Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1133/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 8.066 manat məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 100 manat xidmət haqqının və ödənilmiş 1 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 8.066 manat məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 100 manat xidmət haqqının və ödənilmiş 1 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: X3 aşağıdakı tərəflər arasında bağlanmışdır:
1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı), X2 tərəfindən təmsil olunur. (VÖEN: **********, hüquqi ünvanı: AZ1001, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, İSTİQLALİYYƏT, ev 49, m. 27/28. Tel: **********)
2. Cavabdeh (bundan sonra cavabdeh). Ünvan: AZ 1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, Nizami (Maştağa qəs) ev 11, mənzil 14. VÖEN: ********** Tel: ***- ***-**-**
1. BARİŞİQ SAZİŞİNİN PREDMETİ
İddiaçı "xxxx" QSC, Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh QSC-nin xeyrinə 8.066 (səkkiz min altmış altı) AZN məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 100 (yüz) manat xidmət haqqının və ödənilmiş 1 (bir ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verildikdən sonra cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə 2.000 (iki min) AZN ödəniş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X3 ilə TƏRƏFLƏR Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq aşağıdakı razılığa gəlirlər: 1.1. Cavabdeh qalıq 6.066 (altı min altmış altı ) AZN borcu, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 100 (yüz) manat xidmət haqqının 30 aprel 2023-cü il tarixədək tam ödəməyi öhdəsinə götürür. 1.2. Cavabdeh tərəfindən ödəniş X4 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə, cavabdeh iddiaçıya ödənilməmiş əsas borcu dərhal tam şəkildə və 6.166 (altı min yüz altmış altı) AZN məbləğini məcburi qaydada ödəyəcəkdir. 1.3. X4 1.1-ci maddəsində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.4. Hazırkı Barışıq Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir. 1.5. X3 Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev