Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1105/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “X1” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmaqla 712,90 manat (yeddi yüz on iki manat doxsan qəpik) məbləğində pulun və 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1” MMC arasında 12 iyul 2019-cu il tarixli, 2019/055 saylı Mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı – “X1” MMC malları sifariş edir, satıcı – İddiaçı MMC həmin malları təqdim edir, alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq malları (xidmətləri) təqdim etsə də, “X1” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında tərəflər arasında tərtib edilmiş 619443, 781928, 516355, 052520, 052308, 094034, 702967, 702553, 836753, 923127, 568339, 371206, 336837, 109941, 335792, 784636, 785046, 792687 nömrəli elektron qaimələrlə təsdiq edilir. Lakin bundan sonra iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu dəfə 25 iyul 2022-ci il tarixində 3 gün müddətində 4680,99 manat borc məbləğini tələb etmək barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bugünədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmişdir, lakin 29 avqust 2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakdan imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə 29 sentyabr 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” MŞB/5-03226 saylı arayış tərtib edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “X1” MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində “X1” MMC arasında 12 iyul 2019-cu il tarixli, 2019/055 saylı Mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, alıcı malları sifariş edir. Satıcı isə həmin malları təqdim edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların dəyərinin ödənilməsini öz öhdəsinə götürür. - xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 077596 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 934,80 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAY seriyalı, 357048 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 264,21 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 335792 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 165,32 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 336837 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 262,53 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 109941 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28,32 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 619443 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 240,74 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 781928 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 262,43 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 784636 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1078,64 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 785046 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7,79 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 792687 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 240,47 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 516355 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 123 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 052308 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 330 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 052520 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 220 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 094034 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 165,60 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 702553 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 120 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 702967 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 241,43 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 836753 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 127,44 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 923127 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31,50 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 568339 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 775,97 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 371206 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 259,81 manat (ƏDV daxil) təşkil edir. - İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına “X1” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 792,20 manat, xx.xx.2019-cu il tarixdə 223,91 manat pul vəsaiti köçürülmüşdür. - İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, “X1” MMC (VÖEN: **********) tərəfindən xx.xx.2019-cu il tarixdə 142,60 manat, xx.xx.2019-cu il tarixdə 40,30 manat ƏDV ödənişi həyata keçirilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, “X1” MMC-nin "xxxx" MMC-yə qalıq borcu xx.xx.2022-ci tarixinə əsas borcu 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) (ƏDV daxil) və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 712,90 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X1” MMC ilə İddiaçı MMC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 2019/055 saylı Mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən “X1” MMC İddiaçı MMC-dən ümumilikdə 5880 manat (ƏDV daxil) məbləğində mal alışı etmiş və 1199,01 manat (ƏDV daxil) məbləğində pul vəsaiti ödəmişdir. 4680,99 manat (ƏDV daxil) qalıq borc hələ də İddiaçı hesabına ödənilməmişdir. Beləliklə, “X1” MMC-nin "xxxx" MMC-yə qalıq borcu xx.xx.2023-cü tarixinə 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) (ƏDV daxil) təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş OD4 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 5 saylı Mediasiya Təşkilatının AZ97UBAZ**********0090AZN001 nömrəli hesabına 60 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən “X1” MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə “X1” MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdehdən 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 712,90 manat (yeddi yüz on iki manat doxsan qəpik) məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə (üç ildən artıq) illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 712,90 manat (yeddi yüz on iki manat doxsan qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4680,99 manat (dörd min altı yüz səksən manat doxsan doqquz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 712,90 manat (yeddi yüz on iki manat doxsan qəpik) və 60 (atlmış) manat mediasiya xərci olmaqla, cəmi 5453,89 manat (beş min dörd yüz əlli üç manat səksən doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1105/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1105/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver