Məhkəmə qərarları › İş №e-2-2(113)-1110/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1110/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1110/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 4XTYİCEC/21 saylı “X3 müqaviləsi”-nə əsasən 21085.08 manat əsas borcun, 7696 manat cərimə borcunun, 200.00 manat mediasiya xərclərinin, 160 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 29141.08 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 4XTYİCEC/21 saylı “X3 müqaviləsi”-nə əsasən 21085.08 manat əsas borcun, 7696 manat cərimə borcunun, 200.00 manat mediasiya xərclərinin, 160 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 29141.08 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli 26/23 saylı barışıq sazişi bağladıqlarını bildirmişlər. X7 məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 26/23 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən bundan sonra “İddiaçı” adlanacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş və fəaliyyət göstərən, Azərbaycan Respublikasının hüquqi şəxsi, dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan, nizamnaməyə əsasən hərəkət edən, cəmiyyətin öz nizamnaməsi əsasında fəaliyyət göstərən, direktoru X5 şəxsində, "X6" ASC və digər tərəfdən bundan sonra “Cavabdeh” adlanacaq (birlikdə “Tərəflər” adlanacaq), Azərbaycan Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş və fəaliyyət göstərən, Azərbaycan Respublikasının hüquqi şəxsi, dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan, nizamnaməyə əsasən hərəkət edən, cəmiyyətin öz nizamnaməsi əsasında fəaliyyət göstərən, direktoru X1 şəxsində, "4 №-li X2" MMC arasında 29 iyul 2021-ci il tarixli, 346-4XTYİ-CEC/21 saylı X3 Müqaviləsi (bundan sonra - Müqavilə) əsasında yaranmış mübahisəyə dair Tərəflər arasında bağlanmış: BARİŞİQ SAZİŞİ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci, Mülki-Prosessual Məcəlləsinin 52-ci, 191.2-ci və 370-ci maddələrini rəhbər tutaraq, İddiaçı və Cavabdeh aşağıdakı əsaslarla razılığa gələrək bu barışıq sazişini imzaladılar:

1. İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinə əsasən cavabdehin İddiaçı qarşısında 21085.08 (iyirmi bir min səksən beş, 08) manat əsas borcu, 7696 (yeddi min altı yüz doxsan altı) manat cərimə borcu, 200.00 (iki yüz) manat mediasiya xərci, 160 (yüz altmış) manat göstərilən hüquqi yardıma görə xərclə bağlı Öhdəliyi yaranmışdır. Cavabdeh İddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 346-4XTYİ- CEC/21 saylı X3 Müqaviləsi üzrə yaranmış 21085.08 (iyirmi bir min səksən beş, 08) manat əsas borcu, 200.00 (iki yüz) manat mediasiya xərcini, 160 (yüz altmış) manat göstərilən hüquqi yardıma görə xərcini cəmi 21445.08 (iyirmi bir min dörd yüz qırx beş 08) manat borcu qəbul edir.

3. Cavabdeh bu borcdan xx.xx.2023-ci il tarixində 5003.20 (beş min üç, 20) manat ümumi borcdan ödəniş etmiş, qalıq 16441.88 (on altı min dörd yüz qırx bir, 88) manat borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: 4. № Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc 1 xx.xx.2023 5000 11441.88 2 xx.xx.2023 5000 6441.88 3 xx.xx.2023 6441.88 0

5. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə xx.xx.2023-cü il tarixinə qədər 16441.88 (on altı min dörd yüz qırx bir, 88) manat məbləği ödəməyi öz öhdəsinə götürür.

6. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası 10 may 2023-cü il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının əlavə olaraq iddia ərizəsində qeyd olunan 7696 (yeddi min altı yüz doxsan altı) manat dəbbə pulunu tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

7. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.

8. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və Tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

9. X7 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

10. X10 Cavabdehin İddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. X8 bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar