Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1120/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh X2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51.528,62 (əlli bir min beş yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə və barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, onlar arasında bağlanmış 20 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən X1 “xxxx” ATSC-yə yaranmış 43,449(qırx üç min dörd yüz qırx doqquz) manat borcun X4 tərəfindən “xxxx” ATSC-yə 43,449 (qırx üç min dörd yüz qırx doqquz) manatını hər ay 1000(bir min) manatdan az olmamaqla 22.oktyabr.2022ci il tarixədək ödənilməsi təmin ediləcəkdir. 1.2. X4 öhdəsinə götürür ki, xx.xx.2021-ci ildən başlayaraq hər ay 1000 (bir min) manatdan az olmamaqla 22.oktyabr.2022-ci il tarixinədək sazişin 1.1.-ci bəndində müəyyənləşdirilən məbləğin ödənilməsini tam təmin edir. 1.3. X4 2 (iki) ay ardıcıl olaraq bu sazişlə hər ay üçün ödənilməli olan pul vəsaitini ödəmədikdə “xxxx” ATSC-nin bu sazişlə müəyyənləşdirilən pul vəsaitini bir dəfəyə tələb etmək hüququ yaranır. 1.4. Bu sazişin imzalanması ilə əlaqədar “xxxx” ATSC iddia tələbindən imtina etməsinə dair məhkəməyə ərizə verir, tərəflərin ayrı ayrılıqda məhkəməyə təqdim etdikləri müraciətləri əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da “xxxx” ATSC X2 qarşı iddia tələbinə dair işə xitam verilir. 1.5. Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır. 2.1. Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 3.1. Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, onlar arasında bağlanmış 20 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən X1 “xxxx” ATSC-yə yaranmış 43,449(qırx üç min dörd yüz qırx doqquz) manat borcun X4 tərəfindən “xxxx” ATSC-yə 43,449 (qırx üç min dörd yüz qırx doqquz) manatını hər ay 1000(bir min) manatdan az olmamaqla 22.oktyabr.2022ci il tarixədək ödənilməsi təmin ediləcəkdir. 1.2. X4 öhdəsinə götürür ki, xx.xx.2021-ci ildən başlayaraq hər ay 1000 (bir min) manatdan az olmamaqla 22.oktyabr.2022-ci il tarixinədək sazişin 1.1.-ci bəndində müəyyənləşdirilən məbləğin ödənilməsini tam təmin edir. 1.3. X4 2 (iki) ay ardıcıl olaraq bu sazişlə hər ay üçün ödənilməli olan pul vəsaitini ödəmədikdə “xxxx” ATSC-nin bu sazişlə müəyyənləşdirilən pul vəsaitini bir dəfəyə tələb etmək hüququ yaranır. 1.4. Bu sazişin imzalanması ilə əlaqədar “xxxx” ATSC iddia tələbindən imtina etməsinə dair məhkəməyə ərizə verir, tərəflərin ayrı ayrılıqda məhkəməyə təqdim etdikləri müraciətləri əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da “xxxx” ATSC X2 qarşı iddia tələbinə dair işə xitam verilir. 1.5. Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.
2. Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
3. Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva