Məhkəmə qərarları › İş №e-2-2(113)-1088/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1088/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1088/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 3584916,78 manat əsas, xx.xx.2023-cü il tarixinə hesablanmış 541127,97 manat cərimə olmaqla, cəmi 4126044,75 (dörd milyon bir yüz iyirmi altı min qırx dörd manat yetmiş beş qəpik) manat borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 410 manat xidmət haqqının və 2443,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 01 aprel 2024-cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş barışıq sazişindən görünür ki:

1. Bu barışıq sazişi mübahisə tərəfləri olan İddiaçı MMC və Cavabdeh ASC arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır və tərəflər bu sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzaları ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır.

2. Tərəflər arasında 05 dekabr 2017-ci il tarixli, LSLC-2017/116 saylı, 13 iyun 2018ci il tarixli, LSLC-2018/63 saylı, 24 avqust 2018-ci il tarixli, LSLC-2018/96 saylı və 15 avqust 2019-cu il tarixli, LSLC-2019/70 saylı “mallar üzrə satınalma müqavilələri” bağlanmışdır.

3. Həmin müqavilələr üzrə hazırkı tarixə cavabdehin iddiaçıya 3524927,87 (üç milyon beş yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən yeddi qəpik) ödənilməyən əsas borcu yaranmışdır.

4. Bundan başqa, müqavilələrin 20.2-ci maddəsinə və müqavilələrin xüsusi şərtlərinin 28-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçı qarşısında 541127,97 (beş yüz qırx bir min yüz iyirmi yeddi manat doxsan yeddi qəpik) manat məbləğində cərimə borcu yaranmışdır.

5. Cavabdehin iddiaçıya ödəməli olduğu ümumi borc məbləği - əsas borc üzrə 3524927,87 (üç milyon beş yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat, cərimə borcu üzrə 541127,97 (beş yüz qırx bir min yüz iyirmi yeddi manat doxsan yeddi qəpik) manat, cəmi 4066055,84 (dörd milyon altmış altı min əlli beş manat səksən dörd qəpik) manat təşkil edir.

6. Hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1088/2024 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.

7. Yuxarıda göstərilənlərə əsaslanaraq, tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu “Barışıq Sazişi”ni bağladılar: 8.1. Cavabdeh 3524927,87 (üç milyon beş yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, yeddi hissədə iddiaçıya ödəyəcəyini qəbul edir.

Ödənişin tarixi Ödənişin məbləği 21 iyun 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 26 iyul 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 23 avqust 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 27 sentyabr 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 25 oktyabr 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 22 noyabr 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 27 dekabr 2024-cü il tarixinə qədər 503561,15 (beş yüz üç min beş yüz altmış bir manat on beş qəpik) manat 8.2. Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Ödənişlərin qrafikə uyğun ödənilməməsi halında, cavabdeh əsas borcla yanaşı, 541127,97 manat məbləğində hesablanmış cərimə borcunun, cəmi 4066055,84 (dörd milyon altmış altı min əlli beş manat səksən dörd qəpik) borc məbləğinin iddiaçıya ödənilməsi öhdəliyini qəbul edir və həmin borcun məhkəmənin iş üzrə verəcəyi icra vərəqəsi əsasında məcburi qaydada ondan tutularaq iddiaçıya veriləcəyi ilə razılaşır. 8.3. Cavabdeh əsas borcunu yuxarıda qeyd edilmiş qrafikə uyğun ödədiyi təqdirdə, cərimə kimi hesablanmış 541127,97 manat pul vəsaiti iddiaçı tərəfindən tələb edilməyəcəkdir. Bununla da cavabdehin hazırki iş üzrə bütün cərimə öhdəliyinə xitam veriləcəkdir. 8.4. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 410 manat xidmət haqqı və iddia tələbinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 2443,02 manat dövlət rüsumu 27 dekabr 2024cü il tarixinə qədər cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq ödəniləcəkdir.

9. Tərəflər razılaşırlar ki, barışıq sazişinin 8.1-ci bəndində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir.

10. Cavabdeh tərəfindən barışıq sazişinin 8.1-ci bəndində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur.

11. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır.

12. Saziş cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə iddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada cavabdehdən tutularaq iddiaçıya veriləcəkdir.

13. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və tərəflərdə saxlanılır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 01 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:

1. Bu barışıq sazişi mübahisə tərəfləri olan İddiaçı MMC və Cavabdeh ASC arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır və tərəflər bu sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzaları ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır.

2. Tərəflər arasında 05 dekabr 2017-ci il tarixli, LSLC-2017/116 saylı, 13 iyun 2018ci il tarixli, LSLC-2018/63 saylı, 24 avqust 2018-ci il tarixli, LSLC-2018/96 saylı və 15 avqust 2019-cu il tarixli, LSLC-2019/70 saylı “mallar üzrə satınalma müqavilələri” bağlanmışdır.

3. Həmin müqavilələr üzrə hazırkı tarixə cavabdehin iddiaçıya 3524927,87 (üç milyon beş yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən yeddi qəpik) ödənilməyən əsas borcu yaranmışdır.

4. Bundan başqa, müqavilələrin 20.2-ci maddəsinə və müqavilələrin xüsusi şərtlərinin 28-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçı qarşısında 541127,97 (beş yüz qırx bir min yüz iyirmi yeddi manat doxsan yeddi qəpik) manat məbləğində cərimə borcu yaranmışdır.

5. Cavabdehin iddiaçıya ödəməli olduğu ümumi borc məbləği - əsas borc üzrə 3524927,87 (üç milyon beş yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat, cərimə borcu üzrə 541127,97 (beş yüz qırx bir min yüz iyirmi yeddi manat doxsan yeddi qəpik) manat, cəmi 4066055,84 (dörd milyon altmış altı min əlli beş manat səksən dörd qəpik) manat təşkil edir.

6. Hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1088/2024 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.

7. Yuxarıda göstərilənlərə əsaslanaraq, tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu “Barışıq Sazişi”ni bağladılar: 8.1. Cavabdeh 3524927,87 (üç milyon beş yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, yeddi hissədə iddiaçıya ödəyəcəyini qəbul edir.

Ödənişin tarixi Ödənişin məbləği 21 iyun 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 26 iyul 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 23 avqust 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 27 sentyabr 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 25 oktyabr 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 22 noyabr 2024-cü il tarixinə qədər 503561,12 (beş yüz üç min beş yüz altmış bir manat on iki qəpik) manat 27 dekabr 2024-cü il tarixinə qədər 503561,15 (beş yüz üç min beş yüz altmış bir manat on beş qəpik) manat 8.2. Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Ödənişlərin qrafikə uyğun ödənilməməsi halında, cavabdeh əsas borcla yanaşı, 541127,97 manat məbləğində hesablanmış cərimə borcunun, cəmi 4066055,84 (dörd milyon altmış altı min əlli beş manat səksən dörd qəpik) borc məbləğinin iddiaçıya ödənilməsi öhdəliyini qəbul edir və həmin borcun məhkəmənin iş üzrə verəcəyi icra vərəqəsi əsasında məcburi qaydada ondan tutularaq iddiaçıya veriləcəyi ilə razılaşır. 8.3. Cavabdeh əsas borcunu yuxarıda qeyd edilmiş qrafikə uyğun ödədiyi təqdirdə, cərimə kimi hesablanmış 541127,97 manat pul vəsaiti iddiaçı tərəfindən tələb edilməyəcəkdir. Bununla da cavabdehin hazırki iş üzrə bütün cərimə öhdəliyinə xitam veriləcəkdir. 8.4. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 410 manat xidmət haqqı və iddia tələbinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 2443,02 manat dövlət rüsumu 27 dekabr 2024cü il tarixinə qədər cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq ödəniləcəkdir.

9. Tərəflər razılaşırlar ki, barışıq sazişinin 8.1-ci bəndində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir.

10. Cavabdeh tərəfindən barışıq sazişinin 8.1-ci bəndində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur.

11. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır.

12. Saziş cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə iddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada cavabdehdən tutularaq iddiaçıya veriləcəkdir.

13. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar