Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1088/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Ali Kazempourun iştirakı ilə, İddiaçı "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı x xxxxxx 2019-cu ildə vergi və mühasibatlıq xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə 900 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı 46.20 manat məbləğində gecikmə faizinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı x xxxxxx 2019-cu ildə vergi və mühasibatlıq xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə 900 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı 46.20 manat məbləğində gecikmə faizinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı x xxxxxx 2019-cu ildə vergi və mühasibatlıq xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə 900 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı 46.20 manat məbləğində gecikmə faizinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən-Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1088/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1088/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver