Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1133/2022 04.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 ogluna qarşı 11 sentyabr 2013-cü il tarixli, 563/47/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış 27.951,97 manat əsas borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215 manatın, borc pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş 03.11.2017- 25.09.2021-ci illər üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz 03.11.2017-25.09.2021-ci illər üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 7.664,40 manat olmaqla ümumilikdə 41.962,77 manat borc pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı 11 sentyabr 2013-cü il tarixli, 563/47/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış 27.951,97 manat əsas borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215 manatın, borc pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş 03.11.2017- 25.09.2021-ci illər üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz 03.11.2017-25.09.2021-ci illər üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 7.664,40 manat olmaqla ümumilikdə 41.962,77 manat borc pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. İddiaçı cavabdehlərdən Cavabdeh1 ogluna aid mediator tərəfindən tərtib edilmiş sənədi iddia ərizəsinə əlavə etsə də, digər Cavabdeh2 aid mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 52.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 ogluna qarşı 11 sentyabr 2013-cü il tarixli, 563/47/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış 27.951,97 manat əsas borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215 manatın, borc pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş 03.11.2017- 25.09.2021-ci illər üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz 03.11.2017-25.09.2021-ci illər üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 7.664,40 manat olmaqla ümumilikdə 41.962,77 manat borc pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1133/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1133/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver