Məhkəmə qərarları › İş №e-2-2(113)-1105/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1105/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1105/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh-nin Azərbaycan Respublikasındakı Nümanyəndəliyinə qarşı “pul” tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 2022-ci il tarixli, AS№22/160 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə 779.879,54 AZN məbləğində vəsaitin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 38993,98 manat cərimə, 500 AZN məbləğində hüquqi yardıma görə haqq və 208,48 AZN məbləğində iddia rüsumu olmaqla, ümumilikdə 39702,5 AZN məbləğində vəsaitin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:40-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işin hazırlıq icraatından geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh-nin Azərbaycan Respublikasındakı Nümanyəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 208,48 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar