Məhkəmə qərarları › İş №e-2-2(113)-1134/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1134/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1134/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Nümayəndə MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı Nümayəndə MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 99/0088/NBKT saylı lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 99/0088/NBKT saylı lizinq müqaviləsinə əsasən 9416 (doqquz min dörd yüz on altı) manat məbləğində əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 26,10 (iyirmi altı manat 10 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9 442,10 (doqquz min dörd yüz qırx iki manat 10 qəpik) manat məbləğində lizinq borcu və ödənilmiş 30,40 (30 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı) məhkəmə xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutulması və Nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1134/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1134/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Nümayəndə MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 10:00-a təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin tərəflərin nümayəndələri göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilsə də, tərəflərin nümayəndələri məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Nümayəndə MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Nümayəndə MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar