Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1120/2025 06.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmdəzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “borc” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə aldığı mallar üçün olan borcu 13.317,10 manat(on üçü min üç yüz on yeddi manat 10 qəp), ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 2.686,01 manat (iki min altı yüz səksən altı manat 1 qəp) və məhkəmə xərcləri üçün ödədiyimiz 126,00 manat (bir yüz iyirmi altı manat 0 qəp.) cəmi 16.129,11 manat (on altı min yüz iyirmi doqquz manat 11 qəp) borcunu ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin iştirakları olmadan təsdiq olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı ilə aralarında olan mübahisədə Məhkəmə prosesindən kənarda barışıq sazişinin bağlandığını bildirmiş və barışıq sazişinin təsqiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Nəzərə alaraq ki: (A) Cavabdeh və İddiaçı arasında bağlanmış 11 yanvar 2021-ci i! tarixli 21-0002 saylı Alqı-satqı müqaviləsi üzrə Cavabdehin İddiaçıya 13.317,10 azn (On üç min üç yüz on yeddi manat 10 qəp) manat (ƏDV daxil) məbləğində borcu yaranmışdır; (B) İddiaçı Bakı Kommersiya Məhkəməsinə (“Məhkəmə”) müraciət edərək Cavabdehdən aşağıdakıları tələb edib: (C) 13.317,10 azn (on üç min üç yüz on yeddi manat 10 qəp) manat (ƏDV daxil) əsas borc ("Əsas Borc”); (D) 2.686,01 azn (iki min altı yüz səksən altı manat 1 qəp) cərimə (“Cərimə”) (E) 126,00 azn (bir yüz iyirmi altı manat 0 qəp.) məhkəmə xərcləri (“Xərclər”) (F) Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixdə İddi Ərizəsini qəbul etmiş e- 2-2(113)-8902/2024 saylı işə Bakı Kommersiya Məhkəməsinin hakimi xanım Günay Namazovanın icraatında baxılır. Tərəflər bununla aşağıdakılara razılaşırlar:
1. Cavabdeh İddiaçıya “Əsas Borcu”-nu xx.xx.2024 tarixdə 3000 manat, xx.xx.2025 tarixdə 3500 manat, xx.xx.2025 tarixdə 3408 manat və xx.xx.2025 tarixdə 3409.10 manat olmaqla hissə-hissə ödəmək öhdəliyini öz üzərlərinə götürür.
2. Tərəflər barışıq sazişini təsdiqlədikdən və ilk ödəmə edildikdən sonra, İddiaçı müraciət edərək məhkəmə prosesini dayandırmaq öhdəliyini öz üzərlərinə götürür.
3. Barışıq Sazişinin 1-ci maddəsində nəzərdə tutulan öhdəliklər Cavabdeh tərəfindən yerinə yetirilməsə İddia Ərizəsində qeyd edilən dəbbə məbləği qüvvəyə minəcəkdir.
4. Hər bir Tərəf bu Barışıq Sazişini vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür.
5. X2 28 Noyabr 2024-cü il tarixdən qüvvəyə minir.
6. X1 icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur.
7. X2 2 (iki) əsl nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri Barışıq Sazişinin 1 (bir) əsl nüsxəsini əldə etmişlər.
8. Tərəflər X1 şərtlərini onu imzalamaqla təsdiq etdilər.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova