Məhkəmə qərarları › İş №e-2-2(113)-1127/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1127/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1127/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı mallar üçün olan borcu 14151,46 manat (on dörd min yüz əlli bir manat qırx altı qəpik), ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 2370,19 manat (ikimin üç yüz yetmiş manat on doqquz qəpik) və məhkəmə xərcləri üçün ödənilən 130 manat (yüz otuz) olmaqla, cəmi 16651,65 manat (on altı min altı yüz əlli bir manat altmış beş qəpik) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 6 may 2024-cü il tarixli, 24-060 saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2024 tarixli, MT2405 seriyalı, 10310448 saylı, xx.xx.2024 tarixli, MT2405 seriyalı, 10595634 saylı, xx.xx.2024 tarixli, MT2406 seriyalı, 10319771 saylı və xx.xx.2024 tarixli, MT2406 seriyalı, 11338285 saylı e-qaimələr üzrə cəmi 31851,46 manat (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmış, onlardan 17700 manat (ƏDV daxil) ödəniş edilmiş, 14151,46 manat borc məbləği indiyədək ödənilməmişdir. Müqavilənin 5-ci maddəsi və X1na əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 10 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq, yaranmış 14151,46 manat borc məbləği ödənilməmişdir. Eyni zamanda müqavilənin 8.4cü maddəsinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i məbləğində (lakin malların dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlə heç bir barışıq əldə olunmadığını, heç bir ödəniş edilmədiyini və telefonlara cavab verilmədiyini bildirmiş, Cavabdeh MMC-dən 16651,65 manat (on altı min altı yüz əlli bir manat altmış beş qəpik) məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

5. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 06 may 2024-cü il tarixli, 24-060 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ, 3.4-cü bəndinə əsasən alıcının malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən müddətdə və qaydada ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən malların hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən müddətdə və şərtlərlə alıcı tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında cərimə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 24-060 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 20232,83 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% edilməlidir.

7. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 20232,83 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 24-060 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 2128,25 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% edilməlidir.

9. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 2128,25 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 24-060 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 7513,65 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% edilməlidir.

11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 7513,65 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 24-060 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 1976,74 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% edilməlidir.

13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 1976,74 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “X2” adlı sənədin məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 24- 060 saylı müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə MT2405 seriyalı, 10310448 nömrəli qaimə üzrə 17146,46 manat əsas, 3086,36 manat ƏDV, MT2405 seriyalı, 10595634 nömrəli qaimə üzrə 1803,6 manat əsas, 324,65 manat ƏDV, MT2406 seriyalı, 10319771 nömrəli qaimə üzrə 6367,5 manat əsas,1146,15 manat ƏDV, MT2406 seriyalı, 11338285 nömrəli qaimə üzrə 1675,2 manat əsas, 301,54 manat ƏDV məbləği olmaqla, ümumilikdə 26992,76 manat əsas borcdan 15000 manat, 4858,70 manat ƏDV borcundan 2700 manat ödənilmiş, ümumilikdə 14151,46 manat qalıq borcu qalmışdır.

15. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10310448 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20232,8275 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, **********8 nömrəli hesab-faktura göstərilmişdir.

16. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10595634 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2128,248 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, **********6 nömrəli hesab-faktura göstərilmişdir.

17. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10319771 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7513,65 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, **********2 nömrəli hesab-faktura göstərilmişdir.

18. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11338285 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1976,736 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, **********2 nömrəli hesab-faktura göstərilmişdir.

19. İddiaçı MMC tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cərimə hesablanması cədvəlində Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 24-060 saylı alqısatqı müqaviləsi üzrə 14151,46 manat cərimə borcunun olduğu qeyd olur.

20. İş materiallarına hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2024-cü il tarixdə 15000 manat (təyinat 10.05.24 tarixli, MT2405 seriyalı, 10310448 saylı elektron qaimə üzrə qismən ödəniş) ödəniş edilmişdir.

21. ƏDV sub-uçot hesabından çıxarışından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 2700 manat ƏDV məbləği ödənilmişdir.

22. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

25. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr, ödəniş sənədləri) öz təsdiqini tapır. X1 və təhvil-təslim aktları üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 31851,47 manat olan mal təhvil verilmişdir. Həmin təhvil-təslim aktlarına uyğun olaraq Cavabdeh MMC-yə göndərilmiş elektronqaimələr üzrə ümumi məbləğ də 31851,47 manat təşkil edir.

26. İddia tələbinin bir hissəsini cavabdehdən 14151,46 manat məbləğində əsas borcun tutulması təşkil edir.

27. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 may 2024-cü il tarixli, 24-060 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Tərəflər arasında razılaşdırılmış qiymətlərin razılaşdırılması protokollarının 2-ci bəndinə əsasən Protokolun 2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% edilməlidir. İş materiallarından məlum olduğu kimi Cavabdeh MMC tərəfindən mallarla bağlı hər hansı irad bildirilməmiş və ya ödənişlərin edilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən iddiaya heç bir etiraz daxil olmamış, iddiaya münasibət bildirilməmişdir. Müəyyən olunduğu kimi, Cavabdeh MMC tərəfindən 15000 manat əsas borc, 2700 manat ƏDV məbləği ödənilmiş, 14151,47 manat qalıq borc qalmışdır (31851,47-15000-2700=14151,47). Eyni zamanda qeyd olunmalıdır ki, yalnız bir qaimə-xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10310448 nömrəli elektron qaimə üzrə qismən ödəniş edilmiş, digər qaimələr üzrə isə ödəniş edilməmişdir.

28. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 14151,46 manat (tələbə uyğun) məbləğində pul vəsaiti İddiaçı MMCnin xeyrinə tutulmalıdır.

29. İddia tələbinin digər hissəsini cavabdehdən 2370,19 manat cərimə borcunun tutulması təşkil edir.

30. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 117 (yüz on yeddi manat) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14151,46 manat (on dörd min yüz əlli bir manat qırx altı qəpik) borc, 700 (yeddi yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 (yüz on yeddi manat) manat olmaqla, ümumilikdə 14968,46 manat (on dörd min doqquz yüz altmış səkkiz manat qırx altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar