Məhkəmə qərarları › İş №e-2-2(113)-1136/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1136/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1136/2020 24.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı KommersiyaMəhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X4 Bağman qızının katibliyi ilə, İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı cavabdehdən 26847,46 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 26877,46 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 26847,46 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 26877,46 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Bir tərəfdən - iddiaçı Nümayəndə1, İdarə Heyətinin sədri X2 şəxsində (bundan sonra “İddiaçı”adlandırılacaq), digər tərəfdən - Cavabdeh, X1 şəxsində (bundan sonra “Cavabdeh” adlandırılacaq) (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər”adlandırılacaq), İddiaçının Cavabdehə qarşı "pul tələbinə dair” iddiası ilə bağlı Tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin (bundan sonra “Saziş”adlandırılacaq) bağlanması barədə razılığa gəldilər:

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “26847,46 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 26877,46 manat məbləğində pulun tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır.

2. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər razılaşır, təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ödənilməmiş borcu 26847,46 manattəşkil edir. 2.2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzini, cəmi 26877,46 manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir; 1) xx xxxxxx 2020-ci il tarixədək - 3000 manat; 2) xx xxxxxxxx 2020-ci il tarixədək - 4000 manat; 3) xx xxxxxxx 2020-ci il tarixədək - 4000 manat; 4) xx xxxxxx 2020-ci il tarixədək - 4000 manat; 5) xx xxxxxx 2020-ci il tarixədək - 4000 manat; 6) xx xxxxxx 2021-ci il tarixədək - 4000 manat; 7) xx xxxxxx 2021-ci il tarixədək - 3877,46 manat. 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edə bilər.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. 3.3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. Hakim iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Nümayəndə1 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən - iddiaçı Nümayəndə1, İdarə Heyətinin sədri X2 şəxsində (bundan sonra “İddiaçı”adlandırılacaq), digər tərəfdən - Cavabdeh, X1 şəxsində (bundan sonra “Cavabdeh” adlandırılacaq) (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər”adlandırılacaq), İddiaçının Cavabdehə qarşı "pul tələbinə dair” iddiası ilə bağlı Tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin (bundan sonra “Saziş”adlandırılacaq) bağlanması barədə razılığa gəldilər:

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “26847,46 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 26877,46 manat məbləğində pulun tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır.

2. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər razılaşır, təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ödənilməmiş borcu 26847,46 manattəşkil edir. 2.2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzini, cəmi 26877,46 manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir; 1) xx xxxxxx 2020-ci il tarixədək - 3000 manat; 2) xx xxxxxxxx 2020-ci il tarixədək - 4000 manat; 3) xx xxxxxxx 2020-ci il tarixədək - 4000 manat; 4) xx xxxxxx 2020-ci il tarixədək - 4000 manat; 5) xx xxxxxx 2020-ci il tarixədək - 4000 manat; 6) xx xxxxxx 2021-ci il tarixədək - 4000 manat; 7) xx xxxxxx 2021-ci il tarixədək - 3877,46 manat. 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edə bilər.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. 3.3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar