Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1137/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “X1 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X1 Hovuz and SPA” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X1 Hovuz and SPA” MMC ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Yasamal rayonu, X2, 78 ünvanında təmir işlərinin icrası ilə bağlı 01 noyabr 2020-ci il tarixli 01 saylı xidmət müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 2.1ci maddəsinə görə Cavabdeh MMC tərəfindən “X1 Hovuz and SPA” MMC-nin xeyrinə (ƏDV xaric) 20000 manat pul ödənilməli idi. Cavabdeh MMC tərəfindən borcun yalnız 15000 manat hissəsi ödənilmiş, nəticədə 5000 manat borcu yaranmışdır. Cavabdeh MMC tərəfindən imzalanmış 16 dekabr 2020-ci il tarixli 01 saylı akta əsasən 01 noyabr 2020-ci il tarixli 01 saylı Xidmət Müqaviləsi üzrə “X1 Hovuz and SPA” MMC tərəfindən icra edilmiş ümumi dəyəri 20000 manat olan işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Lakin, nə işlərin görülməsindən əvvəl və sonra, nə pretenziya məktubu göndərildikdən sonra Cavabdeh MMC borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 5000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətə görə 150 manat məbləğində ödənilmiş pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etmişdir ki, 20000 manat borcdan cavabdeh tərəfindən 15000 manat hissəsi artıq ödənilmiş, 5000 manat hissəsi isə şirkətə məxsus bank hesabına məhdudiyyət qoyulduğundan ödənilməmişdir. İş materiallarında olan: - 01 noyabr 2020-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı – “X1 Hovuz and SPA” MMC sifarişçi - Cavabdeh MMC-nin tapşırığı əsasında Bakı şəhəri, Yasamal rayonu, X2 78 ünvanında təmir işlərini icra edir ve sifarişçiyə təhvil verir, sifarişçi isə göstərilən işlərin əvəzinə icraçıya razılaşdırılmış xidmət haqqını ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən görüləcək işlərin məbləği 20000 manat təşkil edir. - 16 dekabr 2020-ci il tarixli, 01 nömrəli təhvil-təslim aktına əsasən dəyəri 20000 manat təşkil edən xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən qəbul edilmişdir. - 16 dekabr 2020-ci il tarixli, EBAT seriyalı, 951068 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin qiyməti 20000 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən görülən işlərin dəyəri 20000 manat təşkil etdiyi, həmin məbləğdə işlər cavabdeh tərəfindən təhvil alındığı, sonuncu isə 15000 manat məbləğində ödəniş etdiyi təqdim olunmuş sübutlarla təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisləndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İş materiallarında olan 16 dekabr 2020-ci il tarixli, 01 nömrəli təhvil-təslim aktına əsasən dəyəri 20000 manat təşkil edən işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, həmçinin, iddiaçı tərəfindən akt üzrə elektron qaimə tərtib olunaraq cavabdehə göndərilmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 5000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə 150 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X1 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 5000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “X1 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “X1 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1137/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1137/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver