərəfindən tam yerinə yetirilmiş və Sifarişçi tərəfindən qəbul edilmişdir. Cavabdeh MMC isə xidmətlərin təhvil-təslimi barədə aktlara əsasən 17455 (on yeddi min dörd yüz əlli beş) manat məbləğində borcundan "xxxx" KB ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa və arayışa əsasən 9900 (doqquz min doqquz yüz) manat ödəniş etmişdir, lakin qalan 7555 (yeddi min beş yüz əlli beş) manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməmişdir. Nəticədə tərəflər arasında bağlanılmış xidmət müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubu MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin elektron kabinetinə elektron qaydada göndərilsə də, nəticəsi olmamışdır. Həmçinin tərəflər arasında yaranmış mübahisənin mediator vasitəsilə həll edilməsi də mümkün olmamışdır. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İddiaçı ilə Cavabdeh arasında 31.12.2020-ci il tarixli, 32 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər işgüzar əlaqələrini başlamaq niyyətini təsdiq edirlər və bu müqaviləyə əsasən Xidmət Göstərən Sifarişçini beynəlxalq standartlara cavab verən “Xidmət Göstərən”ə məxsus olan bütün avtomobil və təchizat xidmətlərini təmin edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə avtomobilər aşağıda qeyd olunmuş, lakin onlarla məhdudlaşmayaraq, avadanlıqla təmin olunmalıdır: təhlükəsizlik kəməri, yanğın söndürən, domkrat, avtomobilə aidliyi olan alətlər, xəbərdaredici üçbucaq, təkər nasosu, ilk yardım qutusu, əlavə təkər və ona aidliyi olan alətlər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Sifarişçiyə təqdim olunan avtomaşın (avtomobil) xarab olduqda Xidmət Göstərən onu 1.2-ci bənddə qeyd olunmuş tələblərə cavab verən digər bir avtomaşınla təmin etməyi öz öhdəsinə götürür. - İddiaçı MMC tərəfindən tərtib edilərək "X1" MMC-yə ünvanlanmış 31.12.2020-ci il tarixli, 001/32 nömrəli İnvoice (hesab) adlı sənəddən görünür ki, "X1" MMC-nin İddiaçı MMC-yə yanvar ayı üçün göstərilmiş nəqliyyat xidməti üçün ödəməli olduğu xidmət haqqının məbləği 3300 manat təşkil edir. - 31.12.2020-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən Xidmətlərin təhvil-təslimi barədə 01 fevral 2021-ci il tarixli Aktdan görünür ki, 31.12.2020-31.01.2021-ci il tarixləri aralığında göstərilən xidmətlər üzrə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 3300 manat təşkil edir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "X1" MMC-yə ünvanlanmış 25.02.2021-ci il tarixli, 002/32 nömrəli İnvoice (hesab) adlı sənəddən görünür ki, "X1" MMC-nin İddiaçı MMC-yə yəni fevral ayı üçün göstərilmiş nəqliyyat xidməti üçün ödəməli olduğu xidmət haqqının məbləği 3300 manat təşkil edir. - 31.12.2020-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən Xidmətlərin təhvil-təslimi barədə 25 fevral 2021-ci il tarixli Aktdan görünür ki, 31.01.2021-28.02.2021-ci il tarixləri aralığında göstərilən xidmətlər üzrə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 3300 manat təşkil edir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "X1" MMC-yə ünvanlanmış 09.03.2021-ci il tarixli, 003/32 nömrəli İnvoice (hesab) adlı sənəddən görünür ki, "X1" MMC-nin İddiaçı MMC-yə mart ayı üçün göstərilmiş nəqliyyat xidməti üçün ödəməli olduğu xidmət haqqının məbləği 3300 manat təşkil edir. - 31.12.2020-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən Xidmətlərin təhvil-təslimi barədə 09 mart 2021-ci il tarixli Aktdan görünür ki, 01.03.2021-31.03.2021-ci il tarixləri aralığında göstərilən xidmətlər üzrə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 3300 manat təşkil edir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "X1" MMC-yə ünvanlanmış 20.04.2021-ci il tarixli, 004/32 nömrəli İnvoice (hesab) adlı sənəddən görünür ki, "X1" MMC-nin İddiaçı MMC-yə aprel ayı üçün göstərilmiş nəqliyyat xidməti üçün ödəməli olduğu xidmət haqqının məbləği 3300 manat təşkil edir. - 31.12.2020-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən Xidmətlərin təhvil-təslimi barədə 20 aprel 2021-ci il tarixli Aktdan görünür ki, 01.04.2021-01.05.2021-ci il tarixləri aralığında göstərilən xidmətlər üzrə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 3300 manat təşkil edir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "X1" MMC-yə ünvanlanmış 21.05.2021-ci il tarixli, 005/32 nömrəli İnvoice (hesab) adlı sənəddən görünür ki, "X1" MMC-nin İddiaçı MMC-yə may ayı üçün göstərilmiş nəqliyyat xidməti üçün ödəməli olduğu xidmət haqqının məbləği 3450 manat təşkil edir. - 31.12.2020-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən Xidmətlərin təhvil-təslimi barədə 21 may 2021-ci il tarixli Aktdan görünür ki, 01.05.2021-01.06.2021-ci il tarixləri aralığında göstərilən xidmətlər üzrə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 3450 manat təşkil edir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "X1" MMC-yə ünvanlanmış 07.06.2021-ci il tarixli, 007/32 nömrəli İnvoice (hesab) adlı sənəddən görünür ki, "X1" MMC-nin İddiaçı MMC-yə 01.06.2021-07.06.2021-ci il tarixləri üçün göstərilmiş nəqliyyat xidməti üçün ödəməli olduğu xidmət haqqının məbləği 805 manat təşkil edir. - 31.12.2020-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən Xidmətlərin təhvil-təslimi barədə 07 iyun 2021-ci il tarixli Aktdan görünür ki, 01.06.2021-07.06.2021-ci il tarixləri aralığında göstərilən xidmətlər üzrə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 805 manat təşkil edir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli, UB- YSM/KXB/1083 nömrəli arayışda qeyd olunmuşdur ki, "xxxx" KB ASC-nin Yasamal filialının müştərisi olan İddiaçı MMC (VÖEN: **********) şirkətinin AZ29UBAZ**********0060AZN001 hesablaşma hesabına Cavabdeh MMC-nin (VÖEN: **********) tərəfindən 29.03.2021-29.04.2021-ci il tarixləri aralığında ümumilikdə 9900 (doqquz min doqquz yüz) manat (29.03.2021-ci il tarixdə 4930 manat, 08.04.2021-ci il tarixdə 2547 manat və 29.04.2021-ci il tarixdə 2423 manat) məbləğində vəsait köçürülmüşdür. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07 dekabr 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun 16 dekabr 2021-ci il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 28.01.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh MMC-dən 7555 (yeddi min beş yüz əlli beş) manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və göstərilmiş hüquqi yardıma görə cavabdehdən 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7555 (yeddi min beş yüz əlli beş) manat məbləğində borc, 100 (yüz) manat mediasiya xərci, 200 (iki yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 7855 (yeddi min səkkiz yüz əlli beş) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1085/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1085/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver