Məhkəmə qərarları › İş №e-2-2(113)-1115/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1115/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1115/2020 13.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Cavabdeh2 ASCyə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı qərarın təqdim edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kreditin ayrılması (və ayrılmaması) üçün nəzərədə tutulmuş Cavabdeh2 ASC-nin Komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.4-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia 3 (Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) cavabdehlərə qarşı olsa da, tələb yalnız 1 (Cavabdeh2 ASC) cavabdehə (tələb olunan sənəd bankın komitə qərarıdır) qarşı yönəldilməklə MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət edilməmiş, həmçinin iddia ərizəsinin cavabdehlər tərəfindən alınması ilə bağlı sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Cavabdeh2 ASCyə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı qərarın təqdim edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət edildikdə və cavabdehlər tərəfindən iddia ərizəsinin alınması barədə sənəd əldə edildikdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar