Məhkəmə qərarları › İş №e-2-2(113)-113/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-113/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-113/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 109567,55 manat əsas borc, 21913,51 manat dəbbə pulu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 131511,06 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin iddianı təmin etmə tədbiri barədə xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1145/2019 saylı qərardadına əsasən Cavabdeh MMC-nin bankdakı hesablaşma hesabına (Bank məlumatları: “xxxxxxxx” ASC. H/H: AZ75AZFİ********************, M/H: AZ81NABZ********************1944, Kod 503217; S.W.İ.F.T.AZFİAZ22) 131511,06 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X6 məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: 1.1. Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı barışıq sazişi ilə həll edilməsidir. 1.2. İddiaçı və cavabdeh xx xxxxxx 2018-ci il tarixli 721/18M saylı alğı-satqı müqaviləsi və İ-023/18 saylı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış borc üzrə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-113/2020 saylı iqtisadi iş üzrə barışıq sazişi bağlayırlar. 2.1. İddiaçı öz öhdəsinə götürür ki, Bakı Kommersiya Məhkəmənin icraatında olan e-2- 2(113)-113/202 saylı iş iqtisadi iş üzrə iddia ərizəsindən imtina edərək onu geri götürür. İddianın təmin tədbiri olan e-2-2(81)-1145/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadın icrasından imtina edir. Həmin qərardadla cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin götürülməsinə öz etirazını bildirmir. 2.2. Cavabdeh 59 655,92 (əlli doqquz min altı yüz əlli beş manat doxsan iki qəpik) manat olan borc məbləğini etiraf edərək öhdəsinə götürür ki, - xx xxxxxx 2018-ci il tarixli, 721/18M saylı alğı-satqı müqaviləsi və İ-023/18 saylı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsi üzrə pul tələbinə dair 57 655,92 (əlli yeddi min altı yüz əlli beş manat doxsan iki qəpik) məbləğində əsas borc və 2000 (iki min) manat məbləğində cərimə (dəbbə pulu) olmaqla, cəmi 59 655,92 (əlli doqquz min altı yüz əlli beş manat doxsan iki qəpik) manat pul vəsaitini ödəyəcəkdir. - Birdəfəlik ödəmə xx xxxx 2020-ci il tarixindən gec olmayaraq, iddiaçıya məxsus aşağıda göstərilmiş bank hesabında ödəniləcək. Bank rekvizitləri: İddiaçı MMC VÖEN: ********** Nərimanov r-nu., Böyükşor küç., 2-ci Dalan 15a H/h: AZ54İBAZ******************** M/h: AZ03NABZ******************** X7 şöbəsi, Kod: 805120 VÖEN: **********, S.W.İ.F.T. BİK: İBAZAZ2X - Cavabdeh hüquqi şəxsin iflası və ya ləğvi halında cavabdeh ümumi iddia məbləğindən qalıq borc ödənişini birdəfəlik ödəniş şəklində (hüquqi şəxsin əmlakının və aktivlərinin satışı hesabına) iddiaçıya ödəməyi öhdəsinə götürür. 2.3. İddiaçı və cavabdeh birgə öhdələrinə götürürlər ki, Hazırki barışıq sazişində göstərilən öhdəlikləri vicdanlı şəkildə yerinə yetirəcəklər. Barışıq sazişinin predmetini təşkil edən ödəniş məzənnəsinin inflyasiyası halında ödənişin indeksasiyası məqsədilə tərəflər gələcəkdə məhkəməyə müraciət edə bilərlər. Cavabdeh öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu hal məcburi icra tədbirlərinin başlanması üçün əsas hesab ediləcək. 3.1. Hazırki Saziş qüvvəyə mindikdən sonra cavabdeh öz öhdəliklərini yerinə yetirməzsə, məcburi icra tədbirləri həyata keçiriləcəkdir. 3.2. Tərəflər arasında bu sazişlə tənzimlənməyən münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 4.1. Cavabdeh bu Saziş üzrə üzərinə götürdüyü öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, bu Sazişə xitam veriləcək. 5.1. Bu Saziş 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi iddiaçıda, bir nüsxəsi, cavabdehdə , bir nüsxəsi isə Bakı Kommersiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X6 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Həmçinin, cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1145/2019 saylı qərardadına əsasən Cavabdeh MMC-nin bankdakı hesablaşma hesabına qoyulması barədə iddianı təmin etmə tədbirinin ləğv olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı təmin etmə tədbirinin ləğv olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.3. Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı barışıq sazişi ilə həll edilməsidir. 1.4. İddiaçı və cavabdeh xx xxxxxx 2018-ci il tarixli 721/18M saylı alğı-satqı müqaviləsi və İ-023/18 saylı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış borc üzrə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-113/2020 saylı iqtisadi iş üzrə barışıq sazişi bağlayırlar. 2.1. İddiaçı öz öhdəsinə götürür ki, Bakı Kommersiya Məhkəmənin icraatında olan e-2- 2(113)-113/202 saylı iş iqtisadi iş üzrə iddia ərizəsindən imtina edərək onu geri götürür. İddianın təmin tədbiri olan e-2-2(81)-1145/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadın icrasından imtina edir. Həmin qərardadla cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin götürülməsinə öz etirazını bildirmir. 2.2. Cavabdeh 59 655,92 (əlli doqquz min altı yüz əlli beş manat doxsan iki qəpik) manat olan borc məbləğini etiraf edərək öhdəsinə götürür ki, - xx xxxxxx 2018-ci il tarixli, 721/18M saylı alğı-satqı müqaviləsi və İ-023/18 saylı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsi üzrə pul tələbinə dair 57 655,92 (əlli yeddi min altı yüz əlli beş manat doxsan iki qəpik) məbləğində əsas borc və 2000 (iki min) manat məbləğində cərimə (dəbbə pulu) olmaqla, cəmi 59 655,92 (əlli doqquz min altı yüz əlli beş manat doxsan iki qəpik) manat pul vəsaitini ödəyəcəkdir. - Birdəfəlik ödəmə xx xxxx 2020-ci il tarixindən gec olmayaraq, iddiaçıya məxsus aşağıda göstərilmiş bank hesabında ödəniləcək. Bank rekvizitləri: İddiaçı MMC VÖEN: ********** Nərimanov r-nu., Böyükşor küç., 2-ci Dalan 15a H/h: AZ54İBAZ******************** M/h: AZ03NABZ******************** X7 şöbəsi, Kod: 805120 VÖEN: **********, S.W.İ.F.T. BİK: İBAZAZ2X - Cavabdeh hüquqi şəxsin iflası və ya ləğvi halında cavabdeh ümumi iddia məbləğindən qalıq borc ödənişini birdəfəlik ödəniş şəklində (hüquqi şəxsin əmlakının və aktivlərinin satışı hesabına) iddiaçıya ödəməyi öhdəsinə götürür. 2.3. İddiaçı və cavabdeh birgə öhdələrinə götürürlər ki, Hazırki barışıq sazişində göstərilən öhdəlikləri vicdanlı şəkildə yerinə yetirəcəklər. Barışıq sazişinin predmetini təşkil edən ödəniş məzənnəsinin inflyasiyası halında ödənişin indeksasiyası məqsədilə tərəflər gələcəkdə məhkəməyə müraciət edə bilərlər. Cavabdeh öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu hal məcburi icra tədbirlərinin başlanması üçün əsas hesab ediləcək. 3.1. Hazırki Saziş qüvvəyə mindikdən sonra cavabdeh öz öhdəliklərini yerinə yetirməzsə, məcburi icra tədbirləri həyata keçiriləcəkdir. 3.2. Tərəflər arasında bu sazişlə tənzimlənməyən münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 4.1. Cavabdeh bu Saziş üzrə üzərinə götürdüyü öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, bu Sazişə xitam veriləcək. 5.1. Bu Saziş 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi iddiaçıda, bir nüsxəsi, cavabdehdə , bir nüsxəsi isə Bakı Kommersiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1145/2019 saylı qərardadına əsasən Cavabdeh MMC-nin bankdakı hesablaşma hesabına (Bank məlumatları: “xxxxxxxx” ASC. H/H: AZ75AZFİ********************, M/H: AZ81NABZ********************1944, Kod 503217; S.W.İ.F.T.AZFİAZ22) 131511,06 manat həcmində həbs qoyulması barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar