Məhkəmə qərarları › İş №e-2-2(113)-1129/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1129/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1129/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış x xxxxxx 2019-cu il taixli müqavilənin öhdəliyin icrası ilə bağlı Cavabdeh MMC iddiaçı “xxxx” MMC-yə olan əsas borcu 90.866,27 manat, dəbbə borcu 24895,64 manat, ümumilikdə 115.761,91 manat pul məbləğinin alınaraq “xxxx” MMC-nin, YapıKredi Bank Azerbaijan JSC ********** 509987 KABAAZ22 AZ51NABZ******************** AGROKİMYA MMC ********** AZ47KABA**********0000005509 hesabına ödənilməsi və “xxxx” MMC tərəfindən ödənilmış 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında mineral gübrə və bitki mühafizə vasitələrinin alqı-satqısına dair 60 saylı, x xxxxxx 2019-cu il tarixli müqavilə bağlanmışdır. Bağlanmiş müqavilənin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə mineral gübrə və bitki mühafizə vasitələri verilmişdir. Əlavə razılaşmalara əsasən cavabdeh iddiaçıya verilmiş malın dəyərini mallar tam təhvil alındıqdan 90 gün müddətinə ödəməli idi. Lakin bu günə kimi cavabdeh tərəf göstərilən borçun ödənişini tam həyata keçirməmişdir. x xxxxxx 2020-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən Cavabdeh MMC-nin “xxxx” MMC-yə x xxxxxx 2020-ci il tarixinə olan borcu 90866,27 manat (53450,75 ABŞ dolları x 1,7=90866,27 manat) məbləğində müəyyən edilmişdir. Göstərilən borc vaxtında ödənilmədiyindən Cavabdeh MMC müqavilənin 4.3.-cü bəndində göstərilən öhdəliyi pozmuşdur. Qeyd edilməlidir ki, “xxxx” MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Bununla bağlı cavabdehə 60 saylı, x xxxxxx 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliyin pozulması və “xxxx” MMC-yə 90866,27 manat (53450,75 ABŞ dolları x 1,7=90866,27manat) həcmində borcun ödənilməsi ilə bağlı 789 saylı, xx xxxxxxxx 2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. Lakin bu günə kimi cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmişdir. 60 saylı, x xxxxxx 2019cu il tarixli müqavilənin 4.3 və 1-3 saylı əlavə razılaşmada göstərilən öhdəliyə əsasən ödəmə vaxtında aparılmadığında geçikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1%-i məbləğində cərimə (dəbbə) ödəməlidir. xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktına əsasən x xxxxxx 2020-ci il tarixindən xx xxxxxxx 2020-ci il tarixədək olan dəbbə borcu 24895,64 manat təşkil edir (90866,27 manat x 0,1%=90,86 manat; xx.xx.2020- xx.xx.2020=274 gün, 274 gün x 90,86 manat=24895,64 manat). Beləliklə, Cavabdeh MMC-nin “xxxx” MMC-yə olan əsas borcu 90.866,27 manat, dəbbə borcu 24.895,64 manat, ümumilikdə 115.761,91 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - “xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxxxx 2019-cu il tarixdə bitki mühafizə vasitələrinin satışına dair 60 saylı müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə görə müqaviləyə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini – malı satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. 2.1-ci bəndinə əsasən malın qiyməti, miqdarı və ödəmə müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. 2.2-ci bəndinə görə ödəniş alıcı tərəfindən köçürmə yolu ilə satıcının müqavilədə göstərilən hesabına ödənilməlidir. 3.1-ci bəndinə əsasən satıcı müqavilə imzalandıqdan sonra malları alıcıya əlavə razılaşma əsasında müəyyən edilmiş müddətdə təhvil verir. 3.2-ci bəndinə uyğun olaraq alınmış malların dəyəri əlavə razılaşmada göstərilən müddətdə ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli “Bitki mühafizə vasitələrinin satışına dair” 60 saylı müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Həmin əlavənin: 1-ci bəndinə əsasən malın dəyəri 4.256,60 ABŞ dolları müəyyən edilmişdir. 2.2-ci bəndinə əsasən malların təhvil verilmə yeri Xırdalan anbarı olduğu müəyyən edilmişdir. 3.1-ci bəndinə görə malın dəyərinin 30%-i qabaqcadan, 70%-i mallar təhvil alındıqdan 90 gün müddətinə ödənilməlidir. 3.2-ci bəndinə əsasən ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% cərimə hesablanacaq. 3.3-cü bəndinə görə mallar xarici ölkələrdən valyuta ilə alındığı üçün qiymətlər ABŞ dolları ilə hesablanır. Ödəmə zamanı məzənnə “xxxx” MMC-nin hesablaşma hesabı olan “xxxx” ASC-nin ödəniş gününə ABŞ dollarının satış məzənnəsinə uyğun olaraq hesablanıb, manatla aparılır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli “Bitki mühafizə vasitələrinin satışına dair” 60 saylı müqaviləyə xx.xx.2019-cu il tarixdə 2 saylı əlavə razılaşma imzalanmışdır. Həmin əlavənin: 1-ci bəndinə əsasən malın dəyəri 47.174,10 ABŞ dolları müəyyən edilmişdir. 2.2-ci bəndinə əsasən malların təhvil verilmə yeri Xırdalan anbarı olduğu müəyyən edilmişdir. 3.1-ci bəndinə görə malın dəyərinin 20%-i qabaqcadan, 80% mallar təhvil alındıqdan 90 gün müddətinə ödənilməlidir. 3.2-ci bəndinə əsasən ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% cərimə hesablanacaq. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli bitki mühafizə vasitələrinin satışına dair 60 saylı müqaviləyə xx.xx.2019-cu il tarixdə 3 saylı əlavə razılaşma imzalanmışdır. Həmin əlavənin: 1-ci bəndinə əsasən malın dəyəri 6.445,00 ABŞ dolları müəyyən edilmişdir. 2.2-ci bəndinə əsasən malların təhvil verilmə yeri Xırdalan anbarı olduğu müəyyən edilmişdir. 3.1-ci bəndinə görə malın dəyərinin 20%-i qabaqcadan, 80% mallar təhvil alındıqdan 90 gün müddətinə ödənilməlidir. 3.2-ci bəndinə əsasən mallar xarici ölkələrdən valyuta ilə alındığı üçün qiymətlər ABŞ dolları ilə hesablanır. Ödəmə zamanı məzənnə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan dollarının məzənnəsinə uyğun olaraq hesablanıb, manatla aparılır. Ödəniş vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% cərimə hesablanacaq. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli bitki mühafizə vasitələrinin satışına dair 60 saylı müqaviləyə xx.xx.2019-cu il tarixdə 4 saylı əlavə razılaşma imzalanmışdır. Həmin əlavənin: 1-ci bəndinə əsasən malın dəyəri 1.428,00 ABŞ dolları müəyyən edilmişdir. 3.1-ci bəndinə görə alınan malların dəyəri 100% qabaqcadan ödənilməlidir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli “Bitki mühafizə vasitələrinin satışına dair” 60 saylı müqaviləyə xx.xx.2019-cu il tarixdə 5 saylı əlavə razılaşma imzalanmışdır. Həmin əlavənin: 1-ci bəndinə əsasən malın dəyəri 3.855,00 ABŞ dolları müəyyən edilmişdir. 3.1-ci bəndinə görə alınan malların dəyəri mal təhvil alındıqdan sonra 10 gün müddətində ödənilməlidir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh MMC-nin “xxxx” MMC-yə borcunun 53.450,75 ABŞ dolları məbləğində olması təsdiq edilmişdir Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə məktubla müraciət edilərək, 90.866,27 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə “xxxx” MMC-yə olan borcu 90.866,27 manat (53.450,75 ABŞ dolları x1,7) təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 90.866,27 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 90.866,27 manat məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 24.895,64 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 90.866,27 manat (doxsan min səkkiz yüz altmış altı manat iyirmi yeddi qəpik) məbləğində əsas borc, 5000 (beş min) manat məbləğində dəbbə pulu, cəmi 95.866,27 manat (doxsan beş min səkkiz yüz altmış altı manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar