Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1119/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019cu il tarixində bağlanmış O000473939 saylı alqı-satqı müqaviləsi üzrə 12000 manat məbləğində əsas borcun, 6553,3 manat cərimə məbləğinin, cəmi 18553 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq X3 ilə 11500 manat əsas borc məbləğinin hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1. Cavabdeh 11500 (manat məbləğində əsas borcu xx.xx.2021-ci il tarixinədək aşağıdakı qaydada İddiaçıya ödəyir: xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; 1.2. X4 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.3. Cavabdeh tərəfindən ödəniş X4 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən (müvafiq tarixədək müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə İddiaçı ona ödənilməmiş əsas borcun və 1000 manat cərimə məbləğinin ödənilməsi məqsədilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.4. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq X3 ilə 11500 manat əsas borc məbləğinin hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1. Cavabdeh 11500 (manat məbləğində əsas borcu xx.xx.2021-ci il tarixinədək aşağıdakı qaydada İddiaçıya ödəyir: xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; xx.xx.2021-ci il tarixinədək- 1437,50 manat; 1.2. X4 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.3. Cavabdeh tərəfindən ödəniş X4 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən (müvafiq tarixədək müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə İddiaçı ona ödənilməmiş əsas borcun və 1000 manat cərimə məbləğinin ödənilməsi məqsədilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.4. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1119/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1119/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver