Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-110/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər:, daşınma müqaviləsi, cərimə, əsassız varlanma, sübutetmə yükü) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Vəkil2, cavabdehin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 43505 manat məbləğində əsas borcun, 55653,54 manat məbləğində cərimənin, 400 manat məbləğində mediasiya xərcinin, 385 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 1021 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlərlə cavabdehin tapşırığı əsasında göndəriş xidmətlərini yerinə yetirməyi, cavabdeh isə həmin xidmətləri qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək göndəriş xidmətlərini yerinə yetirmiş, malları cavabdehə təhvil vermişdir. Qəbul edilmiş xidmətə görə müvafiq elektron qaimə və elektron vergi hesab-fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin ƏDV daxil olmaqla, 43505 manat məbləğində xidmət haqqı göstərilmiş xidmətlərə görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra iddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da, cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Cavabdeh müqaviləyə əsasən öhdəliyini icra etmədiyindən və müqavilə şərtlərinə uyğun olaraq, ödənişlərin tam və vaxtında köçürülməməsinə görə ödəmə günündən sonra növbəti bir iş günü ərzində aparılan araşdırmadan sonrakı hər gün üçün ödənişin gecikdirilmiş hissəsinin bir faizi miqdarında cərimə tətbiq ediləcəyi razılaşdırıldığından hazırda cərimənin məbləği 55653,54 manat təşkil edir. Daha sonra iddiaçı ilkin iddia tələbinin artırılması barədə ərizə verərək, 51529,86 manat əsas borcun, 64417 manat faiz borcunun, 400 manat mediasiya xərcinin, 385 manat və 19,72 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 1021 manatın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən artıq ödənilmiş 4550 manat pulun, ETGBə görə cavabdeh tərəfindən qaytarılmamış 18.000 ABŞ dolları, günün məzənnəsinə görə 30600 manatın, o cümlədən məhkəmə rüsumu üçün ödənilmiş 196 manat pulun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının iddia tələbi tamamilə əsassızdır. Onlar həddən artıq şişirdilmiş elektron qaimələr göndərərək Cavabdeh MMC-dən pul tələb edirlər. Belə ki, hal-hazırda aktiv olan elektron qaiməyə görə guya Cavabdeh MMC-nin İddiaçı MMC-yə 64000 manat pul verəcəyi vardır, halbuki ilkin iddiaçı əsas borc kimi 43505 manat pul tələb edirlər. Göründüyü kimi, ilkin iddiaçının öz iddia tələbindədə yeganə istinad etdiyi elektron qaimələrə əsasən kifayət qədər ziddiyətlər vardır. Bu kimi hallar onların öz mülahizəsinə əsasən elektron qaimə tərtib edib əsassız pul tələbi irəli sürməsinin sübutudur. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanan müqaviləyə əsasən Türkiyədən gələn yükləri ona məxsus anbardan götürüb Türkiyədə gömrükləmə edib və Elektron Ticarət Gömrük Bəyamnasəsini (ETGB) təqdim etməli idi və sonda müqaviləyə əsasən təhvil-təslim Aktına imza edilərək ölkəyə gələn mallar təhvil verilməli idi. Müqavilədə əks olunmasa da qəbul edilmiş qaydalara və şifahi razılaşmaya əsasən hər dəfə ETGB və təhvil təslim aktını istəsə də 180 dən çox uçuş həyata keçirilməsinə baxmayaraq, İddiaçı MMC təhvil təslim aktını və ETGB-ni təqdim edərək üzləşmə etməyiblər. Buna baxmayaraq cavabdehin şifahi tələbi və elektron qaimələrinə əsasən ödənişlər edilmişdir ki, yüklər anbarda qalıb vətəndaşların narazılığına səbəb olmasın. İddiaçı MMC-nin direktoru Aydın Qarayevin təqdim etdiyi qiymət cədvəlinə əsasən 250 USD ETGB və “Airwaybill” pulu hesablanmışdır. Burada özlərinin dediyi kimi 100 USD ETGB pulu nəzərə alınmışdır. Sonradan müəyyən olunmuşdur ki, başqa şirkət (ARİON) yükləri baqaj kimi Azərbaycana gətirmiş, burda gətirməyə aiddiyatı olmayan İddiaçı şirkəti ETGB lərin pulunu əsassız olaraq alaraq yalan məlumat verməklə pul tələb edib elektron, nəğd və karta köçürmə yolu ilə pul alaraq pulları mənimsəyiblər. ETGB-yə 100 Usd aldıqlarını vatsap danışıqlarında var və öz əməkdaşları təsdiq edib. Bundan başqa İddiaçı MMC qanuni xidmət göstərməsədə gələn yüklərə görə tələb etdikləri pula əsasən onlara aşağıdakı pul ödənişləri edilmişdir: Kapital Bank vasitəsi ilə 234061,08 manat Beynəlxalq Bank vasitəsi ilə 41735 manat İddiaçı MMC-nin rəhbəri Aydın Qarayev şəxsi hesab kartına 29055 Mühasibləri Sadiqə verilən nəğd 19000 manat, cəmi 323851,08 manat ödənilən pul mühasibləri Sadiq bəyə 4 dəfə ödədiyi nağd olaraq 19000 manat 2 dəfə Bakı şəhəri, 9-cu mikrorayonda, 2 dəfə Bakı şəhəri, Nərimanov rayonunda, Cavabdeh MMC ofisində verilmişdir. Aydın Qarayevdən dəfələrlə nağd aldığı pulun və kartına göndərilən pulun qaimələrin düzəldilməsini istəsədə heç vaxt bunu etməmişdir. Cavabdeh MMC-nin mühasibi İddiaçıin əməkdaşına dəfələrlə qaimələrin ləğv edilməsini istəsədə sonuncular etməmişlər. Hər uçuşda ETGB-yə təqdim olunan bütün müştəri məlmatlarını almaqlarına baxmayaraq ETGB tərtib etmədiklərinə görə hal hazırda onlar ƏDV (KDV) ala bilmirlər. Bununla bağlı hal-hazırda türk şirkəti olan “ARİON” şirkəti ilə danışıqlar aparılır. Gələcəkdə ƏDV (KDV)-ni Türkiyə Respublikasından ala bilməsə İddiaçı şirkətinin qanunsuz fəaliyyəti nəticəsində gələcəkdə əldən çıxmış fayda tələb ediləcəkdir. Araşdırdıqdan sonra müəyyən edilib ki, əslində İddiaçı heç bir yük gətirməyib. Bunların qanunla İATA sertifikatı olmadığına görə Türkiyədən nə yük göndərə bilər, nədəki ETGB yazdıra bilər, o səbəbdəndə müqavilədə qeyd edilən Təhvil Təslim aktını birdəfə də olsun tərtib etməyiblər. “ARİON” adında Logistika şirkəti xidmət göstərib və bütün yükləri həmin şirkət göndərib. İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Cavabdeh MMC-yə külli miqdarda maddi ziyan dəyib, həmçinin gələn yüklərin nüfuzlarından istifadə edərək gömrükdə blokda saxlanılması və ETGB-nin verilməməsi nəticəsində şirkətə maddi və mənəvi ziyan dəymişdir. Ümumilikdə “ARİON” şirkəti vasitəsi ilə müştərilərə göndərilmiş poçt daşımalarının məbləği 37943.882 türk lirəsi olmuşdur. Həmin yüklərə görə ödənilmiş vəsaitə görə təxminən ******* türk lirəsi ƏDV geri alınmalıdır. İddiaçı şirkəti yük gətirməyib, mütamadi əsassız olaraq onlara külli miqdarda borcun olduğunu bildirərək pul tələb ediblər. İddiaçıin qanunsuz fəaliyyəti nəticəsində 180 yük gətirməyə görə hər ucuş üçün 100 ABŞ dolları olmaqla 18000 ABŞ dolları ETGB-ə ödənilmiş vəsait Cavabdeh MMC-yə geri qaytarmadıqları üçün şirkətə maddi ziyan dəymişdir. Həmçinin cavabdeh İddiaçı “ARİON” şirkətinin adında yükü gətirsədə, İddiaçıə artıq 4550 manat nəğd və kartlarına ödəniş edilmişdir. Həmin ödənişlər geri qaytarılmalıdır və cavabdehin qanunsuz hərəkətləri nəticəsində geri ödənilməyən 18000 ABŞ dolları, yəni günün məzənnəsinə görə 30600 manat pul cavabdehdən alınaraq Cavabdeh MMC-yə ödənməlidir. Göründüyü kimi İddiaçıin vəzifəli şəxsləri, həmçinin nəğd və kart vasitəsi ilə qanunsuz fəaliyyət göstərərək ödəniş almaqla həmçinin vergidən yayınmışdır. Buna görə İddiaçı şirkətinin vəzifəli şəxslərinin vergidən yayınması, həmçinin nəğd və kart vasitəsi ilə ödənişlərin mənbəyinin araşdırılması əməllərindən cinayət tərkibi olması ehtimalı olduğundan barələrində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil2 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq suallara cavabında bildirmişdir ki, bütün partnyor şirkətlərin işgüzar işləmə adətləri var və hər bir göstərilmiş xidmət üçün qaimə deyildikdə müəyyən bir kreativ dövrlük götürülüb həmin xidmələrin və ya malların siyahısı toplam edilərək qaimə kəsilə bilər. Göstərilən xidmətin dəyərinə proporsional qaimələr vurulmuşdur. Məqsəd göstərilən xidmətin qaimədə əks olunmasıdır. Fakt odur ki, göstərilən xidmətin müqabilində kəsilən faktura cavabdehə göstərilmiş xidmətin proporsionallığına uyğun olsun. Əgər cavabdehi ümumi qaimə vurulması narahat edirdisə ilkin e-qaimə kəsilərkən bununla bağlı pretenziyasını iddiaçıya bildirməmişdir. İlkin qaimələrlə bağlı etirazın olmadığı üçün növbəti qaimələr də bunun əsasında işgüzar adət kimi bu qaydada kəsilmişdir. Cavabdehə hər hansı təhvil-təslim aktı tərtib edilib göndərilməsi barədə məlumatı yoxdur. Təhvil-təslim aktı tərəflərin mülahizəsinə uyğun olaraq tərtib olunur. Cavabdehə gətirdiyi mallara görə “Arion” şirkətinə ödədikləri ödənişlərlə bağlı hansı sübutu məhkəməyə təqdim etmək mühabisənin predmeti deyil. Bu sübutu təqdim etməklə bağlı tərəf olaraq hər hansı öhdəlik daşımırlar. Tərəflər arasında ƏDV ilə bağlı hər hansı razılaşma olmamışdır. Hər bir daşıma üzrə müqavilənin əlavəsində də qeyd edilib ki, “fiks” məbləğlər var, bu mütləq sənədləşmədə müəyyən olunur. Lakin konkret bunun baqaj, ixrac və ya digər EGTB növündə gətirib cavabdehə təqdim etməkləri ilə bağlı müqavilədə hər hansı müddəa yoxdur. Tərəflər arasında aparılmış hesablaşmalar barədə qısa məlumat təqdim etmək məqsədilə məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilən ümumi faktiki göstərilmiş xidmətin dəyəri olmuşdur 361 810.83 AZN, lakin, bu məbləğdən 584.43 AZN məbləğində endirim edilmişdir. Beləliklə, ümumi faktiki göstərilmiş xidmətin yekun (endirimdən sonrakı) dəyəri olmuşdur 361 226.40 AZN. Ümumi faktiki kəsilən qaimənin dəyəri 361 226.40 AZN-dir. 361 226.40 AZN-dən kəsilən qaimədən təsdiq edilən hissə 342 170.59 AZN, rədd edilən hissə 19055.81 AZN təşkil etmişdir. Bununla belə, Cavabdeh MMC tərəfindən ümumi ödənilən məbləğ 309 696.54 AZN təşkil etməklə həmin məbləğdən 275 796.54 AZN köçürmə yolu ilə, 33 900 AZN hissəsi isə nağd qaydada təşkil etmişdir. Beləliklə, yuxarıda qeyd edilən məbləğlərdən hesablama aparılarsa məlum olacaqdır ki, iddiaçının cavabdehə qarşı olan iddia tələbinin həcmi 51 529.86 AZN təşkil edir. Yəni 361 226.40 AZN-(275 796.54+33 900)= 361 226.40 -309 696.54= 51 529.86 AZN. Odur ki, 51 529.86 AZN əsas məbləğ; 64 417.15 AZN faiz məbləği. Sonda o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Qarayev ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq suallara cavabında bildirmişdir ki, onlar heç bir zaman qarşı tərəfin nağd ödənişləri ilə bağlı etiraz etməmişlər, sadəcə qeyd etmişlər ki, ödənilən nağd vəsait təkcə Cavabdeh MMC-yə aid olmayıb və onların hazırda e-sistemə əlavə etdiklər bütün kassa-məxaric orderləri 2 şirkətə məxsusdur, biri Cavabdeh MMC, digəri isə "xxxx" MMC-yə məxsusdur. Onlar hazırda həmin məbləğin onlara daxil olduğunu qəbul edirlər, sadəcə təyinatına görə 2 başqa şirkət tərəfindən daxil olmuşdur. Məhkəməyə təqdim edilən qəbzlər üzrə bütün ödənişlər Goex MMC tərəfindən onlara olan borc üzrə deyil, cavabdeh tərəfindən təqdim edilmiş 2 qəbz üzrə ödənişlər Nuray Firmasına olan borc üzrə ödənilmişdir və yazışmalarda da öz təsdiqini tapmışdır. Nuray Firmasınnı rəhbəri Aydın adlı şəxsdir. Eqaiməni birbaşa Nuray firmasının adına kəsməsə də, onların “whatsapp” qrup yazışmalarında da qarşı tərəf təsdiq edir ki, hansı məbləğ Nuray Firmasına görə silinmişdir. Nümayəndə1 tərəfindən 44650 manat kart və nağd ödəniş kimi qəbul edirlər. 14 yanvar 2023-cü ildə göndərilən malların həcmlə bağlı cavabdeh 860 kilo olduğunu, onlar isə 1090 kilo olduğunu qeyd etmişlər, çünki 1 kilo pambıqla 1 kilo dəmir həcmi eyni çəkidir, qarşı tərəf fiziki çəkini əsas götürür, “Airwaybill” həcmlə götürülür, lakin qarşı tərəf fiziki çəkini götürür. Onların aralarındakı narazılıq çəki ilə bağlıdır. Müqaviləyə 1 saylı qoşmanın 2-ci bəndinə əsasən icraçı sifariş olunmuş malları qəbul etməyi, hər yük üçün malı müşayiət edəcək qaimədə yükün burutto çəkisi, ölçüsü, həcmi göstərilməlidir. Hava daşınmasında həcm nəzərə alınır və onun spesifikliyi var. Elə əşyalar var ki, onlar sırf fiziki çəkiyə görə hesablanır. Cavabdehlə onların arasındakı qiymət fərqi bundan qaynaqlanır. Cavabdeh tərəfindən 12 e-qaimə üzrə heç bir ödəniş olunmamışdır. Qarşı tərəfin onlara son ödənişi 17 yanvar 2023-cü ildə olmuş, daha sonra əməkdaşlıqları dayanmışdır. Eqaimə kəsildiyi gündən 5 iş günü ərzində ödəniş olunması nəzərdə tutulsa da, onların işgüzar münasibətlərinə əsasən onlar cavabdehə vaxt vermişlər və 2 ay əvvəl göstərilmiş xidmətlərə görə cavabdeh 2 sonra ödənişlər edirdilər. Belə ki, onların vurduqları yeni qaimə göstərilmiş, lakin 2 ay ərzində ödənilməsi nəzərdə tutulan, ödənilməyən borc məbləğidir. Cavabdeh yanvar ayında sonuncu ödəniş etdikdə əslində sonuncu gətirdikləri mallara görə deyil, 2 ay qabaq göstərdikləri mallara görə ödəniş idi. İndiyə kimi kəsilən eqaimələr üzrə tərəflər arasında hər hansı mübahisə olmamış, gecikmə də olsa e-qaimə üzrə cavabdeh tam ödəyirdi. Sonda o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi, vəkil Nümayəndə2 ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddiada göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, onlar 131 uçuşa görə 323851 manat vəsaiti qarşı tərəfə ödəmişlər. Məhkəmə dövründə də ilkin iddiaçı öz mülahizəsinə uyğun əsassız olaraq 27000 manat dəyərində e-qaimə kəsmişdir. 6-7 ay sonra kəsilən qaiməni əvvəllər göstərdikləri xidmətin müqabilində onlar tərəfindən ödənilməmiş məbləğə görə əsaslandırırlar. Nağd ödənişlərin hansı qaimələr əsasında qəbul etdiklərini sübut edə bilmirlər, lakin nağd ödənişlərin olunmasını qəbul edirlər. Mübahisə yaranan dövrə kimi kəsilən e-qaimələr üzrə onlar tərəfdən ödənişlər olurdu, çünki iddiaçı mallarını girovda saxladıqları üçün onlar da təzyiq altında olaraq ödənişləri məcbur qalıb ödəmişlər. Bütün ödənişləri e-qaimələr üzrə etsələr də, lakin fiziki və həcmi çəki ilə bağlı fərqi hiss etdikləri üçün yazışmalarında bu barədə iddiaçıya fikirlərini çatdırmışlar. 19055.81 manatlıq qaimə üzrə mallar onlara təhvil verilib, sadəcə onlar bütün ödənişlərini, yanvar ayına kimi hansı xidmətlər göstərilibsə onların hər birinin ödənişini etmişlər. 131 dəfə uçuşu qəbul edirlər, bu işin mübahisəsiz halıdır. Onların aralarında olan qiymət fərqi çəki ilə bağlıdır, qarşılıqlı iddia fiziki çəkiyə görə artıq ödənilmiş məbləğə görədir. Sonda o, ilkin iddianın əsassız olduğunu, təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə1 ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddiada göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, onlar müqaviləni iddiaçı ilə əməkdaşlıq etdikdən 1 il sonra bağlamışlar. Müqavilədə göstərildiyi kimi təhvil-təslim aktı olmalıdır, təhvil-təslim aktlarında hər iki tərəfin razılığı əks olunmalıdır. Dəfələrlə olub ki, istər İddiaçı tərəfindən, istərsə də “Arion” tərəfindən onların malları gecikdirilib, 3000-5000 məbləğdə ziyanlar dəymişdir. Aydın müəllim, Cavidan müəllimin özləri ilə əlaqə saxladıqda da o, bildirmişdir ki, ona 8000 ziyan dəymişdir, bununla bağlı yazışmaları da vardır, problemin həll ediləcəyini deyiblər, lakin həll olunmamışdır. Onlara kəsilən 40 e-qaimənin 16-nı özləri qəbul edib təsdiqləmiş, 24-ü sistem tərəfindən təsdiqlənmişdir. Ondan nağd şəkildə ödənişləri alırdılar, lakin təsdiq etməmişlər. Ona dəfələrlə deyiblər ki, bunun heç bir problemi yoxdur. Tərtib edilmiş eqaimələrin heç biri Vergilər Məcəlləsinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, eqaimələrdə nə çəki, nə say, nə ölçü qeyd edilməmişdir. Həmçinin 5 gün ərzində tərtib olunmalı qaimə 6 ay sonra tərtib edilib onlara göndərilmişdir. İddiaçı ilə onların əməkdaşlıqları 2021-ci ilin sentyabr-oktyabr aylarından başlamışdır. 2022-ci ilin mart ayına kimi heç bir problem olmamış, onun iddiaçıya yekun olaraq 11000 borcu qalmışdır. Mart ayında görüşdükdə 7600 ödəmiş və iddiaçıya bildirmişdir ki, sabah da yerdə qalan digər məbləği ödəyəcək. Lakin səhərisi gün qarşı tərəf ona 27000 məbləğdə qaimə kəsmiş və ona bildirdilər ki, 6 ay bundan qabaqkı borcla bağlı kəsilən qaimədir. Daha sonra onun yüklərini Türkiyədən götürüb bura gətirdilər və blokda saxladılar. Elə olub ki, 1 həftəyə kimi malı burda olub və o, da buna görə müştəri itirərək ziyana düşmüşdür. Onu bir növ məcbur edirdilər ki, mütləq onlarla işləsin. 70% vurulan qaimələrdə “Airwaybill” nömrəsi yoxdur. İddiaçı tərəf saxtakarlığa əl atmışdır. Ona çatdırılan malların hamısının pulunu tam ödəmişdir, borcu yoxdur. Tələb etdiyi e-ticarət gömrük bəyənnamələri üzrə məbləğlə bağlı aralarında hər hansı razılaşma olmamışdır. Gömrük xərcləri və gömrük bəyənnamələri arasında qiymət fərqi vardır. Əgər nağd şəkildə ödədiyi məbləğləri e-qaimə üzrə ödəsəydi bugunki gündə iddiaçı tərəf ona qarşı iddia qaldıra bilməzdi. Sistem tərəfindən təsdiqlənmiş 24 e-qaimə üzrə ödəniş etdikləri qaimələr vardır. Mallar verilərkən müqavilə üzrə təhvil-təslim aktı olmalı idi. Lakin onların indiyə kimi hər hansı təhvil-təslim aktı olmamışdır. Təhvil-təslim aktı olmadığı üçün o, öz mallarını da iddiaçı tərəfədən tələb edə bilmirdi, ziyana düşürdü. O, dəfələrlə iddiaçı tərəfə bildirmişdir ki, təhvil-təslim aktı olsun, nağd ödədiyi məbləğlər üzrə e-qaiməni təsdiq etsinlər və EGBT-ləri ona versinlər, lakin vermədilər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh MMC “sifarişçi”, İddiaçı MMC “icraçı” olmaqla imzalanmış 25 iyun 2021ci il tarixli YL/2021/22 saylı göndəriş müqaviləsinə əsasən icraçı bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə “sifarişçi”nin tapşırıqları əsasında sifarişçi üçün müvafiq göndəriş xidmətlərini yerinə yetirir, “sifarişçi” isə bunun müqabilində “icraçı”ya xidmət haqqı ödəyir. 4.2-ci bəndə əsasən sifarişçi yükün göndərişi üçün tərtib edilmiş, imzalanmış qaimədə və gömrük rəsmiləşdirməsi, işlənmə və s. üçün tələb olunan xəcri icraçıya və digər əlaqəli qurumlara ödəməyi öhdəsinə götürür. 4.3-cü bəndə əsasən “sifarişçi” göstərilmiş xidmətlərin dəyərini müvafiq qaimə, təhvil-təslim aktı imzaladıqdan və ya qaimə göndərildikdən sonra 5 (beş) bank günü ərzində köçürmə yolu ilə “icraçı”nın bank hesabına ödəyəcək. 25 iyun 2021-ci il tarixli YL/2021/22 saylı göndəriş müqaviləsinə 1 saylı əlavədə hər bir göndəriş üzrə daşınma tarifi, Türkiyə gömrük xərcləri, Türkiyə deposunda malların çeşidlənməsi və sifarişçinin sisteminə girilməsi xidmətləri ilə bağlı ödəniş tərəflər arasında razılaşdırılmışdır. EBBJ seriyalı 380856 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 804,44 manat, EBBK seriyalı 048498 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 2326,62 manat, EBBK seriyalı 803069 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4205,46 manat, EBBL seriyalı 389527 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 3415,13 manat, EBBM seriyalı 169906 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 3640,38 manat, EBBM seriyalı 497023 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 3714,50 manat, EBBN seriyalı 289067 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 7056,87 manat, EBBO seriyalı 457924 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 13462,98 manat, EBBP seriyalı 072003 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10421,86 manat, EBBP seriyalı 707689 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9590,47 manat, EBBQ seriyalı 076391 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4796,64 manat, EBBQ seriyalı 939229 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9827,53 manat, EBBR seriyalı 207988 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5253,86 manat, EBBS seriyalı 053964 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 11137,22 manat, EBBT seriyalı 791671 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 27106,51 manat, EBBW seriyalı 661966 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 22054,10 manat, EBBX seriyalı 623917 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 10107,35 manat, EBBY seriyalı 263637 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 10132,77 manat, EBBY seriyalı 415441 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3108,03 manat, EBBZ seriyalı 099673 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9793,70 manat, EBBC seriyalı 261804 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7858 manat, EBCC seriyalı 261782 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6597,70 manat, EBCC seriyalı 261858 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6711,01 manat, EBCC seriyalı 261872 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5238,81 manat, EBCD seriyalı 009041 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4332,79 manat, EBCD seriyalı 010772 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7837,18 manat, EBCD seriyalı 117098 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2850,82 manat, EBCD seriyalı 742827 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6858,31 manat, EBCE seriyalı 015668 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6718,92 manat, EBCG seriyalı 190225 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9563,02 manat, EBCG seriyalı 849123 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9666,04 manat, EBCH seriyalı 393162 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7287,40 manat, EBCİ seriyalı 112766 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3844,72 manat, EBCİ seriyalı 113515 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6628,22 manat, EBCİ seriyalı 356868 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1826,99 manat, EBCJ seriyalı 511102 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 11799,20 manat, EBCJ seriyalı 946297 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7230,87 manat, EBCJ seriyalı 069799 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 11239,90 manat, EBCK seriyalı 473275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3383,17 manat, EBCK seriyalı 474014 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6443,94 manat, EBCK seriyalı 945881 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8174,63 manat, EBCL seriyalı 402856 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6001,43 manat, EBCL seriyalı 875792 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7036,73 manat, EBCM seriyalı 501611 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2260,58 manat, EBCM seriyalı 592128 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6423,71 manat, EBCN seriyalı 002009 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6400,08 manat, EBDH seriyalı 555167 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 19055,81 manat 25 iyun 2021-ci YL/2021/22 saylı müqaviləyə əsasən ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş, xx.xx.2023-cü il tarixli elektron qaimə Cavabdeh MMC tərəfindən təqdislənməmiş, gari qaytarılmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 850 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 1500 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 2500 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 1350 manat xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 800 manat xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 3000 manat xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 2100 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli elektron qəbzə əsasən 1700 manat 523915******8006 nömrəli bank kartı hesabından 409858******9060 nömrəli bank hesabı kartına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2500 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2000 manat “X2”na məxsus bank kartı hesabına köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş “+994 51 363 86 77” mobil telefon nömrəsi və “Cavidan Bey” olaraq qeyd edilmiş şəxslərlə SMS yazışamlarının məzmununda ödənişlərin nağd və ya kart vasitəsilə həyata keçirilməsi və s. məsələlər müzakirə edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında uçuşlara görə ödənilməli məbləğ: 169.761 ABŞ dolları (288593 manat) Toplam: 131 (bir yüz otuz bir) uçuş. Toplam: 105225 kq (bir yüz beş ton iki yüz iyirmi beş) kq. Toplam Ödənilmiş məbləğ: 323851,54 manat (üç yüz iyirmi üç min səkkiz əlli bir manat əlli dört qəpik), Kapital Bank: 234 061.08 manat (iki yüz otuz dört min 61 manat səkkiz qəpik), Beynəlxalq Bank: 41735,46 manat (qırx bir min yeddi yüz otuz beş manat qırx altı qəpik) Nağd: 19000 manat (on doqquz min manat), Aydın Qarayevin kartına: 29055 manat (iyirmi doqquz min əlli beş) qeyd edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında ümumilikdə 275795,54 manat elektron qaimələr üzrə ödənişlərin olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli mediasiya arayışından görünür ki, hər iki tərəf mediasiyada iştirak etmiş, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilinməmiş, 400 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəyə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 3981 və 398.2-ci maddələrinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 404.1-ci madddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında yüklərin daşınması müqaviləsi imzalanmışdır. İddiaçı daşıyıcı olaraq cavabdehin sifarişləri əsasında 131 dəfə uçuş əsasında müvafiq yükləri daşımış, cavabdeh isə yük alan olaraq həmin yükləri almışdır. İşin mübahisəsiz halları bunlardan ibarətdir ki, ümumilikdə 131 dəfə ucuş üzrə yüklər daşınmış, bütün sifariş verilmiş yüklər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən ümumilikdə 323851,54 manat məbləğində pul ödənilmiş, həmin məbləğdən 275796,54 manatı hesabdan hesaba köçürmə yolu ilə, 29055 manatı iddiaçının nümayəndəsi A.Qarayevin şəxsi bank kartına, 19000 manatı isə nağd şəkildə ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə ilkin iddia tələbində qeyd edilən 51529,86 manat borcun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilməsi üçün cavabdehə ümumilikdə 131 dəfə uçuş üzrə yük daşınmasına görə 361226,40 manat məbləğində elektron qaimə göndərilmişdir. Həmin elektron qaimələrdən EBDH seriyalı, 555167 nömrəli, xx.xx.2023-cü il tarixli 19055,81 manat məbləğində elektron qaimə cavabdeh tərəfindən təsdiq edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, cavabdeh həmin elektron qaiməni təsdiq etməsə belə qeyd edilən qaimə üzrə məbləğ cavabdehə borc məbləği kimi hesablanmalıdır. Çünki məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi həmin qaimə üzrə malların onlara təhvil verildiyini qəbul etmiş, yalnız elektron qaiməni təsdiq etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında tədqiq edilən elektron qəbzlərlə təsdiq edildi ki, cavabdeh tərəfindən 29055 manat qarşı tərəfin bank hesab kartına köçürülmüşdür. Bundan başqa iddiaçı nağd qaydada ona 19000 manat ödənilməsini də mübahisələndirməmiş, lakin həmin vəsaitin 10750 manatı cavabdeh tərəfindən "xxxx" MMC əvəzinə ödənildiyini bildirmişdir. Məhkəmə, bu barədə heç bir sübut olmadığı və cavabdeh bunu qəbul etmədiyi üçün həmin hissədə iddiaçının əsaslandırması ilə razılaşmır və hesab edir ki, ödənilmiş 19000 manat müqavilə üzrə edilmiş ödəniş kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilən halları yəni, həyata keçirilmiş 131 uçuş üzrə yük daşınmasına görə bu günədək olan ödənilmiş məbləğləri, müqavilənin icrasının tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməli olduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli və 37374,86 manat (361226,40-29055-19000-275796,54=37374,86) məbləğində əsas borc ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 64417 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış yük göndərmə müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1869 manat müəyyən olunmalıdır. Bundan başqa cavabdeh qarşılıqlı iddia ərziəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-dən artıq ödənilmiş 4550 (dörd min beş yüz əlli) manat pul, ETGB-ə görə cavabdeh tərəfindən qaytarılmamış 18.000 ABŞ dolları, günün məzənnəsinə görə 30600 (otuz min altı yüz) manatın tutulmasını da tələb etmişdir. Cavabdeh artıq ödənilmiş məbləğin geri qaytarılmasını və ilkin iddiaya etirazını onunla əsaslandırmışdır ki, qarşı tərəf hesablamanı fiziki çəki ilə yox, həcm çəkisi ilə aparmış, ödənişlər də müştərilər narazı olmasın deyə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında müqavilənin imzalanmasından uzun müddət keçmiş və tərəflər arasında kifayət qədər müqavilə münasibətləri oturuşmuş, işgüzar adətlər, praktika yaranmışdır. İşin faktiki halları onu deməyə əsas verir ki, daşınma xidmətləri ilə bağlı yüklərin çəkisinin hesablanma qaydasında tərəflər arasında işgüzar adətlər, praktika artıq bu cür, yəni iddiaçının təqdim etdiyi elektron qaimələr üzrə formalaşmışdır. Bu baxımdan məhkəmə, müqavilənin çəki ilə bağlı şərtlərini təfsir edərkən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin müqavilədən sonrakı hərəkətlərini nəzərə alaraq hesab edir ki, həmin hissədə cavabdehin tələbi və ilkin iddiaya etirazı haqlı deyildir. Bundan başqa qarşılıqlı iddia ərizəsində 18000 ABŞ dolları ETGB (elektron ticarət gömrük bəyannaməsi) ilə bağlı vəsaitin qarşı tərəfdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə bununla bağlı hansısa razılıq olmamış, eyni zamanda müqavilə münasibətlərinin olduğu dövrdə də hansısa ödəniş tələbi olmamış, başqa əlavə sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işdə qarşılıqlı iddiaya tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ETGB-lərə görə 18000 ABŞ dolları artıq ödəniş olunduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, qarşılıqlı iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə ilkin iddia tələbinin qismən təmin edildiyini, mediasiya prosesində hər iki tərəfin itirak etdiklərini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən ilkin iddia üzrə ödənilmiş mediasiya xərcinin 200 manat hissəsinin və dövlət rüsumunun 8 manatının əvəzi alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Hüquqi yardıma görə vəkilə ödənilmiş 1021 manat haqqın tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 37374 (otuz yeddi min üç yüz yetmiş dörd) manat 86 (səksən altı) qəpik əsas borc, 1869 (bir min səkkiz yüz altmış doqquz) manat cərimə məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMC-dən ilkin iddia üzrə ödənilmiş mediasiya xərcinin 200 (iki yüz) manatının və ödənilmiş dövlət rüsumunun 8 (səkkiz) manatının əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-110/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-110/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver